USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Selçuk Bayraktar "Qarabağ" ordeni ilə təltif edildi


https://img.baki-baku.az/news/2021/04/photo_3384.jpg

Məlum olduğu ki, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktarı qəbul edib. 

Türkiyənin müdafiə sənayesinin əldə etdiyi nailiyyətlərə toxunan Prezident İlham Əliyev Selçuk Bayraktarın bu uğurların önündə getdiyini vurğuladı, “Baykar” şirkətinin istehsal etdiyi məhsulların torpaqlarımızın azad olunması zamanı düşmən texnikasının məhv edilməsindəki rolunu qeyd etdi.

Dövlətimizin başçısı Azərbaycanla Türkiyə arasında qardaşlıq əlaqələrinin gücləndirilməsinə, əməkdaşlığın inkişafına, Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin təmin olunması istiqamətindəki haqq işinə verdiyi töhfəyə görə Selçuk Bayraktarın “Qarabağ” ordeni ilə təltif edildiyini bildirdi və ordeni Selçuk Bayraktara təqdim etdi.

Bu yüksək mükafata görə Prezident İlham Əliyevə təşəkkürünü bildirən Selçuk Bayraktar dedi: “Həqiqətən də bu, mənim üçün böyük bir qürur və şərəfdir”.




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Prezident