USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Böyük əfv - Prezident İlham Əliyevdən növbəti humanist addım


https://img.baki-baku.az/news/2021/03/photo_3284.jpg?v=MjAyMS0wMy0xOCAxNjo0NToyMg==

Prezident İlham Əliyev “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam imzalayıb. 

Sərəncamda bildirilir ki, sənəd məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza çəkdikləri müddəti və həmin müddətdə davranışlarını nəzərə alaraq, humanizm prinsiplərinə əsaslanaraq və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndini rəhbər tutaraq imzalanıb. 

Sərəncama əsasən azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 475 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib. Həmçinin ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 3 şəxsin cəzası 25 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilib, 98 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb. Bundan başqa islah işləri cəzasına məhkum edilmiş 12 şəxs cəzanın çəkilməmiş hissəsindən azad edilib. Həmçinin sənəd 6 xarici ölkədən 23 şəxsə şamil olunub ki, onlardan 22-i cəzanın çəkilməmiş hissəsindən azad olunub. 

Qeyd edək ki, əf sərəncamının ümumilikdə şamil olunduğu şəxslərin sayı 625-dir. 




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Prezident