USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Prezident cəbhədən yeni xoş xəbərlərin olacağına dair anons verdi


https://img.baki-baku.az/news/2020/10/photo_1418.jpg?v=MjAyMC0xMC0xNSAxNzozODo1NQ==

“Demək olar ki, hər gün Azərbaycan Ordusu uğurlu əməliyyatlar keçirir”. APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 15-də Türkiyənin NTV televiziyasına müsahibəsində deyib.

Dövlət başçısı deyib ki, bu əməliyyatlar haqqında ictimaiyyətə də məlumatlar verilir: “Bizim əsas məqsədimiz ərazi bütövlüyümüzü bərpa etməkdir. Ona görə döyüş meydanında da əsas hədəf strateji yüksəklikləri işğalçılardan almaq və böyük əraziləri nəzarət altına almaqdır. Dünən mənim tərəfimdən verilən açıqlama Azərbaycan xalqını növbəti dəfə sevindirdi. Füzuli rayonunun 3, Xocavənd rayonun 5 kəndi işğalçılardan azad edildi. Deyə bilərəm ki, həm şimal, həm cənub istiqamətlərində, həm də şərq istiqamətlərində artıq strateji yüksəkliklər bizim nəzarətimizdədir. Bizim uğurlu əməliyyatımız davam edir. Əlbəttə ki, hər gün bu rəqəmlər dəyişir. Bu günə qədər 40-a yaxın, ya da 40-dan çox yaşayış məntəqəsi, şəhərlər və kəndlər işğalçılardan azad edilib. Yaxın vaxtlarda növbəti sevincli, xoş xəbərlər gələcək”.

“Biz əsas əməliyyatları hazırda şimal, cənub istiqamətlərində aparırıq”, - deyən cənab İlham Əliyev bildirib ki, Cəbrayıl şəhərinin işğaldan azad edilməsi çox uğurlu əməliyyat nəticəsində baş verib: “Cəbrayılın kəndlərinin böyük qismi artıq bizdədir. Eyni zamanda Fizuli rayonunun bir çox kəndlərini biz işğalçılardan azad etdik. Əminəm ki, yaxın vaxtlarda Fizuli rayonundan da çox yaxşı xəbərlər gələcək”. 




Redaktorun seçimi

Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Prezident