USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Azərbaycan Prezidenti: “Türkiyə onsuz da Minsk Qrupunun üzvüdür, nə üçün həmsədr olmasın?”


https://img.baki-baku.az/news/2020/10/photo_1363.jpg

“Bu, bizim mövqeyimizdir və mən bunu bir neçə dəfə açıqlamışam. Bir də demək istəyirəm ki, mütləq Türkiyə bu məsələnin siyasi yollarla çözülməsində fəal rol oynamalıdır”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Haber Global” telekanalına müsahibəsində bildirib.

Dövlət başçısı deyib ki, Türkiyənin bəzi mətbuat orqanlarında yazılır ki, nə üçün Türkiyə Moskvada olmayıb: “Təbii ki, bu, indiki mərhələdə nəzərdə tutulmurdu, heç Türkiyənin qarşısında da belə bir vəzifə durmurdu. Bu, danışıqlar prosesi deyil, bu, sadəcə, humanitar əsaslarla tətbiq olunan atəşkəsdir. Yəni bu, danışıqların keçirilməsi üçün təşkil edilmiş tədbir deyildi. Danışıqlar bu günə qədər Minsk Qrupu çərçivəsində aparılır, ancaq bu danışıqların səmərəsi, nəticəsi yoxdur. 30 ilə yaxındır ki, bir santimetr torpaq bizə müzakirə yolu ilə qaytarılmadı. Ona görə də mən tam haqlı olaraq dedim ki, bir halda ki, Minsk Qrupu 1992-ci ildə formalaşdı, o zaman bu, hansı əsaslarda formalaşdı, bu haqda bizdə bir məlumat yoxdur. Əgər Minsk Qrupunun  tərkibinə baxsanız, görərsiniz ki, orada bu bölgədən uzaqlarda yerləşən, bu bölgə ilə heç bir əlaqəsi olmayan, münaqişə ilə heç zaman maraqlanmayan ölkələr də var. Onların Minsk Qrupunda mövcudluğu formal xarakter daşıyır. Əgər biz bu münaqişənin həllini istəyiriksə, biz istəyirik, orada elə ölkələr olmalıdır ki, onların gücü də, təsiri də olsun və bu tərkib birtərəfli olmasın. Minsk Qrupu həmsədrlərinin ölkələrində erməni diasporlarının fəaliyyətinə diqqət yetirin. Hər 3 ölkədə erməni diaspor təşkilatları böyük siyasi imkanlara malikdir. O siyasi imkanlar nəticəsində onlar o ölkələrin vəzifəli şəxslərinə təsir edirlər. Bu, nə qədər ədalətlidir? Türkiyə onsuz da Minsk Qrupunun üzvüdür, nə üçün Türkiyə də həmsədr olmasın?! Ona görə də bizim siyasətimizdə tam məntiq və nəticəyə hesablanmış yanaşma var”.




Redaktorun seçimi

Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi
Paşinyanın etirafı: inanaq, inanmayaq?
  • Siyasi təhlil
  • 09:19 24.04.2024
Paşinyanın etirafı: inanaq, inanmayaq?
Qazaxın 4 kəndi və fəlakətin zopası
  • Daxili siyasət
  • 09:16 24.04.2024
Qazaxın 4 kəndi və fəlakətin zopası
Müştərək xəyanət
  • Siyasi təhlil
  • 09:11 24.04.2024
Müştərək xəyanət
Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası

Prezident