USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Azərbaycan Respublikası Prezidentinin Fərmanı


https://img.baki-baku.az/news/2024/06/photo_12964.jpg

“Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 30 may tarixli 879-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

zərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 30 may tarixli 879-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

1. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli 188 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 498 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2.4-cü bənddə “on doqquzuncu” sözləri “iyirminci” sözü ilə əvəz edilsin;

1.2. aşağıdakı məzmunda 2.4-1-ci bənd əlavə edilsin:

“2.4-1. həmin Qanunun 5-ci maddəsinin yeddinci hissəsində “qəyyumluq və himayə orqanları”, 7-ci maddəsinin altıncı hissəsində “qəyyumluq və himayəçilik orqanı” və yeddinci hissəsində “qəyyumluq və himayə orqanı” dedikdə himayədar ailəyə verilmiş uşaqlara, habelə Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq yerləşdirilənədək – valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara münasibətdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, digər hallarda isə yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları nəzərdə tutulur;”.

2. “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 274 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 8, maddə 706 (Cild I) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

2.1. 2.1-ci bənddə “16.1 – 16.3-cü” sözləri “16.1-ci maddəsinin birinci abzasında, 16.2-ci və 16.3-cü” sözləri ilə əvəz edilsin;

2.2. 2.3–2.5-ci bəndlər aşağıdakı redaksiyada verilsin:

“2.3. həmin Qanunun 14-cü maddəsinin adında və 14.0-cı maddəsinin birinci abzasında “qəyyumluq və himayə orqanları” dedikdə himayədar ailəyə verilmiş uşaqlara, habelə Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq yerləşdirilənədək – valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara münasibətdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, digər hallarda isə yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları nəzərdə tutulur;

2.4. həmin Qanunun 16-cı maddəsinin adında, 16.2-ci və 16.3-cü maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi nəzərdə tutulur;

2.5. həmin Qanunun 16.1-ci maddəsinin birinci abzasında “orqan (qurum)” dedikdə aşağıdakılar nəzərdə tutulur:

2.5.1. həmin Qanunun 16.1.1-ci, 16.1.3-cü, 16.1.5–16.1.7-ci maddələrinə münasibətdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi;

2.5.2. həmin Qanunun 16.1.2-ci və 16.1.4-cü maddələrinə münasibətdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi;

2.5.3. həmin Qanunun 16.1.8-ci maddəsinə münasibətdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi;”;

2.3. aşağıdakı məzmunda 2.6-cı bənd əlavə edilsin:

“2.6. həmin Qanunun 16.1.5-ci maddəsində “qəyyumluq və himayə orqanları” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur.”.

3. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 626 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 5, maddə 419 (Cild I); 2024, № 1, maddə 21; Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 29 aprel tarixli 46 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

3.1. 2.5.18-ci yarımbəndə “verilmiş” sözündən sonra “, habelə Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq yerləşdirilənədək – valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş” sözləri əlavə edilsin;

3.2. 2.8-ci bənddə “Yerli” sözü “Bu Qaydanın 2.5.18-ci yarımbəndi nəzərə alınmaqla, yerli” sözləri ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri,13 iyun 2024-cü il




Redaktorun seçimi

Ermənistan üçün “geosiyasi qazan”
  • Daxili siyasət
  • 11:44 24.07.2024
Ermənistan üçün “geosiyasi qazan”
İndi də üstümüzə Kennedi gəlir
  • Daxili siyasət
  • 11:36 24.07.2024
İndi də üstümüzə Kennedi gəlir
Bayden getdi, Harris gəldi
  • Dünya
  • 13:05 23.07.2024
Bayden getdi, Harris gəldi
Mina terroru erməni təcavüzünün davamıdır
  • Daxili siyasət
  • 12:31 23.07.2024
Mina terroru erməni təcavüzünün davamıdır
“Makroniada”nın növbəti seriyası
  • Siyasi təhlil
  • 10:43 20.07.2024
“Makroniada”nın növbəti seriyası

Prezident