USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı


https://img.baki-baku.az/news/2024/02/photo_11324.jpg

“Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 13 yanvar tarixli 4264 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 13 yanvar tarixli 4264 nömrəli Sərəncamının (Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 19 yanvar tarixli 4271 nömrəli Sərəncamı) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1. “Samir Şərifov – Azərbaycan Respublikasının maliyyə naziri” abzasından sonra aşağıdakı məzmunda yeni abzaslar əlavə edilsin:

“Xanlar Ağalarov – Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sədri

Gülşən Axundova – “Qadın, İnkişaf, Gələcək” ictimai birliyinin sədri”.

2. “Ruslan Əliyev – Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru” abzası ləğv edilsin.

3. “Sevinc Fətəliyeva – Azərbaycan Respublikası Milli Məclisinin deputatı” abzasından sonra aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:

“Səbinə Hacıyeva – Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi”.

4. “Vüsal Hüseynov – Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi” abzasından sonra aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:

“Mehriban İmanova – Azərbaycan Elm Fondunun İcraçı direktoru”.

5. “Ülvi Mehdiyev – Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri” abzasından sonra aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:

“Məryəm Məcidova – Azərbaycan Respublikasının Gənclərin Gender Bərabərliyi Mərkəzi “Gender Hub” ictimai birliyinin sədri”.

6. “Saleh Məmmədov – Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri” abzasından sonra aşağıdakı məzmunda yeni abzaslar əlavə edilsin:

“Natəvan Məmmədova – Azərbaycan Respublikasının Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının baş katibi

Nigar Məmmədova – “DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru

Şəbnəm Məmmədova – “SmartNation” platformasının təsisçisi”.

7. “Bahar Muradova – Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri” abzasından sonra aşağıdakı məzmunda yeni abzaslar əlavə edilsin:

“İlqar Musayev – Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi

Samirə Musayeva – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti rəisinin müavini”.

8. “Fuad Nağıyev – Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri” abzasından sonra aşağıdakı məzmunda yeni abzaslar əlavə edilsin:

“Rövşən Nəcəf – Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti

Könül Nurullayeva – Azərbaycan Respublikası Milli Məclisinin deputatı”.

9. “Samir Rzayev – “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti” abzasından sonra aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:

“Ruslan Sadıqov – Bakı “Ağ Şəhər” layihəsinin baş direktoru”.

10. “Mariana Vasileva – Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini” abzasından sonra aşağıdakı məzmunda yeni abzaslar əlavə edilsin:

“İnarə Vəliyeva – Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi İdarə Heyətinin sədri

Pərvanə Vəliyeva – “Sağlamlığa Xidmət” ictimai birliyinin icraçı direktoru, “Environmental Protection First” Koalisiyasının həmtəsisçisi

Fatma Yıldırım – Azərbaycan Respublikası Milli Məclisinin deputatı”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 fevral 2024-cü il




Redaktorun seçimi

Yenə də “motal” əl çəkmir...
  • Daxili siyasət
  • 11:20 20.04.2024
Yenə də “motal” əl çəkmir...
Lavrovun anti-Ermənistan demarşları
  • Daxili siyasət
  • 09:57 20.04.2024
Lavrovun anti-Ermənistan demarşları
Təxribatlar bumeranqa çevrilir
  • Siyasi təhlil
  • 09:45 20.04.2024
Təxribatlar bumeranqa çevrilir
Azərbaycanın zəfər marafonu davam edir
  • Daxili siyasət
  • 09:42 20.04.2024
Azərbaycanın zəfər marafonu davam edir
Sübhaninin İrəvan sərsəmləməsi
  • Daxili siyasət
  • 13:00 19.04.2024
Sübhaninin İrəvan sərsəmləməsi
“Alagözlüm, səndən ayrı gecələr...”
  • Mədəniyyət
  • 12:21 19.04.2024
“Alagözlüm, səndən ayrı gecələr...”

Prezident