USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Azərbaycan Prezidenti İlham Əliyev və İsrailin Prezidenti İsxak Hersoq Münxendə görüşüblər YENİLƏNİB


https://img.baki-baku.az/news/2024/02/photo_11222.jpg

Fevralın 16-da Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun görüşü olub.

AZƏRTAC xəbər verir ki, İsrail Prezidenti İsxak Hersoq dövlətimizin başçısına prezident seçkilərində qələbə qazanması münasibətilə təbriklərini çatdırdı.

Prezident İlham Əliyev təbrikə görə təşəkkürünü bildirdi və bununla bağlı İsxak Hersoqdan rəsmi məktub formasında da təbrik aldığını məmnunluqla qeyd etdi.

Söhbət zamanı Azərbaycan ilə İsrail arasında müxtəlif sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi aparıldı, hökumətlərarası komissiyanın fəaliyyəti qeyd olundu, iqtisadi-ticari, mədəni, humanitar əlaqələrə toxunuldu. Həmçinin Azərbaycan Respublikasının İsrail Dövlətində səfirliyinin fəaliyyətə başlamasının ikitərəfli əlaqələrimizin inkişafına təkan verdiyi bildirildi.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst

Prezident