USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, akademik Viktor Sadovniçidən


https://img.baki-baku.az/news/2024/02/photo_11108.jpg

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm İlham Heydər oğlu.

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin bütün kollektivi adından və şəxsən öz adımdan Sizi Azərbaycan Respublikası Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Siz öz yorulmaz əməyiniz və tam fədakarlığınızla belə yüksək vəzifəyə ən layiqli namizəd olduğunuzu növbəti dəfə sübut etdiniz. Yüksək peşəkarlığınız, müstəsna şəxsi və işgüzar keyfiyyətləriniz Sizi hədəfi aydın şəkildə görən və nəzərəçarpacaq nəticələrə müvəffəq olan müdrik və qətiyyətli rəhbər kimi xarakterizə edir. Biz uzunəsrlik tarixə və möhkəm ənənələrə malik gözəl diyarın getdikcə gözümüz önündə çiçəklənən və sabit, hər bir insanın öz arzularına çata və öz xoşbəxtliyini tapa biləcəyi dövlətə necə çevrildiyini görürük.

Bu xoş fürsətdən istifadə edərək, Sizə bizim əməkdaşlığımıza diqqətli və səmimi münasibətinizə görə minnətdarlıq edirəm. Moskva Universitetinin Bakı şəhərindəki filialı uzun illər fəaliyyəti boyunca elm və təhsilin inkişafına uğurla xidmət edir və dövlətlərimizin səmərəli əməkdaşlığını möhkəmləndirir.

Möhtərəm İlham Heydər oğlu, bu gün mən Sizin ünvanınıza səsləndirilən bütün səmimi sözlərə böyük məmnuniyyətlə qoşulur, Sizə möhkəm cansağlığı, firavanlıq, yeni maraqlı layihələr və düşündüyünüz bütün planlarınızın həyata keçməsini arzulayıram.

Dərin hörmətlə,

 

Viktor Sadovniçi

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, akademik




Redaktorun seçimi

Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi
İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”

Prezident