USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Rusiyanın “VTB Bank” Publik Səhmdar Cəmiyyətinin prezidenti - İdarə Heyətinin sədri Andrey Kostindən


https://img.baki-baku.az/news/2023/12/photo_10324.jpg

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə "VTB Bank"ın İdarə Heyəti, kollektivi adından və şəxsən öz adımdan səmimi təbriklərimi qəbul edin.

Bu il Sizin respublikaya fədakar xidmətinizin 20 ili tamam oldu.

Bu vaxt ərzində Azərbaycanda xarici siyasət, iqtisadiyyat, sosial sahə və dövlət quruculuğunda şəksiz uğurlar əldə olunub. Ölkə Sizin rəhbərliyinizlə beynəlxalq arenada nüfuzunu xeyli möhkəmləndirib, regional lider mövqeyini gücləndirib, Avrasiya məkanında, o cümlədən Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi kimi yeni beynəlxalq nəqliyyat marşrutlarının formalaşması prosesində əhəmiyyətli aktora çevrilib.

Rusiyada Azərbaycan Respublikası, Azərbaycan xalqı ilə möhkəm əməkdaşlıq münasibətlərini və müttəfiqlik qarşılıqlı fəaliyyətini, məhsuldar ikitərəfli əlaqələri yüksək qiymətləndirirlər. "VTB" qrupu mürəkkəb çağırışlar şəraitində dinamik inkişaf edən işgüzar əlaqələrə, konstruktiv dialoqa böyük əhəmiyyət verir.

Hörmətli İlham Heydər oğlu, doğum gününüzdə və respublika üçün bu əlamətdar ildə Azərbaycana Sizin rəhbərliyinizlə yeni-yeni nailiyyətlər, Sizə isə qarşıdakı prezident seçkilərində müvəffəqiyyətlər, tükənməz güc ehtiyatı, yaxınlarınızla birlikdə cansağlığı, firavanlıq və əmin-amanlıq arzulayıram.

Hörmətlə,

 

Andrey Kostin

Rusiyanın “VTB Bank” Publik Səhmdar Cəmiyyətinin prezidenti - İdarə Heyətinin sədri




Redaktorun seçimi

Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi
İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”

Prezident