USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Prezident İlham Əliyev serbiyalı həmkarını növbədənkənar parlament seçkilərində inamlı qələbə münasibətilə təbrik edib


https://img.baki-baku.az/news/2023/12/photo_10226.jpg

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Serbiyada növbədənkənar parlament seçkilərinin uğurla keçirilməsi və “Aleksandar Vuçiç – Serbiya dayanmamalıdır” koalisiyasının inamlı qələbəsi münasibətilə Prezident Aleksandar Vuçiçi təbrik edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı təbrik məktubunda qeyd edib: “Səsvermənin nəticələri Serbiyanın inkişafı və rifahı yolunda həyata keçirdiyiniz siyasətə xalqınızın verdiyi yüksək qiymət və dəstəyi, Sizə olan böyük inam və etimadı bariz şəkildə əks etdirir.

Dost ölkə və etibarlı tərəfdaşımız olan Serbiya ilə əlaqələrimiz bizim üçün xüsusi əhəmiyyət daşıyır. Qarşılıqlı etimad və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərimizin hazırkı səviyyəsi və müxtəlif sahələrdə gündən-günə genişlənən səmərəli əməkdaşlığımız bizi olduqca sevindirir. Aramızdakı fəal siyasi dialoq birgə fəaliyyətimizin inkişafında mühüm rol oynayır. Azərbaycan ilə Serbiya arasında ənənəvi dostluq əlaqələrinin qorunub saxlanmasında və bugünkü səviyyəyə yüksəlməsində Sizin böyük əməyiniz və xidmətləriniz var”.

Bu yaxınlarda Serbiyaya səfərini ən xoş təəssüratlarla xatırlayan dövlətimizin başçısı İlham Əliyev Aleksandar Vuçiçlə səmimiyyət şəraitində keçən görüşünü yüksək qiymətləndirib.

“Əminəm ki, Azərbaycan-Serbiya müstəsna münasibətlərinin və strateji tərəfdaşlığının xalqlarımızın iradəsinə uyğun olaraq daha da möhkəmləndirilməsi və dərinləşdirilməsi yolunda birgə səylərimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.




Redaktorun seçimi

Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi
İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”

Prezident