USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

İrəvanın yeni biznes-şousu: “Qaçqınlar”

Bu “çirkli biznes”in təşkilatçısı Ermənistan hakimiyyətidir


https://img.baki-baku.az/news/2023/10/photo_9386.jpg

Xankəndidəki separatçı rejimin işbaz liderləri İrəvandakı şərikləri ilə əlbir olub Qarabağda yaşayan erməni sakinlərin sayını süni şəkildə artırmaqla məşğuldur. Onlar özəl maraqlarına xidmət edən bu “biznes proje”ni Fransada, ABŞ-da, eləcə də digər ölkələrdəki zəngin erməni diasporuna sırımaqla onlardan yüz milyonlarla dollar həcmində ianələr, humanitar yardımlar qoparıblar. 

İndi “caylarını Bakının həbsxana­larında içən” separatçı “bizmesmən­lərin” sərfəli bazarı və “canlı xammalı” əllərindən çıxmış və onların İrəvana qaçmış şərikləri pul qazanmağın yeni üsulundan yararlanmağa çalışırlar. Onlar bu dəfə Ermənistana köçmüş Qarabağ ermənilərinə “qaçqın” statu­su təşkil etməklə bizneslərini davam etdirmək barədə düşünürlər. Əsas məqsədləri “qaçqınların” sayını süni şəkildə çoxaltmaqla yenə xaricdəki milyarder hay “xeyriyyəçilərin” gön­dərəcəyi, eləcə də Ermənistanın döv­lət büdcəsindən ayrılacaq maliyə və­saitini mənimsəməkdir.

“Ermənistan Qarabağı tərk edən ermənilərə həm ölkə daxilində güzəştli şərlərlə yaşamaları, həm də beynəlxalq müstəvidə hüquqlarının qorunması üçün onlara status ver­məyə hazırlaşır”. Bunu dörd gün əv­vəl Ermənistan baş naziri Nikol Pa­şinyan parlamentin iclasında ənənəvi hökumət saatında deputatların sual­larını cavablandırarkən deyib. Baş nazir Azərbaycan Ordusunun həya­ta keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra könüllü şəkildə bölgəni tərk edərək Ermənistanda yaşamağa qərar verən ermənilərə “müvəqqəti müdafiə” statusu verilə­cəyini söyləyib. Amma bu zaman statusun əsas mahiyyəti və onun hansı kriteriyalarla müəyyən edilə­cəyini açıqlamayıb. Hayastanın baş naziri onu da parlamentarilərin nəzə­rinə çatdırıb ki, bu məsələ ilə bağlı yekun qərar Ermənistan hökumətinin növbəti iclasında veriləcək. Onun sözlərinə görə, artıq işlənib hazır­lanmış həmin qərar layihəsi bir neçə dəfə müxtəlif formatlarda müzakirə olunub.

Paşinyan açıq mətnlə bildirməsə də, Qarabağı tərk edərək, Ermənis­tanda yaşamağı seçən ermənilərə “qaçqın statusu” verməyi düşünür. Baş nazir “müvəqqəti müdafiə” adı altında nəyi nəzərdə tutduğunu açıqlamasa da, söhbətin Qarabağ ermənilərinə məhz “qaçqın statusu”­nun verilməsindən getdiyi aydındır. Guya, bu addım həm milli, həm də beynəlxalq səviyyədə onların hüquq­larının maksimum dərəcədə müda­fiəsinə imkan verəcək. “Hər halda, bizim hüquqşünaslarımız belə bir qənaətə gəliblər”, – Paşinyan bunu parlamentdəki çıxışında bildirib.

Baş nazirin ardınca ədliyyə na­ziri Qriqor Minasyan da hökümə­tin Qarabağdan köçmüş erməniləri rəsmən “qaçqın” olaraq tanıdığını bəyan edib. Onun sözlərinə görə, “müvəqqəti mühafizəyə” götürülmə­si və qaçqın kimi tanınması üçün Qarabağ erməniləri 3 meyarla təyin edilib: 1) Qarabağda əhalinin reyest­rində qeydiyyatda olan şəxslər (yəni sovet dönəmindən orada yaşayan yerli ermənilər- red.); 2) Ermənistan ərazisində və ya onun hüdudlarından kənarda yaşayan, son qeydiyyat ün­vanı Qarabağ olan şəxslər (1988-ci il fevral ayından sonra əhalinin sayını artırmaq məqsədilə ora yerləşdirilən ermənilər – red.); 3) Qarabağın er­məni əhalisinin reyestrində qeydiy­yata alınmayan, amma “Dağlıq Qa­rabağda” (?) yaşamış və 2023-cü il sentyabrın 19-da “hərbi əməliyyat­lar” (?) nəticəsində məcburi köçkün kimi Qeydiyyat xidməti tərəfindən qeydə alınmış şəxslər (sonuncu qrup Ermənistan hökümətinin Livan, Suriya, İraq ərazisindən Qarabağa gətirib, onlar üçün qəsəbələr tikib məskunlaşdırdığı ermənilərdir -red.). Q.Minasyan vurğulayıb ki, layihə­nin qəbulu onların hüquq və qanuni mənafelərini qorumaq məqsədilə “Dağlıq Qarabağdan” (?) məcburi köçkünlərin müəyyən qrupunun “mü­vəqqəti mühafizəyə” götürülməsinə imkan yaradacaq. 

Oxucuların nəzərinə çatdıraq ki, Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyasında “qaçqın” anla­yışı təsbit olunur və digər məqam­larla yanaşı, “beynəlxalq sərhədi keçən insan” anlayışı qabardılır. Bu, o deməkdir ki, indi Qarabağdan köç­müş şəxslərə qaçqın statusu vermək­lə Ermənistan onların gəldiyi ərazilə­rin başqa dövlətə, yəni Azərbaycana məxsusluğunu, eləcə də dövlətləra­rası sərhədi keçdiyini rəsmən etiraf edir. İndi Hayastan hökuməti 100 min “qaçqından” danışır. Amma, əslində, əvvəlcə bu ərazidə yaşamış şəxslə­rin kateqoriyaları müəyyən edilməli­dir. Qarabağda məskunlaşmış insan­ların xeyli hissəsi xarici dövlətlərin vətəndaşlarıdır. Bu gün rəsmi İrəvan bəyan edir ki, Qarabağdan Ermənis­tana köçənlərin 10 mini xaricə gedib. Elə bu faktın özü onu təsdiqləyir ki, həmin sakinlərin cibində vaxtilə gəl­dikləri xarici ölkələrin pasportları var. Və onlar indi İrəvandan aldanıb çıx­dıqları “ilkin vətənlərinə” dönməkdə çətinlik çəkmirlər. 

Hazırda Bakıda istintaq altında olan separatçıların keçmiş “silah­daşlarının” verdikləri ifadələrlə bir daha təsbit olunur ki, Qarabağda Er­mənistan ordusunun 15 minə yaxın hərbi qulluqçusu olub. Onların ailə üzvlərini də saysaq, ortaya 30-40 minlik rəqəm çıxır. Bunların üzə­rinə işğaldan sonra əraziyə köçü­rülən, qanunsuz məskunlaşma yolu ilə oraya yerləşdirilən təxminən, 20 min “qonağı” da gəlmək lazımdır. Qanunsuz məskunlaşma cinayət sayıldığına görə, gəlmələrin mülkiy­yət hüququ kimi qaçqın statusu da tanınmır. Belə məlum olur ki, 30 il əvvəldən Qarabağda yaşayan yer­li ermənilərin sayı, təxminən, 30-35 minə yaxındır. Məntiqlə qaçqın sta­tusu yalnız bu şəxslərə verilə bilər. Amma burada da bir “əmma” var. Qarabağı tərk edərək Ermənistanda yaşamağı seçən ermənilərə qaçqın statusu veriləcəyi halda ortaya belə bir sual çıxacaq: həmin ermənilər hansı dövlətdən qaçıblar? Ermənilər üçün bu sualın iki cavabı ola bilər: Azərbaycandan, yaxud “Artsax”dan. Birinci variantda onlar müstəqil Azər­baycanın vətəndaşlığını qəbul etmə­yiblər. Əgər qəbul ediblərsə və bunu pasportları ilə təsdiq edə bilirlərsə, onlara qaçqın statusu verilə bilər. İntəhası, Qarabağı könüllü tərk etmiş ermənilərin heç biri nə faktiki, nə də hüquqi cəhətdən Azərbaycan vətən­daşı olmayıb. Belə olan halda onlara Azərbaycan ərazisindən qaçqın düş­müş şəxs statusu verilə bilməz. Bu­nun heç bir beynəlxalq hüquqi əsası yoxdur. İkinci varianta gəldikdə isə dünyada “Artsax” adında dövlət ol­mayıb və yoxdur. Hətta, rəsmi İrəva­nın özü bu qondarma “respublikanı” tanımır. Yəni, “Artsax respublikasının vətəndaşı” kimi dünyaya təqdim et­məyə çalışdıqları ermənilərə qaçqın statusu verilə bilməz.

Hayastan mediası və rəsmi orqanları son günlərədək Qarabağı könüllü tərk etmiş erməniləri “məc­buri köçkün” kimi qeyd edirdilər. İndi isə guya, onların hüquqlarını qorumaq, beynəlxalq səviyədə təmi­natlarını təşkil etmək üçün “qaçqın statusu” variantını ortaya atıblar. Nə beynəlxalq hüquq, nə də siyasi məntiq baxımından heç yerə sığ­mayan bu avantüranı da İrəvanın Bakıya təzyiq üsulu kimi düşündüyü gedişdir. Amma, bundan əvvəlkilər kimi, siyasi rəng verməyə çalışdıqla­rı “qaçqın statusu” biznes-şousunun da tezliklə iflasa uğrayacağı indidən məlumdur.

Zaur MƏMMƏDOV, 
politoloq:

Qarabağdan Ermənistana, oradan isə xaricə köçən ermə­nilər bəlli məsələdir ki, yaxşı həyat yaşamağı qarşılarına məqsəd qoyublar. Onlar 30 il ərzində Qarabağda separatçı­ların girovuna çevrilmişdilər. Əhali ilə doğru-düzgün rəftar olunmurdu. Qarabağdan könül­lü çıxan ermənilər beynəlxalq hüquqa görə qaçqın sayılmır.

Qarabağda yaşayan ermə­nilərin orada qalmasının əsas səbəbi ondan ibarətdir ki, yerli sakinlər müxtəlif vədlərlə alda­dılıblar. Hazırda onların böyük qismi Ermənistandadır. Məlu­matlara görə, həmin şəxslər gələcəkdə harada yaşayacaq­larını götür-qoy edirlər. Harada yaşayacaqlarından asılı olma­yaraq, onlar qaçqın kimi qəbul edilməyəcəklər. Xarici ölkələrlə yanaşı, Ermənistanın özündə də qaçqın statusu ala bilməyəcək­lər. Beynəlxalq hüquqa görə, Qarabağdan köçən ermənilər qaçqın sayılmır. Çünki Azər­baycan onları qovmayıb, güclə çıxartmayıb. Könüllü şəkildə bölgəni tərk ediblər. Bununla bağlı Azərbaycanın əlində ki­fayət qədər dəllil var. Onlardan götürülən müsahibələrdə ermə­nilər bildiriblər ki, bu addımı kö­nüllü şəkildə atırlar. Separatçı­ların bölgədə qurduqları mühit ona gətirib çıxardı ki, ermənilər Qarabağdan, faktiki olaraq bu separatçıların əlindən qaçdılar. Düzdür, indi hər hansı yalan və bəhanələr uydura bilərlər. Hər halda, bu, zorla qovulma və et­nik təmizləmə deyil. 

Asif NƏRİMANLI, 
siyasi analitik:

Ermənistan hakimiyyəti Qa­rabağdan qayıdan ermənilərə vətəndaşlıq yox, “qaçqın sta­tusu” verir. Burada iki məqsəd güdülür: birincisi, siyasi hədəf­dir ki, “qaçqınların qayıdışını” Bakıya qarşı təzyiq aləti kimi ehtiyatda saxlamaq. Həm də Qərbi Azərbaycandan depor­tasiya olunan soydaşlarımızın geri qayıtması məsələsində “er­mənilərin də Qarabağa qayıdı­şı” iddiasını irəli sürmək. İkinci­si, əlbəttə ki, iqtisadi maraqdır: Qərbdən “erməni qaçqınlara yardım” adı ilə milyonlarla avro maliyə vəsaiti almaq. Hərçənd, ermənilərin “qaçqın statusu” beynəlxalq hüquqda özünün təsbitini tapmır. 

Həmin hüquqa görə, “qaçqın “irqi, dini, milli mənsubiyyətə, mənşəyinə görə təqib oluna­cağından qorxduğu üçün ölkə­sinə qayıda bilməyən, yaxud qayıtmaq istəməyən şəxsə” deyilir. Bu səbəbdən, Qarabağ­dan Ermənistana köçən, daha doğrusu, qayıdan ermənilər “qaçqın” statusu ala bilməz. Qarabağ ermənilərinin “qaçqın statusu” alması üçün onların “öz ölkələrini” tərk etmələri la­zımdır. Onların “ölkə” dediyi ərazi isə beynəlxalq hüquqa əsasən Azərbaycan ərazisidir. Yəni, hayların “ölkə” adlandır­dıqları qondarma separatçı re­jimi beynəlxalq hüquq tanımır. Qarabağın keçmiş erməni sa­kinlərinin bir qisminin mənsub olduğu hüquqi sənəd separat­çıların onlara verdiyi qondarma pasportdur ki, o da kağız parça­sından başqa bir şey deyil. Ək­səriyyəti Ermənistan pasportu daşıyıb. Bu fakt isə ermənilərin “öz ölkələrini” tərk etmədiyi­ni, sadəcə, vətəndaşı olduqları ölkəyə qayıtdığını sübut edir.

Fərhad MEHDİYEV, 
beynəlxalq hüquq üzrə professor:

Qondarma “dqr” tanınma­dığı üçün Qarabağda yaşayan ermənilər xaricə Ermənistan pasportu ilə gedirdilər. Belə­liklə, Qarabağdakı ermənilə­rin böyük əksəriyyəti xaricdə de-yure Ermənistan vətəndaşı kimi qəbul edilir. Axı Ermənis­tan vətəndaşına hansı hüquqla qaçqın statusu verilə bilər? 

Digər tərəfdən, Ermənis­tan özü də pasport verdiyi və hətta vermədiyi Qarabağdan köçən ermənilərə qaçqın sta­tusu verə bilməz. Çünki bu sta­tus yaşadığı yerdən məcburi şəkildə köçən şəxslərə verilir. Amma ermənilər bu əraziləri məcburi yox, könüllü şəkildə tərk ediblər. Məlum məsələdir ki, Azərbaycan həmin şəxslə­ri qovmayıb, əksinə, bölgədə qalmalarını təklif edib. Ona görə də onlara qaçqın statusu­nun verilməsinin doğru olma­dığını düşünürəm. Həmin sta­tusu almaq üçün beynəlxalq tribunallara müraciət etmək mümkün deyil. Amma nümunə kimi deyək ki, Almaniya hə­min şəxslərə qaçqın olaraq viza vermək istəsə, bunu edə bilər. Fransanın təşəbbüsü ilə BMT-nin İnsan Hüquqları Şu­rasında Qarabağdan Ermənis­tana köçən erməni əhalisinə “qaçqın statusu”nun verilməsi ilə bağlı Azərbaycan əleyhinə bəyanat qəbul olunub. Fəqət bu qərardan öncə nəzərə alın­malı idi ki, ermənilər Qarabağ­dan könüllü və təhlükəsiz şə­raitdə, bir nəfər yaralanmadan, oğurlanmadan, evləri yandırıl­madan köçüblər. Onlar sadəcə olaraq Azərbaycan ərazisində yaşamaq istəməyiblər...

İmran BƏDİRXANLI




Redaktorun seçimi

Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi
İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”

İmran BƏDİRXANLI