USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Fransa şeytanlığının “Mələk sifəti” və ermənipərəst Petel

Parisin erməni avantürizminə “mədəni dəstək” məntiqinə sözardı


https://img.baki-baku.az/news/2023/10/photo_9382.jpg

Fransadan Ermənistana gediş-gəliş intensivləşib. Axı, həssas zamandır, Ermənistanın çaşmasına imkan vermək olmaz. Avantürizmi diri saxlamaq lazımdır ki, Paris özünün neokolonializmini Cənubi Qafqaz müstəvisinə daşıya bilsin, Afrikada itirdiklərinin yaşadığımız coğrafiyada bərpasını bacarsın. 

Görünür, elə buna görə də Fransanın xarici işlər naziri Ketrin Kolonnadan son­ra ölkənin Livan əsilli mədəniyyət naziri Rima Abdul Mələk də İrəvana səfər edib. Onunla eyni təyyarədə isə Fransa Milli Assambleyasının deputatı Ann-Laurens Petel olub. O Petel ki, qatı ermənipərəst­liyi bir yana, həm də Fransadakı erməni lobbisinin sözçüsüdür. Yəqin bu səbəb­dəndir ki, Fransa – Ermənistan parla­mentlərarası dostluq qrupunun da rəhbə­ridir. Hər halda, bu posta xanım Peteldən “layiqli” namizəd tapıla bilməzdi. 

Zarafat deyil, fransız deputat ermə­nipərəstlikdə can qoyub. Necə deyərlər, həftə səkkiz, mən doqquz İrəvandadır. O, axırıncı dəfə ölkədə bu ilin oktyabrında olmuşdu. Daha əvvəl isə sentyabrda İrə­vana baş çəkmiş və özünün “İnstagram” səhifəsində “təsirli” paylaşım edərək bil­dirmişdi ki, Qarabağdan qaçqın düşmüş şəxslərlə görüşüb: “…Arzu edənlər ev­lərinə qayıda bilməlidirlər. Bu, xarici işlər naziri Ketrin Kolonnanın Senatda elan etdiyi kimi, Fransanın Dağlıq Qarabağ (?) ermənilərinin geri qayıtmaq hüququ­nu təmin etmək üçün BMT Təhlükəsizlik Şurasına təqdim edəcəyi səsdir”.

Göründüyü kimi, xanım Petel kiçik paylaşımında belə təhrikçi mövqe tutur. Əslində, bu təhrikçilik yox, sadəcə ermə­ni məsələsini gündəmdə saxlamaqdır. Yəni, təhrikə ehtiyac yoxdur… Deputat özünün “İnstagram” səhifəsində Azər­baycan rəhbərliyinə qarşı hədyanlar yağdırmaqdan da çəkinməyib. Bildirib ki, Bakı Qarabağdan sonra Zəngəzu­ra keçəcək. Sanki Qarabağ Ermənistan ərazisi imiş və ölkəmiz oranı zəbt edib…

Ann-Laurens Petel ölkənin təhlükə­sizliyini təmin etmək üçün Avropa İtti­faqının sərhədin Ermənistan tərəfindəki mülki missiyasının sayının və əhatə da­irəsinin genişləndirilməsini təklif edib. Nəzərə alsaq ki, artıq Ermənistanla Fran­sa arasında hərbi-texniki əməkdaşlıq haqqında yeni müqavilə var, xanım Petel sözügedən missiyanın silahlandırılması­nın vacibliyini bildirsə, qətiyyən təəccüb­lənmərik. Hər halda, ermənipərəstliyin siyasi anarxizm doğurduğu labüd qanu­nauyğunluqdur. 

Bəli, indi də fransız deputat çox gü­man, eşidib ki, ölkəsinin mədəniyyət na­ziri Rima Abdul Mələk Ermənistana yol­lanır, onunla birgə gəlməyə qərar verib. O da mümkündür ki, Peteli müsəlman nazirin yanına Fransa Prezidenti Em­manuel Makron özü salıb. Hər halda, ermənipərəst deputatın parlamentdə Makronun partiyasını təmsil etdiyi, dövlət başçısının ona sözünün keçdiyi aşkardır. 

Yeri gəlmişkən, Makron-Petel yaxın­lığını ikincinin “İnstagram” səhifəsindəki şəkillərdən də görmək mümkündür. 53 yaşlı xanım deputat gənc sevgililər kimi durmadan dövlət başçısı ilə foto gö­rüntülər paylaşmaqla məşğuldur. O, ilk baxışdan Briccit nənəni – Makronun hə­yat yoldaşını xatırladır. Hərçənd, Briccit Peteldən nə az nə çox, düz 19 yaş bö­yükdür. Yəqin E.Makron artıq gənclərə üstünlük verməkdədir. Gənc də deyirik, Fransanın dövlət başçısı Peteldən beş yaş kiçikdir. Nə etmək olar, Makronun bəxtinə həmişə özündən böyüklər düşür. Elə şəkil çəkdirməkdə də. Kiçiklər isə bir qayda olaraq, Fransa prezidentini şil­lə-şapalağa “qonaq edirlər”. Əlqərəz, iki xanım – Ann-Laurens Petellə Rima Abdul Mələk əl-ələ verib Ermənistana dəstək göstərməyə gəliblərmiş. Onu da deməyə əsas var ki, mədəniyyət nazirini İrəvana gətizdirən erməni lobbisinin özüdür. Hər halda, harada Petel varsa, orda lobbinin olduğu aşkardır. 

***

Beləliklə, Fransanın mədəniyyət na­ziri Ermənistana gəlib ki, Qarabağda erməni mədəni mirasının məhvini göz­ləri ilə görsün. Yəni, məsələni yerində araşdırsın. Diqqətli oxucularımız yəqin anladılar ki, hazırkı fransız siyasi leksi­konunda faktı gözü ilə görmək, yerində araşdırmaq nə deməkdir. Bilməyənlər üçün arayış verək: araşdırmaq, faktı gör­mək İrəvan küçələrində beş-altı adamla, hazırda isə üç-dörd Qarabağ ermənisi ilə söhbətləşmək, Sünikə, daha doğrusu, Zəngəzura gedib iki-üç çobanı danışdır­maq, ən yaxşı halda isə durbinlə Azər­baycan tərəfə baxmaqdır. Heç narahat olmağa dəyməz, hesabatları, bir qayda olaraq, yazılı formada Parisdə iş otaq­larındakı stolun üstündə hazır vəziyyət­dədir. İrəvanda isə konyak içmək, stresi atmaq və sair “vacib vəzifələr” var… 

Yekun nəticə etibarilə deyə bilərik ki, nazir Rima Abdul Mələk Ermənistana er­məni avantürizminin, belə demək müm­künsə, mədəni tərəflərini alovlandırmaq üçün təşrif buyurubmuş. Ona görə də Qarabağ bölgəsindəki tarixi və mədə­ni abidələrin təhlükə altına düşməsi ilə bağlı iddialar qaldırıb və həmin abidələri qorumaq üçün müxtəlif mexanizmlərin yaradılmasına çağırış edib. Görünür, er­mənipərəst Petelin yanında olması nazir Mələyi əməlli başlı cuşa gətirib ki, belə sərsəmləmələrə yol verir. Sual olunur: Bu cür yaramaz iddialar səsləndirmək üçün İrəvana gəlmək çoxmu vacib idi? Digər tərəfdən, maraqlıdır, fransız nazir hansı beynəlxalq mexanizmlərdən bəhs edir? Mümkündürmü elə bir şey? 

Deyəsən, fransalı dövlət rəsmiləri, deputatlar erməni avantürizminin içini illüziyalarla doldurmağı yaxşı bacarırlar. Bu gedişlə mədəniyyət nazirindən sonra növbə Fransanın ekologiya nazirinə ça­tacaq. Yəqin o da deyər ki, Qarabağda azərbaycanlıların nəfəs almaları ətraf mühitə ziyandır. Ermənilər də bundan sevincək olub bayram edərlər. Bu mis­kin mənzərəni tamamlamaq üçün Fran­sadakı kanalizasiya idarələrindən birinin rəhbərinin də Ermənistana səfəri təş­kil olunmalıdır. O da gəlib desin ki, bəs Qarabağda kanalizasiyalar təmizlənmir. Bunlardan nə desən gözləmək olar. Təki Azərbaycan əleyhinə nə isə guruldasın­lar. Əlbəttə, obrazlı desək, yalnız gurul­damaqları var, yağa bilməyəcək qədər qısırdırlar. 

*** 

Qayıdaq Petelə. Daha doğrusu, Pe­tellə Rimaya. Fransız nazirin aşkar ermə­nipərəst mövqe tutan bir deputatla eyni təyyarədə Ermənistana səfəri, əlbəttə ki, utancverici durumdur. Ancaq nə fransız­larda, nə də ermənilərdə utanan sifət var. İkinciləri bir kənara qoyuruq, Fransanın dövlət rəsmilərində utanan sifət olsaydı, ilk növbədə, Afrikada törətdikləri qətliam­lara, insanlıq əleyhinə cinayətlərə görə üzr istəyərdilər. Hər halda, Azərbaycan yox, Afrikanı, Cənub-Şərqi Asiyanı, Sakit Okean regionunu və Latın Amerikası­nı müstəmləkəyə çevirən, işğala məruz qoyan Fransadır. Həmin ərazilərin təbii sərvətlərini talayan da, tarixini və mə­dəniyyətini silməyə çalışan da bu ölkə­dir. İndi fransız şeytanlığı mələk sifəti ilə Azərbaycanı ittiham yolu tutur. Bu miskinlik səhnəsini tamamlayan isə rə­zillikdir. Həqiqətən də Fransa dövləti rəzil durumdadır. 

***

Sonda Fransanın mədəniyyət naziri Rima Abdul Mələyin anti-Azərbaycan fikirlərindəki bir məqamın üzərində da­yanaq. Bildirdiyimiz kimi, o, Qarabağda erməni mədəni mirası kimi təqdim etdiyi abidələrin qorunması üçün mexanizmlə­rin yaradılmasından dəm vurur. Əlbəttə ki, söhbət beynəlxalq mexanizmlərdən gedir. Yada salaq ki, oxşar “ideya” Qara­bağ ermənilərinin hüquq və təhlükəsiz­liyi kontekstində də irəli sürülməkdədir. Bu avantürist düşüncəni tirajlayan isə həm erməni iqtidarıdır, həm də Qərbdəki ermənipərəstlər. Hər iki cinah var güc­ləri ilə çalışırlar ki, qaldırdıqları məsələ Azərbaycan – Ermənistan münasibətlə­rinin nizamlama prosesində özünə yer tapsın. 

Fikrimizin təsdiqi üçün Avropa Siyasi Birliyinin bu il oktyabrın 5-də Qranadada keçirilmiş zirvə toplantısına diqqət ye­tirək. Tədbir çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanın, Fransa pre­zidenti E.Makronun, Avropa İttifaqı Şura­sının prezidenti Şarl Mişelin və Almaniya Kansleri Olaf Şoltsun imzaladıqları sənəd də məhz sözügedən məqamı nəzərdə tuturdu. Həmin sənədin Makronun patro­najlığı ilə ərsəyə gəldiyini nəzərə alsaq və hazırda Qarabağdakı erməni mirası adı ilə göstərilən abidələr üçün “yaşam para­diqmasının” özəlliklərinə diqqət yetirsək, deyə bilərik ki, Paris bütün istiqamətlər­də Qarabağla bağlı beynəlxalq təminatın əldə olunmasına çalışmaqdadır. Deməli, məqsəd bölgənin Azərbaycana məxsus­luğunu şübhələndirməkdir. Sonra da baş nazir N.Paşinyan bütün platformalarda sülhdən, ölkəmizin ərazi bütövlüyünə hörmətdən danışır. Budurmu hörmət?! Bəlkə Fransanın neokolonializm siyasə­tinin alətinə çevrilib Azərbaycanı ittiham etməkdir hörmət?!

Ə.CAHANGİROĞLU




Redaktorun seçimi

Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi
İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”

Əvəz RÜSTƏMOV