USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Canlı aləm Ermənistanın təxribatlarının qurbanı olmamalıdır!

Bu fikir heyvanların müdafiəsi üzrə beynəlxalq təşkilatlara ünvanlanmış müraciətdə yer alıb


https://img.baki-baku.az/news/2023/10/photo_9340.jpg

“Bu günlərdə azad edilmiş ərazilərdə mina qurbanları olan 2 ayının (Ursus arctos) video və fotoları ictimailəşib. Biz bu təsvirlərdən hədsiz dərəcədə sarsılmışıq. Ayılardan birinin minaya düşərək şikəst qalması, digər ayı balasının isə minanı tapdalamaqla ölməsi aydın müşahidə edilib”. Bu fikirlər “Bioloji Müxtəliflik Mərkəzi” İctimai Birliyinin heyvanların müdafiəsi üzrə beynəlxalq təşkilatlara ünvanladığı müraciətdə ifadə olunub.

Müraciətdə Ermənistanın 44 günlük müharibədən əvvəl və son­ra Azərbaycan ərazilərini minaladığı bildirilib. Qeyd edilib ki, yalnız 2023-cü ilin sentyabrındakı lokal xarakterli antiterror tədbirləri ilə bunun qarşısı alınıb. Ümumdünya Təbiəti Mühafizə Fondunun bir neçə il əvvəl Ermənis­tanla Azərbaycan sərhədində ayaqları sikəst qalmış 2 bəbirin (Panthera par­dus) təsvirini yaydığının bildirildiyi mü­raciətdə həmçinin Qarabağ və Şərqi Zəngəzurda mina qurbanı olan hey­vanlar içərisində Beynəlxalq Qırmızı Siyahıya düşmüş növlərin mövcudluğu vurğulanıb: “Ermənistan Respublikası tərəfindən heyvanlara, vəhşi faunaya qarşı sərgilənən bu cür qəddar müna­sibət yolverilməzdir. Cənubi Qafqaz kimi biomüxtəliflik cəhətdən zəngin bir regionun nadir təbiət inciləri, heyvanla­rı bu cür rəftara məruz qalmamalıdır”.

Müraciətdə eyni zamanda bildirilib ki, Ermənistan heyvanlardan sui-qəsdçi kimi də yararlanıb. Ölkənin Azərbaycan ərazisində mövcud olmuş qeyri-qanuni silahlı dəstələri itin üzərinə uzaqdan idarə olunan əldəqayırma partlayıcı qurğu bağlayaraq, onu Azərbaycan Ordusunun mövqeləri istiqamətində hərəkətə məcbur ediblər. Yalnız hərbi qulluqçularımızın sayıqlığı nəticəsində terror aktının qarşısı alınıb. Bu təxribat Adi silahların müəyyən növlərinin istifa­dəsinə qadağa və məhdudiyyətlərə dair Konvensiyaya zidddir.

“Azad edilmiş ərazilərdə ekoloji fəlakətin miqyası, Ermənistan tərəfin­dən törədilmiş ekosid ürək ağrıdır. 30 illik işğal dövründə Qarabağ və Şərqi Zəngəzurda xeyli sayda meşələrin qı­rılmasını və ya yandırılmasını, torpaq və su hövzələrinin qanunsuz dağ-mə­dən sənayesi işləri nəticəsində kimyəvi cəhətdən çirkləndirilməsini heyvanlara qarşı da kütləvi qırğın kimi qiymətlən­diririk. Ermənistan bu anti-humanizm hərəkətlərinə, ekomüharibəyə, faunaya qarşı qəddarlığa görə cavab verməlidir” kimi fikirlərin yer aldığı müraciətdə vur­ğulanıb ki, canlı aləmin Ermənistanın hərbi-siyasi təxribatlarının qurbanı ol­mamalıdır.

R.AMİN




Redaktorun seçimi

Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi
İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”

Siyasi təhlil