USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Zəngəzurla addım-addım irəli

Bu dəhliz məğlub ölkəni bataqlıqdan çıxara bilən yoldur


https://img.baki-baku.az/news/2023/10/photo_8890.jpg

“Türkiyə Ermənistandan ağıl və reallığa əsaslanan, sülh, təhlükəsizlik və rifaha yönələn bir siyasət gözləyir”. Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində deyib. O qeyd edib ki, Ermənistan başda Zəngəzur dəhlizinin açılması olmaqla, vədləri yerinə yetirərsə, Türkiyə münasibətləri addım-addım inkişaf etdirməyə hazırdır. R.T.Ərdoğan, həmçinin çıxışında İranı “Regionda sülh və sabitliyin bərqərar olması üçün siyasi və iqtisadi addımların yolunu açacaq bu tarixi layihədə birlikdə hərəkət etməyə” çağırıb.

Bu, Türkiyə liderinin Zəngəzur dəh­lizi ilə bağlı İrəvana və Tehrana birinci müraciəti deyil. İki həftə bundan əvvəl Azərbaycana səfərdən vətənə qayı­dan zaman R.T.Ərdoğan jurnalistlərə açıqlamasında demişdi: “Ermənistan Zəngəzur yolunun açılmasına razılıq verməsə, yol İran üzərindən keçəcək və İran bu məsələdə maraqlıdır”. O, həmçinin belə bir ifadə işlətmişdi ki, Zəngəzur dəhlizi bu il açılacaq. Qardaş ölkənin başçısı nəinki bölgədə, dün­yada böyük siyasi çəkiyə malik, sözü keçən bir liderdir. Əgər, o, Zəngəzur dəhlizinin bu ilin sonuna qədər açılaca­ğını deyibsə, deməli, bu yol açılacaq.

İndi Ermənistan bunu istəsə, məsələ daha tez və asanlıqla öz həllini tapmış olacaq. Yox, əgər məğlub ölkə bu geostrateji kommunikasiyanın yara­dılmasına süni əngəllər yaratmağa ça­lışacaqsa, istəyinə nail ola bilməyəcək. Ona görə ki, Azərbaycan qarşısına qoyduğu bu strateji hədəfi reallaşdır­mağa qadirdir. Hazırda Bakı Avrasiya­da geniş bir coğrafiyanı əhatə edən, Asiya ilə Avropanı birləşdirən Şərq–Qərb dəhlizinin tərkib hissəsi olacaq “Zəngəzur nəqliyyat dəhlizi” üzərində ciddi çalışır. Bu dəhliz ölkəmizin Avra­siyanın nəqliyyat və logistika mərkəzi kimi geostrateji mövqeyini möhkəmlən­dirəcək, tranzit imkanlarını genişlən­dirəcək. Nəticədə Azərbaycan mühüm siyasi-iqtisadi dividendlər əldə edəcək. İrəvan da dərin iqtisadi böhrandan çıx­maqdan ötrü fürsət qazanmış olacaq. Zəngəzur dəhlizi Ermənistanın xilas yoludur. İrəvan “papağını qabağına qoyub yaxşı-yaxşı fikirləşməlidir”: son 30 ildə nələri itirdilər və bundan sonra nələri itirə bilərlər. 

Dünyanın nəqliyyat xəritəsi yenilənir

Zəngilan rayonu coğrafi baxımdan Şərqi Zəngəzur mahalında yerləşir. Biz Şərqi Zəngəzuru Qərbi Zəngəzurla birləşdirib Naxçıvana həm dəmir, həm də avtomobil yolunu açmış olacağıq. Hər şeydən göründüyü kimi, bölgədə yeni nəqliyyat və infrastruktur xəritəsi formalaşır. Təsadüfi deyil ki, Azərbay­can müstəqillik əldə etdikdən bu günə kimi Asiya və Avropanı birləşdirən, transmilli əhəmiyyətə malik çoxfunksi­yalı nəqliyyat dəhlizləri yaradıb. Məhz ölkəmizin təşəbbüsü ilə ərsəyə gəlmiş Şimal – Cənub, Şərq – Qərb və Şimal – Qərb nəqliyyat marşrutları bu gün qitələrarası daşınmaların reallaş­masında böyük rol oynayır. Bu nəq­liyyat qovşaqları tarixi İpək Yolunun bərpasında olduqca ciddi əhəmiyyətə malikdir. İndi belə dəhlizlərin sırasına daha biri əlavə olunur. Məlumdur ki, Azərbaycan 44 günlük Vətən mühari­bəsində əldə etdiyi Qələbə ilə regionda yeni bir reallıq yaratdı. Bu münaqişə­nin başa çatdığını təsdiq edən 2020-ci ili noyabrın 10-da imzalanmış üçtərəf­li Bəyanatda icrası nəzərdə tutulmuş maddələrdən biri də Zəngəzur dəhli­zinin açılmasıdır. Zəngəzur nəqliyyat dəhlizi beynəlxalq status qazanmaqla Asiya və Sakit okean hövzəsi ölkələ­rinin də istifadə edə biləcəyi marşruta çevriləcək. Məhz Zəngəzur dəhlizinin reallaşması və ölkəmizin təqdim etdiyi digər tranzit xətləri dünyanın nəqliyyat xəritəsini yenidən formalaşdıracaq.

Reallığı qəbul etməyin qaçılmazlığı

“Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqla­rımıza tam cavab verir. Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də... İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Necə ki, mən mü­haribədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq”. Döv­lətimizin başçısının məsələ ilə bağlı Azərbaycan Televiziyasına müsahibə­sində dediyi bu sözlər Hayastana və onun arxasında duranlara ciddi xəbər­darlıq kimi qəbul olunmalıdır. Prezident İlham Əliyev müsahibəsində, həmçinin vurğulayıb ki, Azərbaycan xalqı 103 il bundan əvvəl əlindən alınmış Zəngə­zura qayıdacaq. “Bizim əsas rəqibimiz zamandır. Çünki dəmir yolunun, avto­mobil yolunun çəkilişi vaxt tələb edir. Ona görə bütün güclər səfərbər olunub ki, bu layihə icra edilsin”, – deyən cə­nab İlham Əliyev bununla bölgədə ya­ranmış reallığı və onun qəbul edilmə­sinin qaçılmazlığını İrəvanın nəzərinə çatdırmış oldu. 

Əlbəttə, bu layihənin icrası Azər­baycana Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi mövqeyini daha da gücləndirməyə imkan verəcək. Pre­zident İlham Əliyevin BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosi­al Komissiyasının 77-ci sessiyasında videoformatda çıxışında dediyi kimi, Azərbaycan regionda dayanıqlı sülh və təhlükəsizliyi təmin etmək arzusunda­dır: “Azərbaycan Şərq–Qərb, Şimal–Cənub, Şimal–Qərb nəqliyyat dəhliz­ləri kimi regional bağlantı layihələrinin icrasına mühüm töhfə vermişdir. Hazır­da biz Azərbaycan ərazisindən Asiyanı Avropa ilə birləşdirən Şərq – Qərb dəh­lizinin tərkib hissəsi olacaq “Zəngəzur nəqliyyat dəhlizi” üzərində çalışırıq. Bu dəhliz Azərbaycana Avrasiyanın nəq­liyyat və logistika mərkəzi kimi mövqe­yini gücləndirməyə imkan verəcək. Mən Asiya və Sakit okean hövzəsin­dən olan tərəfdaş ölkələri bu regional layihənin potensialını nəzərdən keçir­məyə dəvət edirəm”.

Beləliklə, əminliklə söyləmək olar ki, Zəngəzur dəhlizinin açılması Cənu­bi Qafqazdan keçən bütün marşrutlar sisteminə yeni nəfəs verəcək. Bu dəh­lizlə, həmçinin Azərbaycan və İran Cul­fası arasında dəmir yolu xəttinin açılışı və İranın dəmir yollarına çıxış əldə olu­nacaq. Məlumdur ki, hazırda Türkiyə­dən yüklər Azərbaycana Gürcüstan və İran vasitəsilə tranzit yolu ilə çatdırılır. Bu maşrutun yaradılması Türkiyədən Azərbaycana və əks istiqamətdə mal­ların birbaşa tədarükünü asanlaşdıra­caq. Beləliklə, daha bir kommunikasi­ya xətti Türk dünyası coğrafiyasında, eləcə də Asiya və Avropa arasında əlaqələrin daha sürətli və asan olması­na şərait yaradacaq.

İstək eyni, yanaşma fərqlidir

Qərb Zəngəzur dəhlizindən Mərkəzi Asiya coğrafiyasına çıxış üçün istifadə­də maraqlı olsa da, bu layihə bölgədə Rusiyaya da sərfəlidir. Daha doğrusu, Rusiya və Qərb nə qədər qarşıdurma vəziyyətində olsa da, hər iki tərəf Avra­siyanın nəqliyyat şəbəkəsində mühüm keçidlərdən biri kimi dəyərləndirilən Zəngəzur dəhlizi layihəsinin açılmasını istəyir. Sadəcə olaraq, burada yanaş­ma fərqlidir. Rusiya dəhlizin 2020-ci il 10 noyabr Bəyanatının 9-cu bəndinə uyğun açılmasında maraqlıdır. Yəni, Moskva özünün sərhəd və gömrük xid­mətlərini bura yerləşdirməyi, dəhlizə tam nəzarəti və gəlir əldə etməyi hə­dəfləyir.

Fəqət, Qərb Rusiyanın bu strateji və gəlirli yola nəzarət etməsini istəmə­diyi üçün onun Ermənistanın nəzarə­tində olmasına çalışır. Son vaxtlar Paşinyan hakimiyyətinin özünün pik həddinə çatmış anti-Rusiya mövqeyi­ni, Qərbə maksimum yaxınlaşmasını nəzərə alan siyasi ekspertlər bunun Er­mənistan üçün mənfi nəticələri barədə proqnozlar verirlər. Hayastan ictima­iyyətində də bu rəyi formalaşdırmağa cəhdlər edilir. 

Bakı üçün əsas məsələ Zəngəzur dəhlizinin 10 noyabr razılaşmasına uy­ğun şəkildə açılması – Azərbaycanın Naxçıvana maneəsiz çıxışının təmin edilməsidir. Bölgədə son proseslərin məhz bu istiqamətində getdiyi aydın görünür. Zəngəzur dəhlizinin Azərbay­can hissəsinin 2024-cü ildə fəaliyyətə başlayacağı barədə müjdəni “Azərbay­can Dəmir Yolları” (ADY) QSC verdi. Qurumdan verilən məlumata görə, Füzuli–Ağbənd dəmir yolu xəttinin 60 faizindən çoxu artıq hazırdır. Üç ildən az müddət ərzində multimodal Zəngə­zur dəhlizinin 110,4 kilometrlik birxətli dəmir yolu seqmentinin üçdə ikisin­dən çoxu artıq döşənib. Dəhliz boyu 3 tunel, 10-dan çox körpü və 9 dəmir yolu stansiyası inşa ediləcək. Türkiyə şirkətləri tərəfindən Həkəri çayı üzərin­dən 418 metrlik dəmir yolu körpüsünün tikintisi yaxın vaxtlarda yekunlaşaraq istifadə üçün hazır olacaq.

Oxuculara xatırladaq ki, keçən həftə Şərqi Zəngəzur dəhlizi adlandı­rılan, Araz çayının sol sahili boyunca Azərbaycanı Naxçıvanla birləşdirə­cək nəqliyyat kommunikasiyalarının Zəngilanda ilk təməlqoyma mərasimi keçirilib. İran Yollar və Şəhərsalma naziri Mehrdad Bəzrpaşın və Azər­baycan Baş nazirinin müavini Şahin Mustafayevin iştirak etdiyi mərasimdə Horadiz – Ağbənd dəmir yolunu və çoxzolaqlı avtomobil yolunu İrana bir­ləşdirmək üçün Araz çayı üzərindən salınacaq yeni dəmiryolu və avtomobil yolu körpüsünün təməli qoyulub. Qalır yaxın gələcəkdə bu yolu dəhlizə çe­virmək məsələsi. Amma bir il ərzində inşası yekunlaşacaq bu yolla vətənda­şımız Bakıda avtomobilinə əyləşib bir­başa qardaş Türkiyəyə gedəcəksə, bu, rəsmi Bakının hədəfə çatması demək olacaq. 

Zaur MƏMMƏDOV,
politoloq

Cənubi Qafqaz regionunun ən böyük layihələrindən biri ola­caq, eləcə də, Avrasiyanın əsas nəqliyyat qovşağına çevriləcək Zəngəzur dəhlizinin reallaşması istiqamətində mühüm işlər aparılır. Amma bu layihənin reallaşması­na Ermənistanın əngəl yaratdığı da heç kimə sirr deyil. Buna bax­mayaraq, Azərbaycan və Türkiyə liderləri öz çıxışlarında Zəngəzur dəhlizinin mütləq açılacağını və bunun regionun inkişafına böyük töhfə verəcəyini dəfələrlə vurğula­yıblar. Hazırda dəhlizin nə zaman açılacağı ən çox müzakirə edilən mövzular sırasında yer almaqda­dır.

Bu, təkcə Naxçıvanı Azərbay­canla birləşdirən bir xətt olma­yacaq. Dəhliz iki yüz ildən sonra Avrasiyanın mərkəzində yeni kom­munikasiya qovşağına çevriləcək. Bu da siyasi-iqtisadi, humanitar və mədəni cəhətdən böyük önəm daşıyır. Şübhəsiz ki, region ölkələ­ri arasında baş verən proseslər Zəngəzur dəhlizinin açılmasına öz təsirini göstərir. İlkin mərhələdə dəmir yolu xəttinin açılaması ilə bağlı məsələ müzakirə olunur. Biz bilirik ki, Ermənistanın dəmir yolu xətti, bütövlükdə, Rusiyaya aiddir. Eyni zamanda, bu xətt hazırda iş­lək vəziyyətdə deyil. Ona görə də bu məsələ, istər-istəməz, müəy­yən qədər vaxt aparacaq. Amma önəmli olan odur ki, Zəngəzur dəhlizi və sülh müqaviləsi məsələ­si ayrıca müzakirə edilir. 

İmran BƏDİRXANLI




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

İmran BƏDİRXANLI