USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ankaranın yeni siyasi xətti: rəqabətdən əməkdaşlığa!


https://img.baki-baku.az/news/2023/09/photo_8506.jpg

Türkiyənin xarici siyasət xəttində daha pozitiv və dinamik cəhətlər hiss olunmağa başlayıb. Ankara yaxın qonşuları ilə münasibətləri yaxşılaş­dırmaqla bərabər, Qərblə, xüsusilə Avropa İttifaqına (Aİ) üzv dövlətlərlə əlaqələrini gücləndirir. Bu, başadü­şüləndir, belə ki, qardaş ölkə region­da və bütün dünyada “çəki”sini və nüfuzunu artırmağa çalışır və buna nail olmağı bacarır. 

Türkiyə Prezidentinin BMT Baş As­sambleyası çərçivəsində keçirdiyi son görüşlərdən ikisi xüsusilə diqqəti cəlb edib: R.T.Ərdoğan Nyu-Yorkda BMT-nin məşhur binası ilə üzbəüz yerləşən “Tür­kiyə evi”ndə İsrailin Baş naziri Binyamin Netanyahu və Yunanıstan hökumətinin rəhbəri Kiriakos Mitsotakisi qəbul edib. Bunlar sıradan bir görüşlər deyil. Bu barədə bir qədər sonra söz açacağıq. 

Bir qədər əvvəl isə R.T.Ərdoğanın Hindistanın paytaxtı Yeni Dehlidə keçi­rilən “Böyük iyirmiliy”in (G-20) sammi­tində misirli həmkarı Əbdülfəttah əs-Sisi ilə görüşü olmuşdur. Bu mühüm görüş Türkiyənin regionda bir çox sanballı ak­torlarla, eləcə də 100 milyondan çox əha­lisi olan Misirlə hərtərəfli əməkdaşlığının yeni mərhələyə keçidi kimi dəyərləndirilə bilər. 

Qayıdaq Nyu-Yorka. Bir çox mən­bələrə görə, Ərdoğanın Netanyahu ilə görüşü çox yaxşı keçib və iki lider tez­liklə bir-birinin ölkəsinə səfər etmək niy­yətində olduqlarını açıqlayıblar. Digər bir məlumata görə isə, ölkə başçıları enerji, texnologiya, innovasiyalar, süni intellekt, kibertəhlükəsizlik, ikitərəfli ticarətin artı­rılması, regional əməkdaşlıq, o cümlə­dən həssas Fələstin problemini müzakirə ediblər. Bundan başqa heç kimə sirr de­yil ki, Türkiyə Prezidenti vaxtaşırı israilli həmkarı İsxak Hersoq ilə də məhsuldar “telefon diplomatiyası” aparır.

Görünən budur ki, Ankaranın Qüds və Fələstinlə bağlı həssaslığı lazımi sə­viyyədə nəzərə alınır. Belə olan halda, Ərdoğan və Netanyahunun mütəmadi canlı ünsiyyəti, necə deyərlər “liderdən-li­derə” diplomatiyasından bəhrələnmələri mümkün ola bilər ki, bu da Şərqi Aralıq dənizi də daxil olmaqla, bir çox yaxın böl­gələrdə güc balansına təsir göstərəcək. Axı bütün regional oyunçular normallaş­manı başa çatdırmağa və yeni ikitərəfli və üçtərəfli əməkdaşlıqlarını möhkəm­ləndirməyə çalışırlar.

Sözsüz ki, hər bir ölkə yeni qlobal ni­zamsızlıq haqqında da kifayət qədər mə­lumatlıdır. ABŞ və Çin arasındakı rəqabət təklif edilən dəhlizlər şəklində Türkiyənin qonşuluğuna təsir edir. Hazırda Türkiyə, İsrail və Yunanıstan arasındakı əlaqələr enerji, logistika və təhlükəsizlik daxil ol­maqla əməkdaşlıqla yanaşı, rəqabəti də gücləndirir. Sonda sürətlə hərəkət edən və konkret layihələr hazırlayan xalqlar strateji hədəflərinə daha tez çata biləcək­lər. 

Türkiyə Prezidentinin Yunanıstanın baş naziri ilə görüşü də “məhsuldar” olub. Məlumdur ki, hər iki ölkədə keçirilən son seçkilərdə qarşılıqlı gərginliyi azaltmaq siyasətinə üstünlük verən liderlər seçilib. Türkiyə Yunanıstan ilə etimadın güclən­dirilməsi üçün konkret addımlar atmağı hədəfləyir. Dekabrın 7-də iki dövlət ara­sında son yeddi ildə ilk dəfə keçiriləcək Yüksək Səviyyəli Əməkdaşlıq Şurası qonşular arasında yeni bir dönəmin baş­lanğıcı ola bilər. Təhlilçilər ümid edirlər ki, liderlər münasibətlərdəki “soyuqluğ”un bundan sonra arxada qalması üçün ça­lışacaqlar. 

BDU-nun Xarici ölkələrin iqtisadi-si­yasi coğrafiyası və turizm kafedrasının müdiri, professor Aydın İbrahimov vur­ğuladı ki, iki qonşu ölkə təbii fəlakətlər, ekoloji problemlər və meşə yanğınlarla bağlı birgə işləsələr, mədəni mübadilələri inkişaf etdirsələr, o cümlədən qeyri-qa­nuni miqrasiyaya qarşı qüvvələri birləş­dirsələr, Egey və Şərqi Aralıq dənizi kimi mübahisəli məsələləri həll etmək müm­kün ola bilər. 

Professor eyni zamanda vurğuladı ki, dəniz yurisdiksiyalarının delimitasiyası, “çətin” razılaşmalar, şura iclaslarının təş­kili, yüksək səviyyədə təmaslar və təklif olunan həll yolları, şübhəsiz ki, Türkiyə–Yunanıstan münasibətlərinə töhfə verə­cək.

Bəli, Türkiyə bu gün regionda və dün­yada baş verən ciddi proseslərin içində­dir. Ankara bir çox Qərb dövlətlərindən fərqli olaraq, destruktiv deyil, konkstruk­tiv mövqedən çıxış edir, belə səriştəli yanaşma Ankaranın fəaliyyət miqyasını genişləndirir. 

Yenə də vurğulamaq istəyirəm ki, böyük güclər rəqabətinin regiona təsirini diqqətlə izləyən və normallaşma səyləri­ni konkret əməkdaşlıq planlarına çevirə bilən aktorlar bundan faydalanacaqlar. Türkiyənin etdiyi də məhz budur.

Rüfət RÜSTƏMOV,
BDU-nun türk filologiyası kafedrasının müdiri, professor

– Türkiyə dövləti son prezident seçkilərindən sonra gözlənildiyi kimi, olduqca fəal xarici siyasət kursu hə­yata keçirməyə başlayıb. Məlumdur ki, planetimizdə yeni dünya düzəni formalaşır və Ankaranın bu prosesi yönəldən qüvvələrdən biri olması bü­tün türk dünyası üçün olduqca vacib­dir. 

Məlumdur ki, çağdaş dünya siyəsətinin ən xarizmatik liderlərin­dən biri olan sayın Prezident Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda çıxışı za­manı Birləşmiş Millətlər Təşkilatında köklü və ədalətli islahatların vacibliyini bird aha gündəmə gətirib. 

BMT-nin Baş katibi Antonio Quter­reşin və ABŞ Prezidenti Co Baydenin son illər təşkilatın normal funksional­lığının baş vermədiyini etiraf etmələ­rindən bir daha aydın olur ki, Türkiyə liderinin hər zaman səsləndirdiyi arqu­mentləri (“Dünya beşdən böyükdür”) və (“Daha ədalətli dünya mümkün­dür”) beynəlxalq siyasi dairələrdə ge­niş dəstək qazanmışdır.

Bununla belə, mövcud beynəlxalq şəraitdə Təhlükəsizlik Şurasının daimi üzvlərinin köklü islahatlara razılaşa­caqlarına ehtimallar azdır. Rusiya–Ukrayna müharibəsinin böyük güclər arasında rəqabəti daha da dərinləş­dirdiyini nəzərə alsaq, demək olmaz ki, biz hər hansı razılaşmadan xeyli uzaqdayıq. 

Buna baxmayaraq, R.T.Ərdoğan təkcə bugünün deyil, sabahın ədalət­li dünyası üçün “yeni beynəlxalq ni­zam”a çağırır. Onun buna mənəvi və hüquqi haqqı var. 

Türklər o xalqlardandır ki, ədaləti təkcə özləri üçün deyil, bütün dünya üçün arzulayır və bu hədəfə doğru ad­dımlamağı bacarırlar.

Türklər bu vaxta qədər tarixdə 128 dövlət qurublar. O xalqlar dövlət qura bilərlər ki, onlar qəhrəman olduqları qədər, insaflı və mərhəmətlidirlər. Bö­yük Atatürk nahaq yerə demirdi ki, “Nə mutluyam türkəm deyənə!”. Üfüqdə məhz qəhrəman, insaflı və mərhəmətli Turan boylanır! 

Son vaxtlar Türkiyənin xarici si­yasət kursunda baş verən müsbət prosesləri yalnız alqışlamaq olar. An­kara öz müdrik və ədalətli addımları ilə bütün ölkələri və xalqları regionda və bütün dünyada kəskin, sonu olma­yan rəqabətdən əməkdaşlığa səsləyir. Türkün gücü və ədaləti bundadır!

Məsaim ABDULLAYEV




Redaktorun seçimi

Okamponun da arzusu ürəyində qalacaq
  • Daxili siyasət
  • 12:22 26.07.2024
Okamponun da arzusu ürəyində qalacaq
İrəvan bütün oyunlarda “piyada” qalacaq
  • Daxili siyasət
  • 12:09 25.07.2024
İrəvan bütün oyunlarda “piyada” qalacaq
Ermənistan üçün “geosiyasi qazan”
  • Daxili siyasət
  • 11:44 24.07.2024
Ermənistan üçün “geosiyasi qazan”
İndi də üstümüzə Kennedi gəlir
  • Daxili siyasət
  • 11:36 24.07.2024
İndi də üstümüzə Kennedi gəlir
Bayden getdi, Harris gəldi
  • Dünya
  • 13:05 23.07.2024
Bayden getdi, Harris gəldi
Mina terroru erməni təcavüzünün davamıdır
  • Daxili siyasət
  • 12:31 23.07.2024
Mina terroru erməni təcavüzünün davamıdır

Siyasi təhlil