USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

15 sentyabr Bakı zəfəri - qurtuluşun Qafqaz İslam Ordusu adı


https://img.baki-baku.az/news/2020/09/photo_750.jpg?v=MjAyMC0wOS0xNSAwOTozNTo1Ng==
Seyran Kərimov,
Bakı Dövlət Universitetinin Tarix fakültəsinin IV kurs tələbəsi

__________________________________________________________________________________________________

Bu gün Bakı üçün özəl gündür. Qafqaz İslam Ordusunun igidlərinin qanı kəsdiyi, erməni terroruna son qoyduğu, Bakının qapılarının Cümhuriyyət Qurucularının üzünə açıldığı gündür! 1991-ci ildə öz müstəqilliyini bərpa edən müasir Azərbaycan Respublikası 1918-1920-ci illərdə 23 ay ərzində mövcud olan və müsəlman şərqində ilk dünyəvi, demokratik dövlət kimi tarxə düşən Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisdir.

1918-ci il mayın 28-də Tiflis şəhərində əsası qoyulan bu demokratk cümhuriyyət öz ana beşiyi olan Bakısından kənar qalmışdır. Bakı mənfur bolşevik-daşnak ordu birləşmələrinin əlində idi. AXC-ni bu zaman 600 nəfərə qədər milli silahlı dəstə müdafiə edirdi. Bu qüvvə nəinki Bakını, Bakıya qədər olan əraziləri belə düşmən əsarətindən azad etmək gücündə deyildi. AXC Milli Şurasının sədri M.Ə.Rəsulzadə ilk türk cümhuriyyətinin milli vahid halında birləşməsi üçün dost və qardaş Osmanlı imperyasından hərbi yardım istəyir və dərhal müsbət cavab alır. İyun ayında hərbi nazir Ənvər paşa öz qardaşı Nuru paşanın komandanlığı ilə 5000 nəfərdən çox əsgər və zabitdən ibarət nizami hərbi brləşməsini Azərbaycana doğru göndərir. Bu ordu Gəncəyə çatdıqda xalq onları böyük coşqu və sevinclə qarşılayır. Qafqazdakı Osmanlı hərbi birlikləri və Azərbaycan gənclərindən ibarət silahlı dəstələrindən Qafqaz İslam Ordusu təşkil edilir.

Qafqaz İslam Ordusu dərhal hərəkətə keçir. 1918-ci il 27 iyun-1 iyul Göyçay döyüşləri Qafqaz İslam Ordusunun şücaətli qələbəsi ilə bitir. 5-10 iyul erməni-daşnak silahlı qüvvələri və Bakı Xalq Komissarları Soveti silahlı birliyinə qarşı Kürdəmir döyüşlərində daha bir parlaq qələbə qazanılır. Artıq düşmən təlaşda idi. İyulun 31-i Bakı XKS istefa verdikdən sonra avqustun 1-i AXC-nin milli birlik ideyalarına qarşı olan "Sentrokaspi diktaturası" qurulur. Ermənilər qarşılarındakı güclü və qətiyyətli orduya qarşı davam gətirə bilməyəcəklərini anlayıb ingilisləri Bakıya çağırırlar. Avqustun 17-də Denstervilin rəhbərliyi ilə 1000 nəfərdən ibarət ingilis hərbi birləşmələri Bakı sahilində lövbər salırlar. Düşməndən fərqli olaraq türk ordusu havadan hücum edə bilmirdi. İngilislərin və bolşeviklərin isə hər birinin 2 hərbi helikopteri var idi. Lakin bu da qorxmaz mehmetçiyin müqavimətini qıra bilmədi. Şamaxı və ətraf bölgələrdəki daşnak birliklərinin başı əzildikdən sonra Nuru paşanın dəstəsi Bakı ətrafına çatır.

Nuru paşa sentyabrın 14-də şəhər üzərinə son həmələlərini edir. Beləliklə sentyabrın 15-i Bakı inglislərdən və bolşevik-daşnak birləşmələrindən təmizlənərək geri alınır. Türk ordusunun Bakını düşməndən azad etməsi şəhərdə əsl bayrama səbəb olur.

Sentyabrın 16-ı Nuru Paşa və Təzəpir məscidinin axundu Ağa Əlizadə Təzəpirin minbərinə qalxaraq Osmanlı – Azərbaycan, türk-müsəlman birliyinin rəmzi olaraq əhaliyə gözaydınlığı verir.  Azərbaycan milyonçusu və xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyev böyük qələbənin şərəfinə öz mülkündə ziyafət verir. Sentyabrın 17-si AXC-nin paytaxtı Gəncə şəhərindən Bakıya köçürülür.

1918-ci il 15 sentyabr Bakının azad olunması Azərbaycan-Türkiyə dostuğu və qardaşlığı zəminində müstəsna əhəmiyyət daşıyan böyük hadisədir. Bu qaradaşlığın bir rəmzi abidəsi olaraq Bakıda şəhidlər xiyabanında və digər şəhərlərdə “Türk şəhidliyi” abidələri salınmışdır. Cümhuriyyətçilərimizin miras qoyduğu bu qardaşlığı müasir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Cümhuruyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan yüksək dəyərləndrir və bu qardaşlığı daimi edib yaşatmaq üçün öz siyasi gücünü əsirgəmir.

İki il bundan öncə Bakının işğaldan azad olunmasının 100 illiyi şərəfinə Bakıda baş tutmuş Türkiyə və Azərbaycan ordusunun hərbi paradı qardaşlıq rəmzi və yubiley təntənəsi olaraq tarixə yazılır. Bu gün Türk Şurasına rəhbərlik edən Prezident cənab İlham Əliyevin xeyir-duası ilə Qafqaz İslam Ordusunun rəmzi olan Türkiyə ordu qüvvələrinin Naxçıvanda hərbi təlimlərdə iştirakı, Cənubi Qafqazın qapılarının Türkiyənin yenidən üzünə açılması, “Mehtər Marşı”nın Azərbaycan səmasına bülənd olması Birliyin, Bütövlüyün, Qardaşlığın rəmzidir!

 




Redaktorun seçimi

Sübhaninin İrəvan sərsəmləməsi
  • Daxili siyasət
  • 13:00 19.04.2024
Sübhaninin İrəvan sərsəmləməsi
“Alagözlüm, səndən ayrı gecələr...”
  • Mədəniyyət
  • 12:21 19.04.2024
“Alagözlüm, səndən ayrı gecələr...”
Ləzgi çörəyinin ətri...
  • Sosial
  • 12:19 19.04.2024
Ləzgi çörəyinin ətri...
Milli neft strategiyasının növbəti uğuru
  • İqtisadiyyat
  • 12:15 18.04.2024
Milli neft strategiyasının növbəti uğuru
Makronun “maska”sı düşdü
  • Daxili siyasət
  • 12:04 18.04.2024
Makronun “maska”sı düşdü

Seyran Kərimov