USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ermənilərə Azərbaycan vətəndaşlığı: …niyə yox, niyə də hə


https://img.baki-baku.az/news/2022/08/photo_7291.jpg

Əvəz Rüstəmov

________________________________________________________________

Son günlər Qarabağda və işğaldan azad olunmuş digər bölgələrimizdə qeyri-qanuni məskunlaşmış, eləcə də həmin ərazilərin müəyyən yerlərində əvvəldən yaşamış bəzi ermənilərin vətəndaşlıq qəbul etmək istəmələri ilə bağlı Azərbaycan rəhbərliyinə, xüsusən də Prezident İlham Əliyevə müraciətləri yayımlanmaqdadır. İnsanlarımız məsələyə bir neçə aspektdən reaksiya verirlər. Birinci qrup "erməninin pisi-yaxşısı yoxdur, erməni elə pisdir, hətta pisin pisidir" klişesini əsas tutur. İkinci qrupun reaksiyası təxminən belədir: ay sizi şərəfsizlər, axır ki, düz yola gəlirsiniz. Yəni çomağı əldən yerə qoymamaq, lazım gələndə aşağılamaq şərtilə ermənilərin Azərbaycan vətəndaşı olmalarına razılıq var. Üçüncü qrupa daxil olanlar isə tərəddüdlüdürlər. Bəri başdan deyim ki, özümü ehtiyatlıların cərgəsində görürəm. Deyim niyə.

Məlumdur ki, Ermənistanda həyat şəraiti çox pisdir. 44 günlük müharibəyə qədər Qarabağdakı ermənilər də yaxşı yaşamırdılar. İndi bölgədə qalmış erməni tör-töküntülərinin də həyat şəraiti acınacaqlıdır. 30 ilə yaxın müddətdə uydurulmuş mif puç olub. Obrazıl söyləsəm, erməni separatizminin əyninə zorla geyindirilmiş müqəddəslik libasları cırıq--cırıqdır. Yəni nəyəsə görə səfalətə dözürdülərsə, indi həmin nəsədən də əsər-əlamət qalmayıb. Amma demək olar ki, erməni separaratizmi azərbaycanlılara, ümumən türklərə qarşı öz məkrini kənara qoyacaq? Xeyr. Nələrisə fikirləşib tapacaqlar. Ehtimal edək, görək, nə düşünə bilərlər.

Birincisi. İnsana təminatlı yaşamaq lazımdır. Ermənilər Qarabağda Azərbaycanın hesabına o təminatı arzulaya bilərlər. Necə istəməsinlər? Axı biz Qarabağ ermənilərinə vətəndaş deyirik. Vətəndaş deyiriksə, yaxşı yaşamalarının da qayğısına qalmalıyıq. Özü də nəzərə almalıyıq ki, bu vətəndaşlarımız yumşaq desək, bizdən incik düşüblər, könüllərini almalı, könüllərini alaraq yaşatmalıyıq.

İmkan verməməliyik ki, içərilərində kiminsə pensiyası kəsilsin. İşıq, qaz, su pulunu verə bilməyəndə üstündən keçməliyik, bir manat borca görə işıqsız qoymamalıyıq. Nə badə xəstəxanada həkimlər əməliyyat üçün pul istəyə. Olmaz. Ən müasir avadanlıqlarla müalicə, müayinələri təşkil olunmalıdır. Nəzərə alaq ki, həkim baxımsızlığından öləcək erməni vəhşicəsinə qətlə yetirilmiş sayılacaq.

Təsəvvür edin, Qarabağda hansısa eməni sürət həddini aşıb radara düşür. 60 manat və 3 bal. Onun pulu nə gəzir ki, versin? Hələ spirtli içki qəbul edib maşın sürməyi demirəm. Yol polisi reyd keçirib və tutub. Erməniyə 400 manat cərimə yazmaq, bilirsiniz nə deməkdir? Adam 400 manatın qarşılığı erməni pulunu yuxusunda da görməyib. Cərimə yazılsa, gedib Avropa Şurasına deyəcək ki, zülm edirlər. Sürücülük hüququ məhdudlaşdırılsa, məsələ etnik diskriminasiya kimi qəbul olunacaq. Bütün bunların baş verməməsi üçün ermənidən 1000 manat istəmək, Vallah bunun başqa adı yoxdur – soyqırımı. Nə isə çox uzatmayım. Həm də onu demək istədim ki, Qarabağ ermənilərinə hər hansı sosial, güzəşt, imtiyaz ölkəmizin digər bölgələrində yaşayan vətəndaşlarımız tərəfindən çox pis qarşılanacaq. Güzəştsiz olacaq, vətəndaşlar arasında fərq qoyulmayacaq, - bax bunu demək olduqca çətindir.

İkincisi. Yada salım ki, söhbət Qarabağdakı erməni vətəndaşlarımızın könlünü alaraq yaşatmaqdan gedir. Söhbətin bu yerində xırda bir haşiyə çıxım. Yadınızdadırsa, bir vaxtlar ölkəmizdən xaricə mühacirət güclü idi. Siyasi mühacirəti nəzərdə tuturam. Təbii, dövlət elə fəaliyyət göstərməlidir ki, vətəndaş ölkəni tərk edib başqa məmləkətlərə sığınmasın. İnsafən, son dövrlər siyasi mühacirətin miqyası kiçilib. Deməli, dövlətimiz bunun baş verməməsi üçün nələrisə edir. Vaxt var idi, bəziləri özlərini qəsdən döydürüb döyülmə anının video yazısı və fotosu ilə xaricə sığınırdı. Belələrinin sırasında jurnalistlər də az olmayıb. Heç kəsi qınamaq istəmirəm, kim necə bacarıb elə də edib də demək fikrindən uzağam. Çünki mövzu bu deyil...

Sözüm ondadır ki, ermənilər üçün Azərbaycan vətəndaşlığını qəbul edib mühacirətə yollanmaq daha sərfəlidir. Biri var, xaricə Ermənistan hakimiyyətindən narazı erməni kimi qaçasan, bir də var Azərbaycan hakimiyyətinin əlindən “qan ağlayan” erməni olaraq. Yəqin bildiniz ki, hansı variant daha cəlbedicidir. Əmin olun ki, ermənilər cəlbedicini seçəcəklər. Çox böyük ehtimalla dünya erməniliyi plan üzərində işləyib.

Demək, ehtimal var ki, Azərbaycan hakimiyyətinin əlini bala batırıb Qarabağ ermənilərinin ağzına soxması da müsbət nəticə verməyə bilər. Həm də ona görə ki, Avropada yaşamaq bal yemək yox, arı yeşiyinə sahiblikdir. Hər halda təsəvvürlərdə bu var. Və deməli, bu gün Azərbaycan hakimiyyətinə özünü şirin satan ermənilərin vətəndaşlıq aldıqdan sonra sadə dildə desəm, oyun çıxarmalarını düşünmək lazımdır. Düşünüb nə etmək lazımdır, onu bilmirəm, bilməli də deyiləm. Kimlər bilməlidirlərsə, bilsinlər və vaxt itirmədən bu barədə çox ciddi düşünsünlər. Bilib düşünürlərsə, nə xoş.




Redaktorun seçimi

Milli neft strategiyasının növbəti uğuru
  • İqtisadiyyat
  • 12:15 18.04.2024
Milli neft strategiyasının növbəti uğuru
Makronun “maska”sı düşdü
  • Daxili siyasət
  • 12:04 18.04.2024
Makronun “maska”sı düşdü
Yalanın ayağına taxılan erməni protezi
  • Daxili siyasət
  • 11:15 18.04.2024
Yalanın ayağına taxılan erməni protezi
Paris hansı irslə bizə dərs keçmək istəyir?
  • Daxili siyasət
  • 11:04 18.04.2024
Paris hansı irslə bizə dərs keçmək istəyir?
Uzaq Kanada Qafqazda nə axtarır?
  • Daxili siyasət
  • 11:19 17.04.2024
Uzaq Kanada Qafqazda nə axtarır?
Paşinyan və uydurma “erməni soyqırımı”
  • Daxili siyasət
  • 11:04 17.04.2024
Paşinyan və uydurma “erməni soyqırımı”

Əvəz RÜSTƏMOV