USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Consonun istefası - Britaniya Ukrayna müharibəsindən çıxır?

Elşad Həsənov: “Britaniyanın Ukrayna müharibəsinin sonuna qədər Kiyevin yanında olacağına şübhə yoxdur”


https://img.baki-baku.az/news/2022/07/photo_7237.jpg

Böyük Britaniyanın Baş naziri Boris Conson istefa verib. O bu barədə xalqa müraciəti zamanı bildirib:

“Bilirəm ki, bu qərarıma görə nə qədər adam rahatlayacaq, eyni zamanda nə qədər adam kədərlənəcək. Bilməyinizi istərdim ki, mən dünyanın ən yaxşı vəzifəsindən istefa verdiyim üçün çox kədərliyəm”. Eyni zamanda, Conson deyib ki, yeni liderin seçilməsinə indi başlanılmalıdır: “Yeni lider seçilənə qədər mən bu gün təyin etdiyim kabinetlə birgə vəzifəmə davam edəcəyəm”. O, yeni liderə bacardığı qədər ən yaxşı dəstəyi göstərəcəyini də bəyan edib. İstefa bəyanatını səsləndirən Conson Ukraynaya dəstəyin davam edəcəyini vurğulayıb: “Ukrayna xalqına demək istəyirəm ki, biz sizin azadlıq mübarizənizi ehtiyac olduğu müddətdə dəstəkləməyə davam edəcəyik”.

Böyük Britaniyanın baş naziri Boris Conson Mühafizəkarlar Partiyasının lideri vəzifəsindən istefa versə də, payıza qədər baş nazir vəzifəsində qalacaq. Mühafizəkarlar Partiyasının liderlik yarışı bu yay keçiriləcək və partiyanın oktyabrda keçiriləcək konfransından əvvəl yeni baş nazir təyin olunacaq.

Consonun istefası Britaniyanın Ukraynadakı müharibə ilə bağlı tutduğu prinsipial mövqeyə necə təsir edəcək?

Siyasi şərhçi Elşad Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Boris Consonun istefası gözləniləndi: “Çünki onun kabinetində təmsil olunan nazirlər dalbadal istefa verdilər. Nəhayət sonda onun özü də istefa ərizəsi yazmağa məcbur oldu. Conson Britaniyanın çox yaddaqalan baş nazirlərindən biri oldu. Ölkəni idarə etdiyi dönəmdə böyük işlər gördü. Ölkəsinin inkişafına nail olmaq üçün Böyük Britaniyanı Avropa Birliyindən  ayırdı. Buna görə də, ölkəsində ciddi hörmət qazanmış oldu. Rusiya-Ukrayna müharibəsində isə bütün varlığı ilə Ukraynanın tərəfində oldu. Həmin  ölkəyə böyük yardımlar edir, Avropa və ABŞ-ı da buna səsləyir. Artıq beşinci aydır müharibə gedir. Bu müddət ərzində Conson həyatı ilə risq edərək iki dəfə Ukraynaya gedib Zelenski ilə görüşdü. Bu mövzuda keçirilən bütün görüşlərdə dəfələrlə bəyan etdi ki, Putinə Ukraynanı işğal etməyə imkan verməyəcəklər. Mən gözləmirəm ki, bu istefa ciddi dəyişiklər yaradacaq. Boris Conson oktyabra qədər bu vəzifəni icra edəcək. Partiyasında keçiriləcək lider seçkilərinə kimi. O, dünya siyasi arenasında böyük nüfuz qazandı. Onun Putinə qarşı antipatiyası var və bunu açıq etiraf edir. Onun babası Türkiyədən ora gedib. Bu qan da özünü göstərir. Britaniyanın Ukrayna siyasətində heç bir dəyişiklik olmayacaq. Yeni gələn baş nazir də Ukraynanı ciddi müdafiə edəcək. Bu siyasət fərdlərin yox, dövlətin mövqeyidir. Nazirlərin istefası hökümətə olan təzyiqlərlə bağlıydı.  Bu məsələdə rus barmağının olduğunu istisna edə bilmərik.  Britaniyanın Ukrayna müharibəsinin sonuna qədər Kiyevin yanında olacağına şübhə yoxdur”.

Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, orada çox mürəkkəb siyasi sistem var və heç bir ictimai dəstəyi olmayan şəxs hökumətə rəhbərlik edə bilər: “Görünür, cənab Conson da onlardan biridir”. Peskov, eyni zamanda, Britaniyada nə vaxtsa daha peşəkar insanların hakimiyyətə gələcəyinə ümid etdiyini vurğulayıb: “Cənab Consonun özünə gəlincə, o bizi sevmir. Biz də onu sevmirik”.

Material "Bakı xəbər" qəzetinin saytından götürülüb. 




Redaktorun seçimi

Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi
Paşinyanın etirafı: inanaq, inanmayaq?
  • Siyasi təhlil
  • 09:19 24.04.2024
Paşinyanın etirafı: inanaq, inanmayaq?
Qazaxın 4 kəndi və fəlakətin zopası
  • Daxili siyasət
  • 09:16 24.04.2024
Qazaxın 4 kəndi və fəlakətin zopası
Müştərək xəyanət
  • Siyasi təhlil
  • 09:11 24.04.2024
Müştərək xəyanət
Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası

Siyasi təhlil