USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Avroparlament Şərq Tərəfdaşlığına dəstək adı altında Azərbaycana növbəti düşmənçilik etdi...


https://img.baki-baku.az/news/2022/06/photo_7130.jpg

Avropa Parlamenti “Şərq Tərəfdaşlığı” ölkələri ərazisində təhlükəsizlik və müdafiə siyasətinin rolu haqqında qətnamə qəbul edib. Qətnamədə Azərbaycanın mənafeyinə uyğun olmayan qərəzli məqamlar yer alıb.

Qətnamədə Dağlıq Qarabağ münaqişəsi və Ermənistan-Azərbaycan qarşıdurmasına toxunulub. Qeyd olunub ki, Qarabağda münaqişə həll olunmayıb, Ermənistanla Azərbaycan arasında qarşıdurma davam edir: “Azərbaycanın təhrik etdiyi 44 günlük münaqişə Cənubi Qafqazın siyasi, strateji və əməliyyat status-kvonunu kökündən dəyişib. Bu, minlərlə qurbana səbəb olub, on minlərlə insan məcburi köçkün vəziyyətinə düşüb. 2022-ci il martın 8-də Dağlıq Qarabağı qazla təmin edən magistral kəmər zədələnib və nəticədə ərazi enerji təchizatından məhrum olub. Yuxarıdakıları nəzərə alaraq, qətnamə ilə Avropa Parlamenti Aİ-nin öhdəliklərinə sadiqliyini bir daha təsdiq edir. Şərq Tərəfdaşlığı ölkələrinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi, ərazi bütövlüyü və siyasi müstəqilliyinə qeyd-şərtsiz dəstəyini, habelə bu prinsiplərə tam hörmət etmək səylərinin vacibliyini vurğulayır”.

Görünən odur ki, Avroparlament məlum qətnaməsi ilə Azərbaycanı qərəzli olaraq günahkar tərəf kimi göstərməyə çalışır. Ermənilərdən soruşan yoxdur ki, Azərbaycan ərazilərində nə işiniz var?

Məsələyə münasibət bildirən siyasi ekspert Elşad Həsənovun fikrincə, Avropa Parlamenti “Şərq Tərəfdaşlığı” ölkələri ilə bağlı qəbul etdiyi qətnamədə yenidən öz qərəzli yanaşmasını ortaya qoyub: “Açıq şəkildə bir daha aydın oldu ki, bunlar yenidən ikili standartlardan çıxış edirlər. Məsələ ondadır ki, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin rəhbərliyi altında Azərbaycan və Ermənistan arasında artıq 3-cü görüş keçirilib. Mayın 22-də keçirilən görüşdə Ş.Mişel bəyan etdi ki Qarabağda yaşayan etnik ermənilərin təhlükəsizliyi təmin edilməlidir. Bununla Aİ rəsmisi bəyan etdi ki, Dağlıq Qarabağ ərazi vahidi yoxdu. Söhbət yalnız Azərbaycanın Qarabağ bölgəsində yaşayan etnik ermənilərin təhlükəsizliyindən gedə bilər. Məlum görüşdən sonra Ermənistan parlament sədri Alen Simonyan bəyan etdi ki, Qarabağa ərazi iddiasından söhbət getmir. Söhbət etnik ermənilərin təhlükəsiz yaşamaq hüququndan gedir. Ancaq biz görürük ki, Ermənistan rəhbərliyi Rusiya xarici işlər naziri Sergey Lavrovun İrəvan səfərindən sonra ritorikanı yenidən sərtləşdirir. Paşinyan çıxışında bəyan edib ki, Dağlıq Qarabağın “status” məsələsi həll olunmalıdır. Görünən odur ki, Ermənistan yenidən “status” məsələsini, Minsk Qrupunun adını hallandırmağa başlayıb. Bununla yanaşı, Rusiyanın keçmiş həmsədri Vladimir Kazimirovun erməni mətbuatına açıqlaması hiddət doğurur. Azərbaycanı ittiham edən Kazimirov yenidən qızışdırıcı mövqedən çıxış edir. Fikirimcə, Kazimirovun xortlayıb ortaya çıxması təsadüf deyil. Onu danışdıran Rusiyadakı revanşist qüvvələrdir. Çünki həmin dairələr Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasında maraqlı deyil. Əfsuslar olsun ki, Avropa Parlamenti qərəzli qətnamə qəbul etməklə, Azərbaycanla Ermənistan arasında pozuculuq mövqeyindən çıxış edən qüvvələrin əlinə oynayır. Aİ-də olan anti-Azərbaycan, anti-türk qüvvələr yenidən fəaliyyətdədir. Məqsəd indiyə qədər əldə olunan nəticələri pozmaqdır. Cənab İlham Əliyevin apardığı siyasət Cənubi Qafqazda sülhün və sabitliyin təmin olunmasına yönəlib. Biz bu siyasətimizi BMT Təhlükəsizlik Şurasının qərarına əsasən aparırıq”.

Bu baxımdan siyasi ekspert hesab edir ki, Avropa Parlamenti erməni lobbisinin əlində alət olmamalıdır.

Material "Bakı xəbər" qəzetinin saytından götürülüb




Redaktorun seçimi

Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi
Paşinyanın etirafı: inanaq, inanmayaq?
  • Siyasi təhlil
  • 09:19 24.04.2024
Paşinyanın etirafı: inanaq, inanmayaq?
Qazaxın 4 kəndi və fəlakətin zopası
  • Daxili siyasət
  • 09:16 24.04.2024
Qazaxın 4 kəndi və fəlakətin zopası
Müştərək xəyanət
  • Siyasi təhlil
  • 09:11 24.04.2024
Müştərək xəyanət
Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası

Siyasi təhlil