USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

NATO ölkələri Rusiya-Ukrayna müharibəsinin başa çatmasını istəmirlər?


https://img.baki-baku.az/news/2022/06/photo_7123.jpg

Rusiya ilə Ukrayna arasında 3 aydan artıqdır ki, davam edən müharibə hər iki tərəf üçün ciddi itkilərə gətirib çıxarıb. Ukraynanın şəhər və qəsəbələri, vilayətləri darmadağın edilib viran qoyulduğu halda, Rusiya isə İkinci Dünya müharibəsindən sonra ən çox canlı qüvvə və texnika itkisi verən ölkə kimi tarixə düşüb. Hər halda Ukrayna tərəfinin verdiyi açıqlamalardan belə aydın olur ki, Moskva Ukraynada 35 minə yaxın canlı qüvvə itirib. Onların içərisində sıravi əsgərlərlə yanaşı, yüksək rütbəli hərbiçilər, hətta generallar da var.

Rusiya-Ukrayna müharibəsinin dayandırılması üçün müxtəlif səviyyəli təşəbbüslər, cəhdlər edilsə də, lakin hələlik ortada real bir nəticə yoxdur. Bəs görəsən, proseslər nə zamana qədər bu templə davam edəcək və Rusiya-Ukrayna müharibəsi qlobal miqyasda daha hansı fəsadlara gətirib çıxaracaq?

Siyasi ekspert Elşad Həsənov deyir ki, Rusiya-Ukrayna müharibəsi artıq 105-ci gününə qədəm qoyub. O, təəssüf hissi ilə qeyd edir ki, müharibə getdikcə daha da şiddətlənir: "Məlum olduğu kimi Donbas və Luqansk vilayətlərini Rusiya nəzarətə götürsə də, Ukrayna ordusu müntəzəm olaraq həmin əraziləri raketlərdən, ağır toplardan atəşə tutur. Ukrayna çalışır ki, Donbas və Luqanskı Rusiyaya təhvil verməsin. Ümumiyyətlə götürəndə isə Ukrayna öz torpaqlarının ərazi bütövlüyü uğrunda mübarizə, müharibə aparır".

Ukraynanın Rusiyaya qarşı dirənişində, öz ərazi bütövlüyünü müdafiə etməsi prosesində kifayət qədər beynəlxalq dəstək aldığını deyən siyasi ekspertin sözlərinə görə, Birləşmiş Ştatların müdafiə naziri də sonuncu dəfə Kiyevdə olarkən açıq şəkildə ifadə etdi ki, biz Ukraynanı məğlub olmağa qoymayacağıq: "Amerikanın  müdafiə naziri həmçinin onu da açıq şəkildə qeyd etdi ki, Rusiyanın çökməsi mütləqdir. Eyni  konteksdə eyni lə NATO-ya üzv ölkələri də bunu açıq şəkildə ifadə etdilər. Ardıcıl olaraq isə Ukraynaya silahlar verməyə başladılar.  Əgər "Lend-liz" müqaviıəsinə qədər Ukraynaya ancaq müdafiə qabiliyyətli silahlar verilirdisə, sözügedən müqavilədən sonra Kiyevə artıq hücum xarakteri daşıyan silahlar da verməyə başladılar. Rusiya Federasiyasının prezidenti Vladimir Putin isə öz növbəsində Amerika Birləşmiş Ştatları, eyni zamanda Avropa ölkələrinin Ukraynaya uzaqmənzilli raketlər verməsinə qarşı çıxaraq onları təhdid etdi və bildirdi ki, Ukraynaya bu tipli silahlar verilsə, o halda biz məcbur olub müəyyən koordinatlara zərbələr endirəcəyik. Bu da çox böyük fəlakətlərə səbəb olacaq. Yəni, Rusiya bir növ dünyanı təhdid etdi. Ona görə də görünən odur ki, Birləşmiş Ştatlar indiki halda Ukraynaya uzaqmənzilli ballistik raketlər verməkdən ehtiyat edir. Ortamənzilli ballistik raketlər isə artıq Ukraynaya göndərilməyə başlanılıb. Birləşmiş Ştatların hərbi ekspertlərinin verdiyi proqnozlara görə, yaxın günlərdə müharibə daha da qızışacaq. Bu zaman isə Rusiya böyük itkilərə məruz qalacaq. Eyni zamanda onu da qeyd etmək lazımdır ki, Birləşmiş Ştatlar, həmçinin NATO ölkələri Rusiya-Ukrayna müharibəsinin tezliklə başa çatmasını istəmirlər. Onlar istəyirlər ki, dünyanın ikinci ən böyük, qüdrətli ölkəsi olan Rusiya Federasiyası iqtisadi cəhətdən tam çöksün. Eyni zamanda siyasi cəhətdən dağılsın, hərbi cəhətdən təslim olsun. Bunun üçün də bütün mümkün variantlardan istifadə edilir".

Elşad Həsənov qeyd edib ki, Rusiya-Ukayna müharibəsinə son qoyulması istiqamətində müxtəlif aspektli cəhdlər olunsa da, lakin yaxın müddət üçün bu böhranın sönu görünmür: "Hələ də tərəflər arasında şiddətli döyüşlər gedir. Ukrayna prezidenti Volodimir Zelenskinin dəfələrlə bəyan etdiyinə inansaq belə qənaətə gəlmək olar ki, Ukrayna 1 qarış da olsa torpağından keçməyə hazır deyil. Ukrayna prezidentinin fikirlərindən məlum olur ki, Kiyev nəinki Donbas və Luqanski geri alacaq, hətta Krımı da azad edərək ərazi bütövlüyünü bərpa edəcək. Rusiya isə Ukraynanın cənubunu tamamilə ələ keçirməyə çalışır. Bütün bunlardan dolayı müharibə hələ də aktiv fazada davam edir". Siyasi ekspert onu da vurğulayıb ki, proseslərin belə davam etməsi Rusiya-Ukrayna müharibəsinin yaxın 2-3 ay ərzində bitəcəyi barədə ümidləri puça çıxarır: "Yalnız bir neçə halda bu baş verə bilər. Belə ki, Rusiya daxilində belə bir fake xəbərlər yayılır ki, Vladimir Putin payızda ölkədə növbədənkənar seçkilər keçirmək istəyir. Lakin bu dəfəki seçkilərdə Putin öz namizədliyini irəli sürməyəcək. Bunun əvəzində isə Kreml rəhbəri övladlarından birini yüksək vəzifəyə seçdirəcək. Eyni zamanda özünün əlaltılarından birini hakimiyyətə gətirəcək. Hər halda siyasi kluarlarda belə söhbətlər gedir. Hazırda xarici ölkələrdə yaşayan rusiyalı ekspertlərin də verdikləri açıqlamalar onu deməyə əsas verir ki, bu ölkədə hakimiyyət daxili vəziyyət yaxşı deyil və Putini hakimiyyətdən kənarlaşdırmaq istiqamətində ciddi addımlar atılır. Əgər Vladimir Putin hakimiyyətdən uzaqlaşdırsalar və Rusiya sülh yolu ilə problemi həll etməyin tərəfdarı olduğunu bəyan edərsə, belə olan təqdirdə də Moskva ilə Kiyev arasındakı problemin həlli müəyyən müddət tələb edəcək. Bir sözlə indiki halda Rusiya-Ukrayna müharibəsinin qısa vaxtda başa çatacağına ümidlər çox azdır".

Elşad Həsənov Rusiya-Ukrayna müharibəsinin dünyada ciddi şəkildə ərzaq böhranı yaratdığını da vurğulayıb. O bildirib ki, artıq BMT-də bu işə qarışıb və dünyada yaranmış ərzaq qıtlığı ilə bağlı xəbərdarlıq edib: "Mövcud problemi aradan qaldırmaq məqsədilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən danışıqlar aparılır. Ukrayna prezidenti Volodimir Zelenski bəyan etdi ki, məsələ ilə bağlı türkiyəli həmkarı ilə telefon vasitəsilə danışıb və Rəcəb Tayyib Ərdoğan taxılın daşınmasının təhlükəsizliyinə təminat verib. Eyni zamanda Rəcəb Tayyib Ərdoğan da sözügedən məsələ ilə bağlı Rusiya prezidenti Vladimir Putinlə danışıqlar apardığını və Putinin taxılın daşınmasına maneçilik törətməyəcəklərini diqqətə çatdırıb. Bildiyimiz kimi Ukrayna dünyada ən çox taxıl ixrac edən ölkələrdən biridir. Bu ölkə il ərzində 110 milyon ton taxıl tədarük edir. İstehsal etdiyi taxılın təxminən 60 milyon tonunu icrac edir".

Elşad Həsənov onu da diqqətə çatdırıb ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyaların yumşaldılması hələlik gündəmdə duran məsələ deyil: "Məlum olduğu kimi Rusiyanın xaricə tədarük etdiyi neft məhsullarının 90 faizinə qədərinə sanksiya tətbiq olunub. Eyni zamanda Rusiyadan qaz ala biləcək ölkələrin sayı da minimum səviyyədədir.  Heç şübhəsiz bu da Rusiya iqtisadiyyatının çöküşünə səbəb olacaq".

Material "Olaylar" İnformasiya Agentliyinin saytından götürülüb




Redaktorun seçimi

Paşinyanın etirafı: inanaq, inanmayaq?
  • Siyasi təhlil
  • 09:19 24.04.2024
Paşinyanın etirafı: inanaq, inanmayaq?
Qazaxın 4 kəndi və fəlakətin zopası
  • Daxili siyasət
  • 09:16 24.04.2024
Qazaxın 4 kəndi və fəlakətin zopası
Müştərək xəyanət
  • Siyasi təhlil
  • 09:11 24.04.2024
Müştərək xəyanət
Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası

Siyasi təhlil