USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ermənistan hüquq və təhlükəsizlik altında status deyəndə nəyi hədəf götürür? - siyasi ekspert məsələni şərh edir


https://img.baki-baku.az/news/2022/06/photo_7115.jpg

Ermənistan Təhlükəsizlik Şöbəsinin katibi Armen Qriqoryan bəyan edib ki, Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi onun statusunu müəyyən edəcək. Qriqoryan qeyd edib ki, İrəvan Qarabağda yaşayan ermənilərin hüquqlarının və təhlükəsizliyinin əhəmiyyətini vurğulamağa davam edir. Onun sözlərinə görə, İrəvanın seçdiyi bu yol nəticələr əldə etməyə kömək edəcək: “Əminik ki, statusu məhz hüquqlar və təhlükəsizlik müəyyən edəcək. Biz bu istiqamətdə işi davam etdirəcəyik”.

Rəsmi İrəvan “status” tələbinin aşağı salınmasına dair beynəlxalq tələbdən sonra indi də “hüquq və təhlükəsizlik” məsələsini önə sürüb. Bu, prinsip etibarilə Bakının əvvəldən sərgilədiyi mövqe ilə üst-üstə düşür. Azərbaycan Qarabağdakı erməniləri öz vətəndaşı hesab edir və bütün vətəndaşları kimi onların da hüquq və təhlükəsizliyinə zəmanət verir. Sonuncu Brüssel görüşündə “Qarabağdakı etnik ermənilər”dən bəhs olunması da artıq bu istiqamətdə müəyyən razılaşmalarından xəbər verir.

Bütün hallarda, Qriqoryanın bəyanatını İrəvanın Bakının Qarabağın Azərbaycanın tərkibində statusa malik olmaması, regionun erməni əhalisinin isə bütün hüquqlarına zəmanət verilməsi tələbi ilə razılaşmağa hazırlığı kimi qiymətləndirmək olarmı?

Məsələyə münasibət bildirən siyasi ekspert Elşad Həsənovun sözlərinə görə, Qriqoryanın səsləndirdiyi fikirlər sonuncu Brüssel görüşündə əksini tapan məqamları özündə ehtiva edir: “Məsələ ondadır ki, Şarl Mişelin bəyanatında əhalinin davamlı sülhə hazırlanması üçün hər iki tərəfin iş aparması öz əksini tapıb. Qriqoryanın fikirləri də buna müvafiqdir. Qarabağda Araik kimi separatçılar prosesə mane olmağa çalışsalar da, müvafiq addımlar atılacaq. Kim Azərbaycan qanunlarını qəbul etməyəcəksə, o zaman Qarabağı tərk etməlidir. Biz kimisə ərazilərimizdə zorla yaşamağa məcbur etmirik. Zatən ermənilər nəinki Qarabağı, Ermənistanı belə tərk etməkdədilər. O üzdən, Ermənistan danışıqlarda ciddi kompromislərə getməsə, ciddi problemlərlə üzləşəcək. Çünki Ermənistanın sözünə baxıb kimsə Azərbaycan ərazisini dəyişə bilməz. Erməni mediasının yaydığı məlumata görə, Paşinyanla Araikin görüşü olub, amma bununla bağlı mətbuata açıqlama verilməyib. Məhz bundan Qarabağdakı separatçılar bərk narahat olmağa başlayıblar. Guman edilir ki, Paşinyan Araiki Azərbaycanla sülh sazişi imzalamağa razı salmaq istəyir. Nəzərə almalıyıq ki, Paşinyan parlamentdə çıxışında Qarabağ məsələsinin ərazi yox, hüquqi məsələ olduğunu dedi. Bu səbəbdən Qriqoryan bəyanatında hüquq və təhlükəsizliyə xüsusi önəm verir. Eyni zamanda, buna zəmanət istəyir. Şarl Mişel açıqlamasında etnik ermənilər sözünü işlətdi. Azərbaycanda da etnik xalqlar çoxdur. Bu baxımdan Qarabağdakı etnik ermənilərə müstəsna status verilə bilməz. Bu baxımdan hesab edirəm ki, Qriqoryanın açıqlamasını sülh sazişinə çağırış kimi qiymətləndirmək olar. O üzdən, bütün bu prosesləri biz tam nəzarətdə saxlamalıyıq. Revanşistlərin pozucu təxribatlarına alət olmaq olmaz. Çünki revanşistlər həm sülhə qarşıdılar, həm də Zəngəzur dəhlizinə qarşı. Bunlar həm də Ermənistan-Türkiyə münasibətlərinə qarşıdılar”.

Bir sözlə, siyasi ekspert hesab edir ki, mövcud Ermənistan hakimiyyəti sülh sazişi ilə bağlı davamlı və praktiki addımlar atmalıdır.

Materail "Bakı xəbər" qəzetinin saytından götürülüb. 




Redaktorun seçimi

Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi
Paşinyanın etirafı: inanaq, inanmayaq?
  • Siyasi təhlil
  • 09:19 24.04.2024
Paşinyanın etirafı: inanaq, inanmayaq?
Qazaxın 4 kəndi və fəlakətin zopası
  • Daxili siyasət
  • 09:16 24.04.2024
Qazaxın 4 kəndi və fəlakətin zopası
Müştərək xəyanət
  • Siyasi təhlil
  • 09:11 24.04.2024
Müştərək xəyanət
Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası

Siyasi təhlil