USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

"Bizim üzərimizə götürdüyümüz öhdəlikləri yerinə yetirdiyimiz üçün..."


https://img.baki-baku.az/news/2022/06/photo_7099.jpg

“Brüsseldə sayca 3-cü Azərbaycan-Ermənistan görüşü keçirilib. Görüş Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin rəhbərliyi ilə keçirilib. Şarl Mişel Azərbaycan Prezidenti ilə görüşüb və əvvəllər qəbul olunmuş qərarların icrası ilə maraqlanıb”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov bildirib.

"Bizim üzərimizə götürdüyümüz öhdəlikləri yerinə yetirdiyimiz üçün Şarl Mişel cənab Prezidentə öz təşəkkürünü bildirdi. Bu dəfə keçirilən görüşü də çox gərgin və Azərbaycan tərəfi üçün uğurlu qiymətləndirmək olar. Çünki bu görüş də yenə Azərbaycanın irəli sürdüyü 5 təklif üzərində aparılıb. Şarl Mişel yenidən iyul-avqust aylarında görüşün keçirilməsini bildirib.

Humanitar məsələlər, sərhədlərin delimitasiyası, itkin düşmüş insanların teliyi ilə bağlı müzakirələr aparılıb. Burada əsas məsələlərdən biri də sırf sərhədlərin delimitasiyası oldu. Görüşdən sonra da dərhal ölkəmizdə komissiyanın heyəti bəlli oldu. Eyni gün Ermənistanda da bu proses baş tutdu. Daha sonra baş nazirlər səviyyəsində də görüşlərin keçirilməsi planlaşdırılır”.




Redaktorun seçimi

Rusiya XİN-in “centlmensayağı bəyanatı”
  • Daxili siyasət
  • 09:50 27.09.2023
Rusiya XİN-in “centlmensayağı bəyanatı”
Qranada sülhə evsahibliyinə iddialıdır
  • Daxili siyasət
  • 09:40 27.09.2023
Qranada sülhə evsahibliyinə iddialıdır
Bir ölərik, min dirilərik...
  • Daxili siyasət
  • 09:33 27.09.2023
Bir ölərik, min dirilərik...
Hayastanın yol xəritəsi Bakıda çəkilir
  • Siyasi təhlil
  • 11:49 26.09.2023
Hayastanın yol xəritəsi Bakıda çəkilir

Siyasi təhlil