USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Heydər Əliyev ucalığı, dahilik təcəssümü


https://img.baki-baku.az/news/2022/05/photo_6921.jpg?v=MjAyMy0wOC0yNSAxMjowMDozOA==

 

 

 

 

 

 

Ənvər Məşədiyev

______________________________________________________________

Bütün ömrünü öz vətəninin tərəqqisinə, ölkəsinin, iqtisadiyyatının, elminin, mədəniyyətinin inkişafına, öz xalqının güzaranının yaxşılaşmasına, qurub-yaratmağa həsr etmiş görkəm­li siyasi xadim, dərin zəkaya, heyranedici cazibə qüvvəsinə malik, bütün dünya ictimaiyyəti tərəfindən qəbul olunmuş ümummilli liderimiz Heydər Əlirza oğlu Əliyev artıq on doqquz ildir ki, əbədiyyətə qovuşmuşdur. Mən Ümummilli liderimiz Heydər Əliyevin 1969-cu ildən 2003-cü ilədək Azərbaycanın inkişafındakı xidmətləri, siyasi fəaliyyəti, natiqliyi barədə söhbət açmazdan əvvəl onun vəsiyyətlərinin özünün siyasi varisi, ölkə başçımız İlham Əliyevin şərəflə yerinə yetirdiyini qısa şəkildə qeyd etmək istəyirəm.

Ermənistan torpaqlarımıza təcavüz edərkən, Qarabağı işğala məruz qoyarkən Heydır Əliyev demişdir: “Qarabağın müstəqil olmasına, Ermənistana bağlanmasına razı ola bilmərik və buna heç vaxt yol verməyəcəyik”. Ulu Öndərin başqa bir deyimi: “Sülh istəyiriksə güclü ordu yaratmalısan”.

Biz bu gün böyük fərəh hissi ilə deyə bilərik ki, Heydər Əliyevin ruhu şaddır. Onun layiqli varisi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Ulu Öndərimizin bütün vəsiyyətlərini şərəflə yerinə yetirmişdir. Qarabağ erməni təcavüzündən azad edilmiş, şəhidlərimizin qanı yerdə qalmamışdır. Hazırda erməni vandallarının xarabalığa çevirdikləri şəhər və kənlərimizdə möhtəşəm quruculuq işləri həyata keçirilir. Hazırda ərazilər minalardan təmizlənilir, yeni infrastrukturlar yaradılır, mədəniyyət, dini abidələr bərpa edilir, ağıllı kəndlər, şəhərlər salınır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun qəhrəmancasına azad etdiyi, musiqi beşiyi olan, ölkə Prezidentinin sərəncamı ilə Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşa artıq beynəlxalq tədbirlər şəhərinə, mədəniyyət mərkəzinə çevrilmişdir.

Qarabağın inkişaf proseslərinə hər an müraciət edilir. Orada yaradılan xariqələr barədə həm yerli, həm də xarici mətbuatda yüzlərlə məqalələr, reportajlar verilmiş, albom və kitablar işıq üzü görmüşdür. Bu, indi də davamlı şəkildə aparılır.

Bu məqalədə əsas fikrimiz Ulu Öndərimiz Heydər Əliyevin anım gününə işıq salmaqdır. Dediyim kimi ümummilli liderimizin siyasi kursunu, qlobal quruculuq işlərini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev layiqincə davam etdirir, yerinə yetirir. H.Əliyevin siyasi fəaliyyəti, quruculuq uğurları, mədəniyyə­timizin, təhsilimizin inkişafındakı rolu, incəsənətimizə qayğısı, müstəqil Azərbaycanın memarı kimi həyata keçirdiyi misilsiz quruculuq işləri barədə dövri mətbuatda minlərlə məqalə dərc edilmiş, yüzlərlə sanballı kitablar işıq üzü görmüş, televiziya kanallarında ətraflı, faktlarla çox zəngin olan verilişlər ekranlaşdırılmışdır.

Heydər Əliyev haqqında söz sahiblərinin dediyi hər bir yeni kəlmə, hətta onun özünün müxtəlif mötəbər beynəlxalq məclis­lərdə, müşavirələrdə, tədbirlərdə, görüşlərdə, yığıncaqlarda söylə­diyi nitqləri, etdiyi çıxışları toplayıb məcmu şəklində çap etdirən tərtibçilərin bu xeyirxah işləri Azərbaycan xalqının ümummilli liderinə, millətimizin sədaqətli oğluna dərin ehtiram və məhəbbət nümunəsidir. Bu, Azərbaycan xalqının öz oğlunu - dahi şəxsiyyət Heydər Əliyevi daim qəlbində yaşadacağına bir daha dəlalət edir. Bəli, kütləvi informasiya vasitələrinin, televiziya kanallarının əməkdaş­ları 2002-ci ildə “jurnalistlərin dostu” elan etdikləri ölkəmizin eks-prezidenti, ümummilli liderimiz Heydər Əliyevin tövsiyələrini özlərinin fəaliyyət proqramı kimi qəbul ctmiş və onun miras qoyduğu xəzinədən hazırda da bəhrələnirlər.

Mən ali məktəbi qurtarıb müstəqil həyata qədəm qoyduğum il Heydər Əlivevin birinci dəfə Azərbaycana rəhbər gəldiyi vaxta təsadüf edir.

Ulu Öndərin gəlişi ilə respublikada qayda-qanun yaranmağa, əsl idarəçilik, təşkilatçılıq bərqərar olmağa başladı. Qanun hamı üçün şah oldu. Demək olar ki, bütün sahələrdə canlanma baş verdi, inki­şaf hiss edildi. insanlar ümidlərini Heydər Əliyevə bağladılar.

Heydər Əliyev vətənini, xalqını öz varlığı qədər sevən şəxsiyyət idi. O, istəyirdi ki, ölkəsinin hər bir vətəndaşı hərtərəf­li inkişaf etmiş, dünyagörüşlü şəxs olsun. Bu baxımdan da o, insanların adi davranış qaydalarına riayət etmələrindən tutmuş, ədəbiyyatımızın, mədəniyyətimizin, tariximizin, milli musiqimizin, o cümlədən, klassik musiqinin incəliklərinə bələd olmalarınadək hər şeyi diqqət mərkəzində saxlayırdı. Buna görə də qədirbilən xalqımız fəxr edir ki, Heydər Əliyev təki rəhbərləri olub və onun yüksək ideyalarını uğurla həyata keçirən İlham Əliyev kimi prezidenti var.

Heydər Əliyev Tanrının Azərbaycan xalqına bəxşişi idi. Həya­tın elə bir sahəsi, elmin elə bir istiqaməti yox idi ki, Heydər Əliyev ona nüfuz etməmiş olsun. Özü də həmin sahələri dərindən bilirdi, çıxışlarından elə hiss olunurdu ki, o guya məhz həmin sahənin mütəxəssisidir. H.Əliyev ədəbiyyat, incəsənət, memarlıq, kosmonavtika və digər sahələ­rin korifeylərinin yaradıcılıqları, keçdikləri şərəfli yol barədə danışar­kən adam valeh olurdu, öz rəh­bəri, prezidenti ilə fəxr edirdi.

Heydər Əliyev haqqında hər zaman söhbət düşəndə – istər beynəlxalq, istərsə də respublika miqyasında keçirilən tədbirlərdə - qızım, filologiya elmləri doktoru Aynel deyir: “Biz bir də ona görə xoşbəxtik ki, Heydər Əliyevin müqəddəs ocağında böyüyüb boya başa çatmış, onun iqtisadi-siyasi kursunu, quruculuq ənənələrini çox dəqiqliklə mənimsəmiş, əxz etmiş və bu qabiliyyətinin, bacarığının nəticəsində 30 il ermənilərin işğalı altında qalan torpaqlarımızı cəmi 44 gün ərzində düşmən tapdağından azad edən İlham Əliyevin rəhbəri olduğu ölkənin vətəndaşlarıyıq. Allah Heydər Əliyevi tək yaradıb. Sadəliyi, mehribanlığı, zəkanı, biliyi, ağlı, mənəviyyətı, zənginliyi, bir sözlə, zahiri və daxili gözəlliyi ondan əsirgəməyib. Onda olan bacarıq, enerji tükənməz idi. Dünyada onun kimi vüqarlı, görkəmli, nurlu insan, sanballı, ciddi dövlət başçısı, qurucu, mötəbər prezident olmayıb. Dövrünün bütün dövlət başçıları Heydər Əliyevin təcrübəsindən bəhrələnməyə çalışıblar. Bəli, bizim xalqımız xoşbəxtdir ki, Heydər Əliyev kimi dahi onun prezidenti olub, onun ümummilli lideridir. Heydər Əliyevin anım gününü hər gün, hər an qeyd etmək lazımdır. Allah ona rəhmət eləsin!”

Mən böyük öndərin respublika­mıza həm 1-ci, həm 2-ci dəfə rəhbərlik etdiyi dövrlərdə onun proqram xarakterli çıxışlarmdan, nitqlərindən, sərəncam və fərmanlarından irəli gələn müddəaların yerinə yetirilməsi, çox dəyərli fikirlərinin, tövsiyələrinin geniş kütləyə çatdırılması üçün mətbuat səhifələrində silsilə yazılar vermiş, onun tarixi çıxışlarından həmişə bəhrələnmişəm.

Heydər Əliyev fenomen bir insan idi. Ulu öndərin biliyini, savadını dəryaya bənzətmək olardı. Aydın təfəkkürlü, rəvan danışıqlı Heydər Əliyevin sözləri, fikirləri zəncirvari idi. Zəngin söz ehtiyatına malik olan ümummilli liderimizin nitqi ahəngdarlığı ilə adamı valeh edirdi. Bu isə öz-özlüyündən yaranmamşdı. Heydər Əliyevin bütün sahələrə - incəsənətə, ədəbiyyata, memarlığa, dövlətçiliyə, tariximizə, klassiklərimizin yaradıcılığına dərindən bələd olmasından irəli gəlirdi. Heydər Əliyevi dinləyən hər bir kəs onun dahiliyini hiss edirdi. Və əlbət­tə, bu Böyük İnsan haqqında gözəl təəssüratdan uzun illər ayrıla bilmirdi.

 

Heydər Əliyev keçmiş SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsində işləyərkən ittifaqın elm, təhsil, mədəniyyət, səhiyyə, nəqliyyat, rabi­tə sahələrinə baxırdı. 1983-cü ilin fevral ayı idi. Hüquq, asayişin qorunması mövzularında yazan jurnalistlər üçün Moskvada 1 aylıq kurs təşkil edilmişdi. Keçmiş ittifaqın bütün respublikalarından, vilayət və muxtar qurumlarından nümayəndələr toplaşmışdı. Tədbirdə Azərbaycandan mən də iştirak edirdim.

O vaxt ittifaq nəqliyyat prokuroru işləyən baş ədliyyə müşaviri Orlov da tədbirdə geniş məruzə ilə çıxış etdi. O, çıxışının çox hissəsini Heydər Əliyevlə bağlayaraq dedi: “Dünən mən Ümumittifaq Çay, Dəniz, Donanma İşçiləri Həmkarlar İttifaqı Mərkəzi Komitəsinin illik hesabat yığıncağında iştirak edirdim. Siyasi Büronun üzvü, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini hörmətli Heydər Əliyev yığıncaqda geniş nitq söylədi. Mən hələ də həmin çıxışın təəssüratı altındayam. Heydər Əliyev donanmanın işini ayrı-ayrı bölmələr üzrə elə təhlil etdi ki, sanki o, əmək fəaliyyətinə orada başlamış, bosmanlıqdan admiral rütbəsinədək yüksəlmişdir. Uzun iliər bu sahədə çalışan bir hüquqşünas kimi səmimiyyətlə deyirəm ki, su nəqliyyatını, donanmanı belə təhlil edən, problemləri olduğu kimi açıb göstərən, onların aradan qaldırılması yollarını diqqətə çatdıran, mühüm tapşırıq tək qarşıya qoyan ikinci bir şəxs tanımı­ram. Mən ömrümdə bu cür dolğun, əhatəli çıxışa qulaq asmamışdım. Bundan əlavə, Heydər Əliyevin dili çox aydın və rəvandır. Sanki o, təcrübəli rus dili mütəxəssisidir, gözəl dilçidir. Mən onun həm natiqliyinə, həm məsələni hüquqi cəhətdən çox gözəl aydınlaş- dırdığına, ifadələri yerbəyerində işlətdiyinə heyran oldum. Heydər Əliyevin həmin tarixi çıxışı hamı üçün stolüstü kitab olmalıdır. Siz jurnalistlər isə ümumiyyətlə, Heydər Əliyevin söylədiyi nitqlərindən, etdiyi məruzələrindən çox bəhrələnə bilərsiniz. Onun yara dıcılığını daim izləməyi sizə tövsiyə edirəm”.

Keçmiş ittifaq kimi böyük bir ölkənin sahə prokurorunun çıxışı qəlbimi dağa döndərirdi. Heydər Əliyev həqiqətlərini onlarca kənar millə­tin təmsilçiləri arasında yüksək tribunadan başqa xalqın nümayən­dəsinin dilindən eşitmək bizi, bir azərbaycanlı kimi qürurlandırırdı.

Heydər Əliyev hər şeyi ölçüb-biçən, qətiyyətli adam idi. Bir misal gətirmək istəyirəm. Müstəqilliyimizi bərpa etdikdən sonra respublikamızda latın qratikasına keçmək məsələsi elə bil tilsimə düşmüşdü. Orta məktəblərdə dərslər latın qrafikası ilə keçirilirdi. İdarə və müəssisələrdə, qəzet redaksiyaların­da və başqa təşkilatlarda kiril əlifbasından istifadə olunurdu. Bir sözlə, bu çox vacib işdə hərc-mərclik hökm sürürdü. Heydər Əliyev ikinci dəfə respublikamıza rəhbərliyindən sonra tarixi bir sərəncamı ilə tam latın qrafikasına keçmək məsələ­sini həll etdi. Dərsliklər buraxılmağa, bütün təşkilatlarda yazı-pozular məhz həmin əlifba ilə aparılmağa başlandı. Bu, əsl inqi­lab idi, mədəni inqilab!

Bəli, siyasi liderliyə, milli sərkərdəliyə yüksələn, Azərbaycan xalqının gözü qarşısında piraniləşən və əbədiləşən H.Əliyev mənəvi zənginliyi, əqidə saflığı, şəxsiyyət bütövlüyü ilə tariximi­zin XX əsrinin ikinci yarısını doldurmuşdur. Yeni əsrin şanlı tarixini isə Heydər Əliyev kursunun ən layiqli davamçısı, xalqımızın sevimli oğlu möhtərəm Prezidentimiz İlham Heydər oğlu Əliyev yazır. Özü də qızıl hərflərlə.

Bəli, Heydər Əliyev irsi, ənənələri onun layiqli davamçısı möhtə­rəm prezidentimiz cənab İlham Əliyev tərəfindən şərəflə yerinə yetirilir. Ulu Öndərin müəyyən etdiyi doğru yol ilə mətin addımlayan hörmətli prezidentimizin düzgün daxili və xarici siyasəti nəticəsində Azərbaycan son on yeddi ildə yüksək iqtisadi göstəricilərə nail olmuşdur. Ölkəmizdə güclü ordu yaradılmışdır. Xalqımız ən ağrılı bəladan qurtarmış, gözəl Qarabağımız erməni işğalından azad edilmiş, orada cənnət-məkan yaradılır.

Bütün bunlar xalqımızın xilaskarı, onun qəlbində daim yaşayan, əbədiyyətə qovuşan Heydər Əliyevin ruhuna hörmət və ehtiram əlamətidir, vəsiyyətlərinin, tövsiyələrinin həyata keçirilməsinin bariz nümunəsidir.




Redaktorun seçimi

Milli neft strategiyasının növbəti uğuru
  • İqtisadiyyat
  • 12:15 18.04.2024
Milli neft strategiyasının növbəti uğuru
Makronun “maska”sı düşdü
  • Daxili siyasət
  • 12:04 18.04.2024
Makronun “maska”sı düşdü
Yalanın ayağına taxılan erməni protezi
  • Daxili siyasət
  • 11:15 18.04.2024
Yalanın ayağına taxılan erməni protezi
Paris hansı irslə bizə dərs keçmək istəyir?
  • Daxili siyasət
  • 11:04 18.04.2024
Paris hansı irslə bizə dərs keçmək istəyir?
Uzaq Kanada Qafqazda nə axtarır?
  • Daxili siyasət
  • 11:19 17.04.2024
Uzaq Kanada Qafqazda nə axtarır?
Paşinyan və uydurma “erməni soyqırımı”
  • Daxili siyasət
  • 11:04 17.04.2024
Paşinyan və uydurma “erməni soyqırımı”

Siyasi təhlil