USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Brüssel görüşləri bölgədə sülh prosesinə etimad yaradır - BAXIŞ


https://img.baki-baku.az/news/2022/04/photo_6729.jpg?v=MjAyMy0wOC0yNSAxMjoyMzoxMQ==

Cavanşir Feyziyev,

Milli Məclisin deputatı

__________________________________________________________

Bu günlərdə Belçikanın paytaxtı Brüsseldə Aİ Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan və Ermənistan rəhbərləri arasında keçirilən görüşü iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində irəliyə doğru atılmış növbəti uğurlu addım hesab etmək olar. Münaqişə başa çatdıqdan sonra Azərbaycan və Ermənistan arasında münasibətlərin tədricən gərginlikdən çıxarılması və praktik müzakirələr müstəvisinə istiqamətləndirilməsi üçün Aİ öz töhfəsini verməyə çalışır. Bu məqsədlə prezident Şarl Mişelin təşəbbüsü ilə keçirilən növbəti ikitərəfli görüş real nəticələr verməyə başlayır.

Son görüşdə tərəflər arasında əldə olunmuş razılaşmalar Azərbaycan Prezidenti tərəfindən irəli sürülən gündəliyin addım-addım həyata keçirildiyini göstərir. Vətən müharibəsindən dərhal sonra Prezident İlham Əliyev tərəfindən irəli sürülmüş sülh müqaviləsi, sərhədlərin delimitasiya və demarkasiyası, eləcə də iki ölkə arasında nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı təkliflər tərəflər arasında keçirilən görüşlərin əsas müzakirə predmetləridir. Brüssel görüşündə bu məsələlərin hər biri ilə bağlı konkret razılaşmaların əldə olunması Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün münbit zəmin yaradır. Münaqişənin başa çatmasından sonra keçən hər gün Azərbaycan Prezidentinin haqlı mövqeyini bir daha sübut edir.

Müzakirə olunan məsələlər üzrə konsensusun əldə olunması bölgədə sülhün bərqərar olunmasına və çoxdan gözlənilən əməkdaşlıq münasibətlərinin yaranmasına yol açır. Hər iki ölkə başçısının Sülh Müqaviləsinin hazırlanması ilə bağlı işlərə başlanması haqqında Xarici İşlər Nazirliklərinə tapşırıqlar verməsi, eləcə də yaxın bir ay içərisində sərhədlərin delimitasiyası üzrə işçi qrupun və Birgə Komissiyanın yaradılması haqqında əldə olunmuş razılıq bölgədə sülh proseslərinin başlandığını göstərir. Lakin bu başlanğıc gözlənilən nəticələrin heç də asanlıqla əldə olunacağına dəlalət etmir. Ermənistanda Azərbaycan və Ermənistan, eləcə də Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılmasına qarşı çıxan siyasi müxalifət qüvvələri hələ də yaranmış vəziyyətdən siyasi hakimiyyətə yiyələnmək üçün sui-istifadə etməyə cəhdlər göstərir, əhalini Azərbaycanla əldə olunan razılaşmalara qarşı çıxmağa çağırır. Lakin bu çağırışların destruktiv mahiyyəti və ilk növbədə Ermənistan üçün acı nəticələr verə biləcəyi bu gün daha aydın görünməkdədir. 30 il ərzində apardığı işğalçılıq siyasəti nəticəsində dünya birliyinə sağlam inteqrasiya olunmaq fürsətini əldən vermiş və faktiki olaraq dövlət müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmış Ermənistan üçün bu gün sülh hamıdan daha çox lazımdır. Bu reallığın dərk olunması və mövcud vəziyyətin düzgün qiymətləndirilməsi Ermənistanı gələcək mümkün fəlakətlərdən xilas edə bilər.

Avropa İttifaqının bölgədə baş verən hadisələrə təmkinli münasibəti və eləcə də post-münaqişə dövründə tərəflərin mövqelərinin yaxınlaşdırılması istiqamətində atdığı ehtiyatlı addımlar bölgədə sülh və təhlükəsizliyə real töhfə vermək arzusundan irəli gəldiyini göstərir. Azad olunmuş ərazilərin minalardan təmizlənməsində və reabilitasiya olunmasında Ai-nın iştirakı və dəstəyi Azərbaycanın yaratdığı yeni reallığın beynəlxalq səviyyədə qəbul olunmasının təsdiqi sayıla bilər. Bütün bunlar danışıqlarda iştirak edən tərəflərin praqmatik mövqe sərgilədiyini və hələ başlanğıc mərhələsində olan sülh proseslərinin uğurlu olacağına etimad yaradır.

Yazı Milli Məclisin deputatı Cavanşir Feyziyevin facebook səhifəsindən götürülüb




Redaktorun seçimi

Maskalar yırtılır, paktlar üzə çıxır
  • Daxili siyasət
  • 09:47 28.03.2024
Maskalar yırtılır, paktlar üzə çıxır
Rasmussen Ermənistana yağlı vədlər verir
  • Daxili siyasət
  • 09:44 28.03.2024
Rasmussen Ermənistana yağlı vədlər verir
Putinin seçki qələbəsi
  • Daxili siyasət
  • 10:05 19.03.2024
Putinin seçki qələbəsi
Dünya qlobal iqlim fəlakəti astanasında
  • Daxili siyasət
  • 10:04 19.03.2024
Dünya qlobal iqlim fəlakəti astanasında
Avropa Parlamentinin qərəz marafonu
  • Daxili siyasət
  • 10:06 18.03.2024
Avropa Parlamentinin qərəz marafonu

Siyasi təhlil