USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Şuşa Zəfərindən Fərrux Zəfərinə!


https://img.baki-baku.az/news/2022/03/photo_6660.jpg

Şərəf Cəlilli

______________________________________________________________________

Fərrux bir yüksəklikdi. Tariximizin Zəfər adlı yüksəkliyi. Şuça zəfərindən sonra Fərrux zəfərini yaşamaq ayrıca bir qürur, vüqardı.

Bu vüqarlı zirvədə ilk dəfə 1992-ci ildə jurnalist olaraq olmuşdum. Unudulmaz kinooperatorumuz Seyidağa Mövsümovla Fərruxun zirvəsində olanları lentə alırdıq. Fərruxun ətəyində qan su yerinə axırdı. Ağdam Milli Müdafiə Batalyonunun komandiri, Milli Qəhrəman Şirin Mirzəyevlə igidləri düşmənə qan uddururdu. Qazimiz, həm də qələmdaşımız qəhrəman Rey Kərimoğlu ilə ilk dəfə bu zirvədə rastlaşmışdıq. Rey elə indiki kimi Vətən deyirdi. Əynində kəfəni, qəlbində Vətəni, səngərdə cövlan edirdi. Mərd igid, cəsarətli Şirin Mirzəyev isə bir cümləni dayanmadan işlədirdi. “Ölərəm, Fərruxu əldən vermərəm, Fərrux getsə, Ağdamdan, Ağdərədən əsər qalmaz! Onun müsahibəsini efirə təqdim edəndə də verilişi bu cümlə ilə bitirdim. Sonra qan su yerinə axdı. Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələri də, Milli Qəhrəmanımız Allahverdi Bağırov da Fərrux deyirdi. Fərruxu Qarabağ uğrunda savaşların canı bilirdi. Fərruxun zirvəsindən Qarabağı bircə dəfə seyr etməyənlər nə demək istədiyimi çətin anlayar. Fərruxun zirvəsindən – təpəsindən baxanda Ağdam, Xocalı, Xocavənd, Ağdərə, ən əsası, oduna yanıb, atəşinə qalandığımız Xocalı ovuc içi kimi görünürdü. Murovun zirvəsində, Şuşada – Qalanın ətəyində cərəyan edənlər də gün kimi aydın idi. O bölgələri qarış-qarış gəzmiş, Şuşada Milli Qəhrəmanımız Ramiz Qəmbərov, Qubadlıda Milli Qəhrəmanımız Əliyar Əliyevi, Füzulidə, Ərgünəş və Mənglənata zirvələrində milli qəhrəmanlarımız Gülbarı, Seymur Məmmədovu, qəhrəman Bakir Məmmədovu, Xocalıda Milli Qəhrəmanımız Əlif Hacıyevi dinləmiş, tanımış bir insan kimi deyim: I Qarabağ savaşının beli Daşaltı əməliyyatı iflasa uğrayanda, Xocalı aeroportu əldən gedəndə, Laçın dəhlizi işğal ediləndə, Azərbaycan bayrağı Murovun zirvəsindən, Fərrux yüksəkliyindən enəndə qırılmışdı. Sonra gördüklərimiz əfsanə idi. Bizə olan olmuşdu. Zülm, dəhşət, işğal, minlərlə insanın ah-naləsi bir yana idi. Köçə karvan, qəmə sarvan olmuşduq. Çaykəndi, Şınıxı qoruya bildiyimiz kimi Ərgünəşi, Murovu, Fərruxu, Gəlinqayasını, Zabux dərəsini, Daşaltını əldə tuta bilməmişdik. Beli qırılsın “sapı özümüzdən olan baltaların” – Rəhim Qazıyevlərin...

Millət döyüşürdü. Özü də əli yalın döyüşür, tətikli tüfənglə, əl qumbarası ilə yağının qabağında dururdu. Onun Şirin Mirzəyev, Allahverdi Bağırov, Fred Asif, Ramiz Qəmbərov, Əliyar Əliyev kimi səngərlərə sipər, düşmənlərə çəpər bilənləri, ürəyini Vətənə verənləri vardı!

Biz otuz il üzü qibləyə deyil, onların nigaran ruhlarının dolandığı Qarabağa, Şuşaya, Şərqi Zəngəzura yatdıq. 44 günlük Vətən Savaşında Müzəffər Ali Baş Komandanın, qüdrətli Azərbaycan ordusunun iradəsi ilə hər günü bir dastan olan Zəfər Dastanını yaratdıq. Azərbaycan bayrağının haqq etdiyi məqamlarda Ruh zirvəsində, Xudafərin körpüsündə, Murovun zirvəsində, Dəlidağda, Diri dağında, Ərgünəşdə, Məngələnatada, Ağoğlan qəsrində, Suqovuşanda, Şuşa qalasında dalğalandırdı. “Bizim işimiz haqq işidir! Biz Zəfər çalacağıq! Qarabağ Azərbaycandır!” nidası ilə vardığımız səngərləri Vətən – Azərbaycan etdik! Qayıdışın, Qurutuluşun, Dirçəlişin dastanını yazdıq! Zəfər yolunu çəkdik! Azərbaycan bayrağını Fərrux yüksəkliyinə dikdik! Qisas qiyamətə qalmaz dedik!

Ukraynanı bir içim su, bir əlçim yuxu kimi biçən, doğrayan, tifaqını dağıdan, Xocalının kəfənindən əyninə don biçən, Mariopolu Ağdam kimi ruhların şəhərinə çevirən Sülhməramlılara – məramsızlara, qansızlara, imansızlara yerini göstərdik. Fərrux yüksəkliyindən sökülən bayraq erməni bayrağı deyildi. O nə vaxt olub ki? Yaxud da kölgədə bitənin kölgəsinin olduğunu görən olubmu ki? Fərruxun zirvəsindən qoparılan Qafqazlara, Odlar Yurdu Azərbaycana dağ çəkən I Pyotrdan üzü bəri çar cəlladlarının – Sisyanovların, Varantsov-Daşkovların, Kirovların bayrağı idi. Sökdük! Yerinə hilallı, ulduzlu, üç rəngli bayrağı əkdik! İndi oralarda hürr millətin hürr bayrağı dalğalanır! “Bıkdım gözləməkdən, Ey dan ulduzu!” demir. Fərrux yüksəkliyindəki dünən nigaran, bu gün bəxtiyar ruhlar üzü Xankəndinə, Xocalıya sarı səcdəyə durub, Əlif Hacıyevə qoşulub deyir: “Ölməzdim Azərbaycan bayrağını Xocalı aeroportundan assaydım!”. Qabaqdan Ramazan ayı gəlir. 12 ayın sultanı! Tanrı dualarımızı eşidər olsun!




Redaktorun seçimi

Paşinyanın etirafı: inanaq, inanmayaq?
  • Siyasi təhlil
  • 09:19 24.04.2024
Paşinyanın etirafı: inanaq, inanmayaq?
Qazaxın 4 kəndi və fəlakətin zopası
  • Daxili siyasət
  • 09:16 24.04.2024
Qazaxın 4 kəndi və fəlakətin zopası
Müştərək xəyanət
  • Siyasi təhlil
  • 09:11 24.04.2024
Müştərək xəyanət
Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası

Şərəf Cəlilli