USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Rusiya-Ukrayna savaşı: bu gün sülh nə dərəcədə realdır? - GÜNÜN REPLİKASI


https://img.baki-baku.az/news/2022/03/photo_6578.jpg

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna ilə danışıqlarda kompromissə ümüdün olduğunu vurğulayır. Ancaq Böyük Britaniyanın xarici işlər naziri Liz Tras Rusiya və Ukrayna arasında sülh danışıqlarının perspektivlərinə şübhə ilə yanaşdığını bildirir.

L.Tras Rusiya tərəfinin sülh danışıqlarına ciddi yanaşmaq üçün atəşkəs rejimini tətbiq etməli və qoşunlarını geri çəkməli olduğunu deyir. Lavrovun sözlərinə görə isə ölkəsi gələcəkdə Ukrayna tərəfi ilə təmaslara hazır olacaq, lakin əlavə dəyərin nə olacağını başa düşmək fikrindədir. Demək, Böyük Britaniyanın xarici işlər nazirinin sözündən anlaşılan budur ki, Qərbin Rusiya ilə münasibətlərində dəyər adlı bir şey yoxdur və ya qalmayıb. 

Üstəlik ABŞ müdafiə naziri Lloyd Ostin NATO baş katibi Yens Stoltenberqlə birgə görüşdən əvvəl deyib ki, Birləşmiş Ştatlar Ukraynanı dəstəkləməyə davam edəcək: "Ukraynanın suveren və legitim hökuməti var. Biz Ukraynanın özünü müdafiə qabiliyyətini gücləndiməyi dəstəkləyirik və dəstəkləyəcəyik. NATO-nun bu günkü iclası dünyaya siqnal göndərir ki, alyans Ukraynaya dəstək məsələsində həmrəydir. Biz Rusiyanın Ukraynaya əssasız hərbi hücumunu və işğalını qınayırıq".

O da maraqlıdır ki, bu gün Rusiyanın XİN rəhbərinin “Ukrayna ərazisində Rusiyanı təhdid edən silah ola bilməz” açıqlaması da olub. Gəlinən nəticə budur ki, Rusiya və Ukraynanın masa ərtafında əyləşməsini istəməyən qüvvələr də fəaliyyətdədir və o qüvvələrin məqsədi Ukraynanın qayğısısına qalmaq yox, Ukrayna cəbhəsi ilə Rusiyanı parçalamaqdır. Baxın, Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin nə deyir: "Hazırda Rusiyanın taleyi həll olunur, o, öz suverenliyinin təmin edilməsi məsələlərində heç vaxt geri çəkilməyəcək". 

Deməli, Rusiyanın Lavrovun dili ilə səslənən kompromissə ümüdünun puç olma ehtimalı hələlik daha çoxdur. 

 




Redaktorun seçimi

Maskalar yırtılır, paktlar üzə çıxır
  • Daxili siyasət
  • 09:47 28.03.2024
Maskalar yırtılır, paktlar üzə çıxır
Rasmussen Ermənistana yağlı vədlər verir
  • Daxili siyasət
  • 09:44 28.03.2024
Rasmussen Ermənistana yağlı vədlər verir
Putinin seçki qələbəsi
  • Daxili siyasət
  • 10:05 19.03.2024
Putinin seçki qələbəsi
Dünya qlobal iqlim fəlakəti astanasında
  • Daxili siyasət
  • 10:04 19.03.2024
Dünya qlobal iqlim fəlakəti astanasında
Avropa Parlamentinin qərəz marafonu
  • Daxili siyasət
  • 10:06 18.03.2024
Avropa Parlamentinin qərəz marafonu

Siyasi təhlil