USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ukrayna böhranı və ya anti-demokratiya üçün demokratiya “butulkası”


https://img.baki-baku.az/news/2022/03/photo_6451.jpg

Əvəz Rüstəmov

____________________________________________________________

Ukrayna müharibəsinə görə Qərb Rusiyanı bütün vasitələrlə təcrid edir. Nəhəng  şirkətlər ölkədən üz döndərir. Moskvanın da basqılara hazır olduğunu düşünmək mümkündür.  Onsuz öyrəşiklidir. İllərdir müxtəlif məsələlərlə əlaqədar sanksiyalarla üzləşir.

Təcridlər rus cəmiyyətində müəyyən mənada immunitet formalaşdırır. İkinci Dünya Müharibəsi zamanı SSRİ-də olduğu kimi. Hələ Hitler Almaniyasının irqçi, millətçi ayrıseçkilik siyasəti nəticəsində yəhudilərdə yaranmış immuniteti demirəm. Müharibədən sonra bəşəriyyət yəhudi dövlətinin – İsrailin zühuruna şahidlik etmişdi. Axı basqı, təzyiq insanları həm də birləşdirmək təbiətinə malikdir.

Qısası, Rusiya severen Ukraynanın ərazisindədir, hansı səmtdən baxsan, təcavüzkardır, bu öz yerində. Amma ona qarşı belə demək mümkünsə, “izqoy”un, dışlanma siyasətinin də fayda verməyəcəyi, əksinə tamam başqa nəticələr doğuracağı qaçılmazdır. Dünya nə etmək fikrindədir? İstəyir ki, Ukraynanı qurban verib yeni SSRİ yaratsın?

Bəli, Ukrayna dövlətçiliyi qurban verilir. Ancaq qurban verilən təkcə budur? Rusiyaya qarşı “izqoy” siyasəti ilə bütövlükdə demokratik dəyər və prinsiplərə tüpürülür. Məsələn, nəyə görə Rusiya idmançıları beynəlxalq yarışlardan kənarlaşdırılmalıdır? Nə üçün xarici ölkələrdə təhsil alan rus tələbələr oxuduqları ali məktəblərdən uzaqlaşdırılmalıdır? Ədalətsizliyə qarşı ədalətsizliklə cavab vermək nə zamandan prinsip sayılıb?  

Məlumdur, ilk baxışdan Rusiya prezidenti Vladimir Putinin siyasətinə qarşı antipatiya formalaşdırmaq əsas götürülür. Dışlama siyasətinin rus insanının Putin hakimiyyətinə qarşı qəzəbini doğuracağı və insanların onu devirməyə qalxacaqları düşünülür. Ancaq bunun ölçüsü olmalıdır. Hələ o siyasətin əks fəsadlar doğurmaq amili də var. Ukrayna böhranının nəticəsidir ki, Avropada təbii qazın qiyməti ard-arda rekordlar təzələyir. Bunun köhnə qitənin əhalisinə təsiri olmayacaq? Olacaq. Rusiya cavab addımlardan biri kimi polad ixracını dayandırıb. Bu da təsirsiz ötüşməyəcək?

Ümumən Moskvanı əks tədbirləri çox olacaq. Əgər Rusiyada ağırlıq yalnız bir toplumla məhdudlaşırsa, dünyaya təsir səpələnmiş xarakter daşıyacaq. Belə bir durumda rus cəmiyyətinin özündə müqavimət formalaşdırması daha asandır, nəinki Qərb cəmiyyətinin. Onsuz da birincilər məhrumiyyətlərə qatlaşıb yaşamağı öyrəniblər. Bəs ikincilər necə, bacaracaqlar?

Ruslar ideoloji baxımdan anti-Qərb təmayüllüdürlər. Putin də, ondan əvvəlki də, hələ SSRİ rəhbərliyi də xalqı inandırmağa çalışırdı ki, Qərb vəhşidir, düşməndir, imperialistdir, Rusiyanı dağıtmaq istəyir filan. Buyurun, bu gün bankomatdan pul çəkə bilməyən rus insanı bu düşmənçiliyi öz həyatında hiss edir. Haşiyə çıxım, o insan rus qoşunlarının Ukraynada görünməsinə mənfi yanaşmır. Putin rus düşüncə tərzinin məhsuludur. O düşüncə tərzində Rusiyanın maraqları üstün tutulur. Rus insanı nəyin bahasına olursa-olsun ölkəsinə aid mənafelərin müdafiəsini məqbul sayır. Bu da bir bəladır.

Yəni rus şovvinizmi, imperiya baxışı bəladır. Ancaq qabaqcıl Qərb təhsili rus gəncinə, yəni Rusiyanı gələcəkdə idarə edəcək şəxsə belə yanaşmanın səhvliyini öyrədə, onu tamam başqa – mütərəqqi dəyərlərə kökləyə bilərdi. Qərb nə etdi? Putinə görə rus tələbəni universitetdən uzaqlaşdırdı. Sabah həmin gənc ölkəsinə Qərb dəyərlərini gətirməyi düşünəcək? Tüpürəcək o dəyərlərə. Deyəcək ki, Putin düz deyirmiş...

Daha bir məqama diqqət yetirək. Kseniya Sobçak. Yəqin ad hər kəsə məlumdur. Yadıma gəlir, bu rusiyalı xanım müxalif fəal “RTR” telekanalındakı məhşur “60 dəqiqə” proqramında çıxış edərkən olduqca emossional, duyğusal tərzdə bildirmişdi ki, Rusiya demokratik dünyanın tərkib hissəsinə çevrilməlidir. Sual ünvanlamışdı ki, nəyə görə Rusiya daim əli tətikdə, səngərdəymiş kimi dayanmalıdır? Xanım Sobçak təxminən Qərb cəmiyyəti mütərəqqidir, ona qucaq açmaq lazımdır, qorxmağa gərək yoxdur, - deyə səslənmişdi.

Qeyd edim ki, Rusiyada Sobçak kimi düşünənlər az deyil, fikir və baxışları populyardır. Onların əməyinin məhsuludur ki, rus cəmiyyətində ədalət anlayışı var. Heç kəs düşünməsin ki, Rusiya başdan-başa anti-demokratizmin tüğyan etdiyi ölkədir. Əksinə bir çox məsələlərə baxışda ruslar daha qabaqcıldırlar. Yəni sözüm odur ki, hazırkı “izqoy” siyasəti Qərbin illərdir üzərində dayanaraq yaratmağa çalışdığı rus ziyalı mühitindəki demokratiya cücərtilərini də məhv edəcək. Sobçaklar obrazlı desəm, rus ayısına çevriləcəklər. Buna ehtiyac var? Görünür var imiş...

Dəhşətli sayılacaq daha bir məqam var. Yenə də deyim, fərqi yoxdur nə üçün, nə səbəbə, Rusiyanın Ukraynaya qoşun yeritməsinin adı işğaldır, ölkənin tanınmış sərhədlərinin pozulmasıdır. Prezident Vladimir Zelenski Qərbin oyununa aldanır, neynəyir özü bilər. Müharibə reallıqlarını da qəbul edirəm. Məlumdur ki, qan zorakılıq doğurur. Bu mənada media orqanlarında, ayrı-ayrı sosial şəbəkə profillərində yayılmış video görüntüləri anlamaq mümkündür. Qarabağ müharibəsi zamanı biz də analoji durumun şahidi olurduq. Ancaq Ukraynada həmin görüntülərin məqsədli şəkildə dövriyyəyə buraxıldığı təəssüratı yaranır. Söhbət təcrid olmuş Rusiyanın əsgərinin Ukraynadakı belə desək, “butulka perspektivi”ndən gedir. Əsgər də insandır. Demokratik saydığımız Ukraynanın insanının anti-demokratik sayılan Rusiya insanına qarşı hərəkətinə baxın. Demokratiya anti-demokratiyanı “butulka” ilə yola gətirir.




Redaktorun seçimi

Milli neft strategiyasının növbəti uğuru
  • İqtisadiyyat
  • 12:15 18.04.2024
Milli neft strategiyasının növbəti uğuru
Makronun “maska”sı düşdü
  • Daxili siyasət
  • 12:04 18.04.2024
Makronun “maska”sı düşdü
Yalanın ayağına taxılan erməni protezi
  • Daxili siyasət
  • 11:15 18.04.2024
Yalanın ayağına taxılan erməni protezi
Paris hansı irslə bizə dərs keçmək istəyir?
  • Daxili siyasət
  • 11:04 18.04.2024
Paris hansı irslə bizə dərs keçmək istəyir?
Uzaq Kanada Qafqazda nə axtarır?
  • Daxili siyasət
  • 11:19 17.04.2024
Uzaq Kanada Qafqazda nə axtarır?
Paşinyan və uydurma “erməni soyqırımı”
  • Daxili siyasət
  • 11:04 17.04.2024
Paşinyan və uydurma “erməni soyqırımı”

Əvəz RÜSTƏMOV