USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Rusiyaya nifrət


https://img.baki-baku.az/news/2022/03/photo_6431.jpg?v=MjAyMi0wMy0wMSAxNzoyNzo0OA==

Əvəz Rüstəmov

_________________________________________________________

Dünya Rusiya-Ukrayna müharibəsi ilə nəfəs alır. Buna nəfəs almaq da demək olar, köks ötürmək də, nəfəs vermək də, ah çəkmək də. Vəziyyət həqiqətən acınacaqlıdır. Bir yanda imperialist maraqlarından çıxış edərək özünü haqlı sayan, heç bir ölçü tanımayan Rusiya, digər yanda dövlət suverenliyini qoruyub saxlamaq uğrunda əzmlə döyüşən Ukrayna. Təbii ki, müharibənin Qərb tərəfi də var. Qərb maraq və mənafelərini diqtə etməyə çalışır. Savaşa görə Qərbi günahlandıranlara bəraət qazandırmaq niyyətindən uzağam. Nə də demək istəyirəm ki, Kiyev Qərbə və ABŞ-a doğru səmt götürməklə səhvə yol vermişdi. Ümumən siyasi müstəvidəki səhvləri incələmək düşüncəsində deyiləm. Üzərində dayanmaq istədiyim mətləb başqadır.

Sırf nifrətdən danışacam. Bəli, dünya Rusiyanın əleyhinədir. Ona nifrətlə yanaşır. Dünya yalnız Rusiyaya deyil, bütövlükdə rus varlığına qarşıdır. Bu an rus xalqının bəşəriyyətin inkişafına verdiyi töhfələr unudulub. Dostoyevski, Bulqakov, Yesenin, Tolstoy, Lermantov... yaddan çıxıb, Puşkin sanki omayıbmış kimdir.

Nifrəti yaradan Rusiyanın özüdür. Rusiya prezidenti Vladimir Putin tənələrə məruz qalır. Məgər Putin rus ictimai fikrinin, düşüncə və təfəkkürünün, əxlaqının məhsulu deyilmi? Rus xalqı necədirsə, Putin də elədir. Rus xalqı Rusiyanın özüdür. Rusiya ictimai fikri etnik və milli rəngarəngliyə əsaslanmış ölkədə millətlər arasındakı etibarlı birgəyaşam modelini illərdir, hətta əsrlərdir ortaya qoya bilməyib. Baxın, prezident Putinin fikirlərinə. Rusların yaşadıqları bölgələrdə onları müdafiə etmək, hüquqlarını qorumaq. Azərbaycan olaraq biz də tutmuşuq damarını. Deyirik ki, Azərbaycanda 340 rus məktəbi var, filan qədər rus yaşayır, rus icması mövcuddur və s. Rusiya prezidenti bundan məmnun qalır.

Sual olunur? Niyə məhz rusların qayğısına qalınmalıdır? Axı Rusiyada başqa millətlər də yaşayır, Rusiyanın başqa millətlərdən olan vətəndaşları da var. Onların qayğısına qalmaq, hüquqlarını qorumaq Putinin yadına düşürmü? Rusiyanın özündə insan hüquq və azadlıqları qorunurmu? Məsələ heç bunda da deyil. Aydındır ki, qayğıya qalmaq bəhanədir. Əsas olan siyasi ambisiyadır.

Ancaq bu ambisiyanı Rusiya ictimai rəyi qəbul edir. Hətta sıravi rus da böyük ölçüdə Putinin söylədiklərinin tərəfdarıdır. Beş-altı adamın yığılıb Ukraynadakı müharibə əleyhinə çıxmasına baxmayın. Putinin “rusşünaslığı” qəbul edilir. Zatən Rusiya dövləti elə bu “rusşünaslığın” üzərində qurulub. Bu quruluşda digər xalqlar ruslar üçün heç nədir. Tutaq ki, azərbaycanlı gedib Rusiyada mağaza açır, ora beş-altı rusu işə götürür, onlara maaş verir, ancaq o beş-altı rus onların həyatını təmin edən azərbaycanlıya ikinci növ adam kimi yanaşır, onu məsxərə predmetinə çevirir. Bunu Putin edib? Xeyr, bu, rus düşüncə tərzinin məhsuludur. 70 illik Sovetlər Birliyi dönəmində də vəziyyət aşağı-yuxarı elə belə olub. Rusiyaya qarşı nifrətin kökü məhz bundadır. Moskva ilə maraqlar toqquşmasında olan, pusquda duran Qərb isə durumu gözəl anlayır. Yəni Rusiyaya qarşı nifrət yalnız indi Ukraynanın əzilməsi müstəvisində yaranmış vəziyyət deyil.

Rusiya ictimai fikri, ziyalısı cəmiyyətə həm də bütün dünyanın ruslara, Rusiyaya qarşı olduğu fikrini yeridib. Ona görə bu gün Qərbin ağlagəlməz sanksiyalarının rus insanına böyük ölçüdə təsir etdiyini söyləmək çətindir. Çünki rus insanı “ətraf düşməndir” baxışındadır. Onun üçün Ukrayna dövləti filan yoxdur. Ukrayna slavyandır, qardaşdır, ancaq yolunu azmış qardaş, onu yola gətirmək lazımdır. Bunun üçün cəzalandırmaq tələb olunur. Moskva indi öz aləmində Kiyevi cəzalandırmaqla məşğuldur. Putin açıq dedi ki, Ukrayna dövləti olmayıb, Leninin səhvidir. Yəni təxminə belə: sizə dövlət vermişik, üstəlik müstəqilliyinizi tanımışıq, niyə Qərbə doğru gedirsiniz? Siz kimsiniz ki, seçiminiz olsun? Eyni münasibət, qazaxlara qarşı da var, qırğızlara, taciklərə, özbəklərə bir qədər fərqli çalarlarla gürcülərə, ermənilərə, elə bizə də. Hələ Rusiyanın federativ subyektlərindən danışmayaq. Bütün bunlardır Rusiyaya qarşı nifrəti alovlandıran.

Və bu gün Ukraynada obrazlı desək, yalnız bir xalqın Rusiyaya qarşı nifrəti dillənmir. Qlobal maraqlar güdənlərlə yanaşı, bütövlükdə postsovet, postsosialist düşərgəsinin anti-rus ovqatı dilə gəlib. Birincilər öz oyunlarını ikincilərin hissi üzərinə qurublar. Nəticə necə olacaq söyləmək çətindir. Udsa da, uduzsa da Rusiya, ümumilyyətlə rus ictimai rəyi baş verənlərdən çox ciddi dərs götürməlidir. Əlbəttə, dərs götürə bilsə, yaxud dərs götürmək üçün fürsəti olsa.




Redaktorun seçimi

Milli neft strategiyasının növbəti uğuru
  • İqtisadiyyat
  • 12:15 18.04.2024
Milli neft strategiyasının növbəti uğuru
Makronun “maska”sı düşdü
  • Daxili siyasət
  • 12:04 18.04.2024
Makronun “maska”sı düşdü
Yalanın ayağına taxılan erməni protezi
  • Daxili siyasət
  • 11:15 18.04.2024
Yalanın ayağına taxılan erməni protezi
Paris hansı irslə bizə dərs keçmək istəyir?
  • Daxili siyasət
  • 11:04 18.04.2024
Paris hansı irslə bizə dərs keçmək istəyir?
Uzaq Kanada Qafqazda nə axtarır?
  • Daxili siyasət
  • 11:19 17.04.2024
Uzaq Kanada Qafqazda nə axtarır?
Paşinyan və uydurma “erməni soyqırımı”
  • Daxili siyasət
  • 11:04 17.04.2024
Paşinyan və uydurma “erməni soyqırımı”

Əvəz RÜSTƏMOV