USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

  Ukrayna od içindədi: İşğalın başqa adı varmı?


https://img.baki-baku.az/news/2022/02/photo_6389.jpg

Şərəf Cəlilli

____________________________________________________________

Çar Rusiyası Qafqazları işğala elə boqatırların – bahadırların diyarından başladı. Krımın ətəyini qana boyadı. “İqor Polku haqqında dastan” dediklərimizin nümunəsidi. İqorun da, onun polkunun da damarlarında türk qanı axırdı. Baxmayaraq ki, İvan Qroznı ilə bağlı düşüncələrdə korrektəni bacarmayan Nikolay uşaqları qalmaqdadır. Yüz illərdən boy alan imperialist düşüncəsi ilə, bu gün də qan çanağına dönən gözünü Qafqazlara, Türküstana dikən Çar Rusiyası 44 günlük Vətən Savaşında Gəncəyə, Bərdəyə, Şuşaya tuşladığı İsgəndərin üzünü öncə Türküstana tutdu. Dişini Qazax türklərinə qıcadı. Təəssüf, çox təəssüf ki, ötən əsrin 80-ci illərində Orxan-Yeniseyin diyarında Heydər Əlirza oğlu Əliyevin iradəsi ilə baş tutmayan siyasəti Qasımcomart Tokayevin tokatı ilə üz-üzə gəlmədi. O zamanlar Qazaxıstana Kolbini birinci katib təyin edə bilməyib qırgəzləri – əski türklərin diyarını Kunanbayevə, sonra isə Nazarbayevə güzəştə getmək zorunda qaldı. SSRİ Nazirlər Soveti sədrinin müavini Heydər Əliyev çar cəlladlarının əlindən Türküstanı alsa da, dünyanın düz, gecənin gündüz vaxtı qazax xalqını da, Liderini də Mütəllibovun düşüncədaşı Tokayevin əli ilə qurban etdi. “Get, Qoca!” deyənlərin üstünə qoşun yeritdi. Təəssüf ki, bu 90-ların Vəzirovundan, Mütəllibovundan qalan ənənə idi. Türküstanda beli qırılan Oğuz oğlu 20 Yanvarı yaşamışdı. Onu O, edən Heydər Əliyevin üzünə vətənin qapısını bağlayanlar kimi Nursultanın adını yaddaşından silənlər də tapıldı. Abidəsini aşırdı...

Sonrası məlumdu. “Rusiya sülhməramlıları oralara sülh, sabitlik, əmin -amanlıq gətirdi”. Dağılasan dünya! Bir az əvvəl Ukraynaya da beləcə sülh gəlmişdi! Krım əldən getmişdi.

Donetski, Luqanskı da getdi. Ötən əsrin 20-ci illərində qurulan Dağıstanın, Osetiyanın, Abxaziyanın, Dağlıq Qarabağın dalıyca! Biz Qarabağda, Şərqi Zəngəzurda qisas qiyamətə qalmaz dedik. Bayrağımızı Xudafərin körpüsünə, Şuşa qalasına dikdik! Xankəndinin ağzının içində olanda Bərdənin, Gəncənin günahsız insanlarına kəfən biçdik! Evin yıxılsın “İsgəndər!” Dünyanın bir Makedoniyalı İsgəndəri, bir də Kefli İsgəndəri var! İndi ikibaşlı qartala dönüb sağa sola cövlan eləyir. İşi-peşəsi Şərqi, Türküstanı, Turanı parçalamaq, işğal etməkdi.

“Siyaməkizləri” Tanrının səhv yaranışıdı. Oruc ağızla günah olsa da, deyim ki, Tanrının bu səhfini, günahını yaratdığının ən mükəmməli İnsan – həkim insan düzəldir, yuyur! İkibaşlı əkizi bir-birindən ayırır. İkibaşlı qartalı, Kefli İsgəndəri, Siyam Əkizi, Putqası, vodkası ilə Günahı, səhfi var Yaradanın! Ya özü Avropaya gətirdiyi qasırğası ilə Ağ ayının diyarını yerlə bir etməlidi, ya da Krım tatarlarına, qıpçaq çölünün yovşanının ətrinə bələnən kazaklara yol verməlidi!

Azərbaycan əsgəri ona bir nəfəs qədər yaxın olan Şuşaya Ruh bədənə girən kimi girdi! Onu ruhunun atası, Dəmir Yumruğun Dəmir İradəsi, Müzəffər Sərkərdəsi, Əsgəri ilə səngərə sipər olan Ali Baş Komandanı var idi!

Zaman sübut etdi, həm də sübut edir ki, Lider xalqın fövqünə qalxmayınca Milləti haqq etdiyinə qovuşdurmaq çətin olur. Çox çətin! Nursultan Nazarbayevin dizinin tutduğu, Leonid Kuçmanın ayaqda olduğu zaman olsaydı Qazaxıstan qana boyanmaz, Donbasda, Luqanskda ikibaşlı qartal pərvaza gəlməz, Ukrayna oda, atəşə qalanmazdı!!!

Lidersiz Azərbaycan 20 Yanvar, Qarabağ, Xocalı dəhşətlərini yaşadı! Liderli Azərbaycan Şuşa qalasında, Ağoğlan qəsrində, Murovun zirvəsində, Xudafərin körpüsündə, Ruh yüksəkliyində göründü!

Amerika, Avropa İttifaqı sanksiyalar tətbiq edir. Rusiya qazına arxalanır. Qaza verir! Quyu qazır. Məsəl var, deyir, gen qaz, dərin qaz... Onun gen quyusu Qazaxıstan çölləri, İdil, Ural elləri ola bilər. Amma, dərin quyusu Qarabağdı, Xankəndidi, Xocalıdı! Şəxsiyyətsiz zümrəsinə qoy şəxsiyyət vəsiqəsi paylasın, lap kilsə tiksin, Tanrı evi qursun!

Biz dərin dövlət, dəyərli bir Millətik! Cənab Hülusi Akar demiş, Atına sahib çıxmağın da, itini bağlamağın da yolunu bilirik. Bir gəldilər, beş gördülər. İti qovan kimi qovduq! “Şuşa Bəyannaməsi”ndən sonra imzalanan “Moskva Bəyannaməsi” yuxarıdakı cümlənin açmasıdı. 1994-cü ildə Atəşkəsə imza atdıq ki, qüdrətli Azərbaycanın Osmanlı toqatını 44 günə dünyaya nümayiş etdirə bilək!

Bizə ad verən, Ordum deyən, Tanrının Türk qövmü ilə zarafat olmaz. Əgər kimsə düşünürsə ki, Abxaziyadan, Osetiyadan, Qazaxıstandan, Donbas və Luqanskdan, ümumiyyətlə Ukraynadan sonra Dağlıq Qarabağ var – bax, buna inanmasan! And olsun qanı torpaqdan qurumayan, əti sümüyündən ayrılmayan Şəhidlərin ruhuna, Şəhid analarının göz yaşına! Allahın bu səhf yaranışının, günahının, ikibaşlı qartalının cəzasını kəsərik! Biz Xocalıda öldürülməyin, ölməyin, qan verməyin, Şuşada qan tökməyin, Qanından Dirilməyin yolunu yaxşı bilirik!

“Türkmənçay müqaviləsi”nin imzalandığı gün “Moskva Bəyannaməsi” üçün masaya oturan da, beynəlxalq siyasətini Lavrovsayağı yürüdənlər də açıb qulağını eşitsin. Liderimiz sözü bir dəfə deyib: “Əgər kimsə revanşist addım atar, başqa xəyala düşərsə, Dəmir Yumruq yerindədi!”

Çar cəlladları onu da unutmasın! Bir demişik, yenə deyirik: Osetiyada, Abxaziayada, Qazaxıstanda, Amerikanın, Avropanın iş üzünü dünyaya yenidən tanıdan, iki od arasında qalan, od içində yanan Ukraynada baş verənlər İŞĞALDI! İşğalın başqa adı varmı?




Redaktorun seçimi

Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası
Yenə də “motal” əl çəkmir...
  • Daxili siyasət
  • 11:20 20.04.2024
Yenə də “motal” əl çəkmir...
Lavrovun anti-Ermənistan demarşları
  • Daxili siyasət
  • 09:57 20.04.2024
Lavrovun anti-Ermənistan demarşları

Şərəf Cəlilli