USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Dahilik


https://img.baki-baku.az/news/2021/12/photo_5922.jpg

 

 

 

 

 

 

Ənvər Məşədiyev

Azərbaycan Respublikasının Prezidenti, görkəmli siyasətçi, nüfuzlu diplomat, uzaqgörən dövlət başçısı, müzəffər sərkərdə, Ali Baş Komandan, qalib ölkənin qalib lideri, savadlı və səbatlı şəxsiyyət, sadə, qayğıkeş, mərd, sərt və həmdərd insan, yaradıcı, qurucu və yenilikçi ziyalı, Vətəninin ən böyük vətəndaşı və qoruyucusu, xalqının firavan və xoşbəxt yaşamasını, onun otuz illik nisgildən qurtarmasını təmin edən möhtərəm İlham Əliyevin titanik fəaliyyətinin cüzi bir hissəsinə nəzər salmaq üçün qələmə aldığım bu kiçik yazıya sərlöhvə düşünəndə fikrimə bütün uğurların təməli olan “ağıl”, “dahilik” sözləri gəldi. Ağıl və zəka isə dahi insana xasdır. Azərbaycan dilinin izahlı lüğətində də “dahilik” sözünün mənası eyni cür verilmişdir.

Bəli xariqüladə  ağıl və zəkaya malik olan şəxs dahidir. Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev sözün əsl mənasında  dahi şəxsiyyətdir, xalqımızın ümummilli lideri, dünya miqyaslı siyasətçi Heydər Əliyevin ailəsində böyümüş, orada tərbiyə almışdır.

İnsan var ki böyüdüyü ailənin ənənələrinə, tərbiyəsinə tam sadiq qalmır, onları lazımınca mənimsəmir. Lakin ulu öndərimiz Heydər Əliyevin yeganə siyasi varisi İlham Əliyev dahi atasının bütün dahiyanə fikirlərini əxz etmiş, onları mükəmməl öyrənmiş tövsiyyə və vəsiyyətlərini yerinə yetirməyi özünün bir nömrəli vəzifəsi sayır, icrasını müvəffəqiyyətlə həyata keçirir. Buna görə də möhtərəm Prezidentimiz İlham Əliyev özünü xoşbəxt hesab edir. Çünki o, atasının-müasir Azərbaycanın banisi Heydər Əliyevin nəsihətlərinə, tövsiyyələrinə hörmətlə yanaşır, onun yarımçıq qalmış işlərini başa çatdırmağa çalışır və buna müvəffəqiyyətlə nail olur.

Ümummilli liderimiz Heydər Əliyevin ən vacib və taleyüklü  tövsiyyələrindən biri və birincisi erməni faşistlərinin öz havadarlarının köməyi ilə işğal etdikləri 20 faizdən çox ərazilərimizin azad edilməsi, digər yarımçıq qalmış işlərin başa çatdırılması idi. Ulu öndərimiz tarixi əhəmiyyət  kəsb edən bu problemlərin  məhz öz siyasi varisi İlham Əliyevin həll edə biləcəyinə inanırdı. Heydər Əliyev bunu 1 oktyabr 2003-cü ildə 15 oktyabr 2003-cü il Azərbaycan Respubikasına prezident seçkiləri ərəfəsində xalqımıza müraciətində aydın bəyan etmişdir. Həmin müraciətdə deyilir: Üzümü sizə-həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər.. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə  böyük ümidlər bəsləyirəm”.

Mən yazılarımın birində İlham Əliyevin Prezident kimi fəaliyyətinə nəzər salmazdan əvvəl ümummilli liderimizə müraciətlə demişdim: “Əziz ulu öndərimiz Azərbaycan xalqını əmanət etdiyiniz oğlunuz, Azərbaycan Respublikasının Prezident İlham Əliyev ona gösərdiyiniz etimadı və nəsihətlərinizi çox böyük fədakarlığla, ataya, xalqına olan sonsuz məhəbbəti ilə doğrultmuş, hazırda da Sizin ideyalarınızın daha da dərinləşməsi üçün siyasi, sosial-iqtisadi, hərbi quruculuq sahələrində zəngin təcrübəsini, fenomen biliyini, özünəməxsus diplomatik ənənələrini əsirgəmir, əksinə səylərini daha da artırır. Möhtərəm Prezidentimiz İlham Əliyev həm də böyük, yenilməz sərkərdədir. Onun  həm siyasi arenada, həm quruculuq, həm də hərbi işlərdə qazandığı uğurlar,  nüfuz heç nə ilə ölçülə bilməz”.

Unudulmaz ulu öndərimiz, əbədiyaşar  ümummilli liderimiz! Böyük fərəh və coşqunluqla deyirik ki, ruhunuz şad olsun. Sürətli inkişafının təməli Sizin tərəfinizdən qoyulan müasir Azərbaycan məhz siyasi varisiniz, Prezident İlham Əliyevin fəaliyyətinin nəticəsində həm siyasi, həm sosial-iqtisadi, həm də quruculuq cəhətdən dünya arenasına çıxmışdır. İlham Əliyev hərb sahəsində də yeni tarix yazmışdır. Erməni hərbi birləşmələrinin işğal  etdikləri ərazilərimiz cəmi 44 gündə azad edildi. Xalqımızın 30 illik nisgilinə son qoyuldu. Bütün bunlara Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, Sizin siyasi varisiniz İlham Əliyevin şücaəti, qüdrəti, diplomatik bacarığı, hərbi qabiliyyəti, möhkəm iradəsi, qüdrətli ordumuzla xalqımızın monolit birliyi sayəsində nail olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin prezidentlik dövrü tariximizə qızıl hərflərlə yazılmışdır. O bu şərəfi özünün ağılı, zəkası, xalqına, Vətəninə sevgisi, yaradıcı əməlləri, fenomen biliyi, misli görünməmiş hərbi taktikası, siyasi, iqtisadi savadı, titanik fəaliyyəti,  ən nəhayət şəxsiyyət kimi, nüfuzu ilə qazanmışdır.

Bəli Azərbaycan Respublikasının Prezidenti, Ali baş Komandanımız İlham Əliyev nüfuz sahibidir, sözü ilə əməli vəhdət təşkil edir. Nəyi, nə vaxt etməyi dəqiq planlaşdıran ölkə başıçısıdır. 30 il işğal altında olan torpaqlarımızı  azad etmək üçün strateji planlar hazırlayan möhtərəm prezidentimiz ilk növbədə respublikamızın iqtisadi inkişafını yüksəltməyi, hərbi potensialını artırmağı, müvafiq dövlətlərin, beynəlxalq təşkilatların ərazi bütövlüyümüzü tanımalarına nail olmağı qarşıya məqsəd qoymuşdur. Və on yeddi il ərzində bütün bunlara nail olmuşdur.

Təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş Əsrin Müqaviləsi ilə başlayan iqtisadi inkişafımız Prezident İlham Əliyevin müxtəlif zamanlarda imzaladığı qlobal kontraklarla, sazişlərlə, ölkəmizə qoyulan sərmayələrlə,  daxili bazarlar hesabına daha da zənginləşmişdir.

Respublikamızda zəruri iqtisadi-siyasi şərait, hərbi potensial yarandıqdan sonra erməni vandallarının təxribatlarının qarşısını qətiyyətlə almaq, torpaqlarımızı murdar qəsbkarların tapdağı altından azad etmək, xalqımızın çiyinlərindən ağır yükü götürmək, ürəklərindən 30 illik nisgili çıxarmaq qalırdı. Bunun üçün də möhkəm iradəli ölkə başçısı, dəmir yumruqlu müzəffər sərkərdə, Ali Baş Komandan, şücaətli ordu, monolit xalq lazım idi. Bütün bunlara malik olan respublikamızın güc strukturları erməni faşistlərinin ölkəmizə növbəti təcavüzü zamanı-2020-ci il 27 sentyabrda Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevdən əks hücuma keçmək əmri aldı.

Ölkə başçımız, Ali baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuz cəmi 44 gündə erməni hərbi birləşmələrini darmadağın edərək torpaqlarımızı düşmən tapdağından qurtardı. 30 il ərzində daşına, torpağına hopmuş murdar, erməni qoxusu təmizləndi. İşğaldan azad olunmuş şəhər və kəndlərimizə, dağlarımıza, dərələmizə yeni nəfəs verildi, xalqımızın illərlə bükülü qalan beli dikəldi, siması təbəssümləndi. Bütün bunlar şərəfdir, baş ucalığıdır.

Adam fikirləşirdi ki, müharibədən çıxan xalq bir müddət necə deyərlər, nəfəs aldıqdan sonra quruculuq-bərpa işlərinə başlaya bilər. Amma 44 günlük müharibə dövründə həm də informasiya müstəvisində qalib gələn-27 ölkənin aparıcı qəzet və televiziya kanallarının nümayəndələrinə müsahibələr verərkən dolaşıq suallar səsləndirən ermənipərəst jurnalistləri öz sərrast, elmi, diplomatik, faktlara söykənən cavabları ilə mat vəziyyətinə salan Azərbaycaqn Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev ölkəmizin gündəlik həyatını bir an belə unutmayaraq işğaldan azad olunmuş torpaqlarımızın minalardan təmizlənməsi, rayonlararası, kəndlərarası yolların salınması,  beynəlxalq hava limanlarının tikintisi, mədəniyyət və dini abidələrimizin bərpası, ermənilərin daşı-daş üstündə qoymadıqları yaşayış məntəqələrində infrastrukturların yaradılması və s. işlərə başlanması barədə sərəncamlar, tapşırıqlar verməyə başladı.

Tükənməz enerjiyə, fenomen siyasi və diplomatik biliyə, təcrübəyə malik ölkə başçımız İlham Əliyevin eyni zamanda beynəlxalq tədbirlərdə iştirak etməsi, müvafiq dövlət başçıları ilə görüşlər keçirməsi və həmin görüşlər zamanı Azərbaycanın 44 günlük İkinci Vətən  müharibəsi dövründə yaratdığı reallıqlara uyğun, ərazi bütövlüyümüzün tanınmasına dair bəyanatların qəbul edilməsinə nail olması, onun bir lider kimi qələbəsinin təntənəsidir.

Çox qısa bir müddətdə işğaldan azad olunmuş ərazilərmizdə qızğın həyatın şahidi olduq. Füzuli Beynəlxalq Hava Limanı cəmi 8 ayda istifadəyə verildi. Onun açılışında qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak etdi. Bu, Türkiyə xalqı ilə qardaş olduğumuzu bütün dünyaya sübut edən mesaj idi. Qısa müddətdə Füzuli-Şuşa magistral yolu çəkildi, Bərdə-Ağdam yolunda, digər bölgələri birləşdirən magistralda işlər vüsət almışdır.

Azad olunmuş ərazilərimizdə infrastrukturların qurulmasına və bərpa edilməsinə yerli tikinti təşkilatı və şirkətləri ilə yanaşı, xeyli sayda xarici şirkətlər cəlb edilmişdir.

Qarabağ bölgəsində mədəni və dini məbədlərimizin, mədəniyyət və təhsil ocaqlarının yenidən qurulması, bərpa işləri ilə əsasən Heydər Əliyev Fondu mşğul olur. Fondun fəaliyyəti nəticəsində təkcə Şuşa şəhərində nəzərəçarpacaq dərəcədə işlər görülmüş, mədəni tədbirlər keçirilmişdir. Şuşada “Xarıbülbül” festifalının, Vaqif poeziya günlərinin keçirilməsi, incəsənət işçilərinin digər görüşləri bölgənin yenidən  öz sahibini tapmasının, saf nəfəsə qovuşmasının bariz nümunəsidir.

Ölkəmizin dünya birliyində xüsusi nüfuz qazanması, ərazi bütövlüyümüzün bərpası və təmin olunması, respublikamızda və bütövlükdə  Cənubi Qafqazda yeni reallığın yaradılması bilavasitə Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətinin nəticəsidir. Mən əvvəllər də bu ifadəni işlətmişəm: Azərbaycan sözünü düzgün tələffüz  edə bilməyən bir çox ölkələrin lideri, tanınmış diplomatlar indi həmin sözü nəinki sərrast ifadə edir, hətta  Azərbaycanla, onun Prezidenti İlham Əliyevlə təmas yaratmağa maraqlı olduğlarını biruzə verirlər. Bu isə  möhtərəm Prezident İlham Əliyevin bir siyasətçi, qalib ölkə lideri kimi zəngin  təcrübəyə, biliyə, dünya görüşünə malik olmaqla, dünya hərb sisteminə  yenilik gətirməsi, yeni tarix yazması ilə bağlıdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 44 günlük Vətən müharibəsindən sonra keçirilən  üçtərəfli Soçi (Azərbaycan, Rusiya, Ermənistan), Brüssel (Azərbaycan, Avropa İttifaqı Şurası, Ermənistan) görüşlərinin,  BMT Baş Assambleyasından sonra ikinci ən böyük siyasi təşkilat olan,  dünyanın 120 ölkəsini birləşdirən Qoşulmama Hərəkatının bu il oktyabrın 11-12-də Serbiyanın paytaxtı Belqradda qeyd olunan 60 illik yubileyində videoformatda çıxışının, İqtisadi Əməkdaşlıq Təşkilatının Aşqabad Zirvə  görüşündə iştirakının  qayəsini Qarabağ münaqişəsinin nəticələrinin aradan qaldırılması, bölgədə nəqliyyat dəhlizlərinin bərpası, sülhün, əmin-amanlığın yaradılması təşkil edir. Və böyük məmnunluqla deyə bilirk ki, bu qlobal tədbirlərdə qəbul edilən Bəyannamələrdə, səsləndirilən bəyanatlarda ifadə edilən fikirlər, çıxarılan qərarlar Azərbaycanın mövqeyinə, maraqlarına uyğundur. Bütün  bunlar Azərbaycan Respublikasının Prezidenti , Ali Baş Komandan İlham Əliyevin diplomatiyasının, bacarığının,  nüfuzunun uğurudur, təntənəsidir.

44 günlük İkinci Vətən müharibəsi keçmiş qondarma “Dağlıq Qarabağ Respublikası”  məfhumunu birdəfəlik  bütün dünya xalqlarının  leksikonundan çıxarıb cəhənnəmə atdı. Cənab Prezident İlham Əliyevin sərəncamı ilə iqtisadi zonaların  yaradılması isə  xamxəyal ermənilərin Qarabağ barədə sərsəm düşüncələrini tar-mar etdi.

İndi Qarabağa böyük qayıdış başlayır, inşallah bu bayram da Zəfər bayramımızın bir təntənəsi kimi qeyd olunacaq.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xalqımızın firavab yaşamasında,  ərazi bütövlüyümüzün təmin edilməsində, Azərbaycanın dünya miqyasında tanınıb şöhrət qazanmasında xidmətlərini sadalamaqla qurtaran deyil. O, Tükənməz enerjiyə, fenomen biliyə  malik lider kimi daim  xalqının içindədir. Öz xalqının sevincinə də,  kədərinə də şərikdir. Şükürlər olsun Allaha ki, ən kədərli dərdimiz olan Qarabağ münaqişəsini, torpaqlarımızın qaytarılmasını, 30 il erməni tapdağı altında inildəyən  ərazilərimizin azad edilməsini məhz  möhtərəm Prezidentimiz İlham Əliyev öz yaratdığı Müzəffər Ordumuzla  birlikdə təmin etdi.

Daim öz xalqına humanistlik göstərən cənab Prezidentimiz İlham Əliyev həmişə  şəhid ailələrinin, qazilərin qayğı ilə əhatə olunmalarını diqqətdə saxlayır. Möhtərəm Prezidentimiz İlham Əliyev və onun sədaqətli silahdaşı, ölkəmizin  birinci xanım Mehriban Əliyeva vaxraşırı bölgələrdə olur əsgərlərimizlə, qazilərimizlə, əhali ilə görüşlər keçirir, onların qayğıları ilə maraqlanır, öz köməkliklərini əsirgəmirlər.

Yurdumuza firavanlıq gətirən, 30 il murdar erməni  vandallarının tapdağı altında qalan  torpaqlarımızın azad edilməsi üçün  möhtəşəm işlər görən, xalqımızı qalib xalq edən, Azərbaycanı dünyada tanıdan və nüfuz qazandıran, vətənini ürəkdən sevən,  Prezidenti olduğu hər bir Azərbaycan vətəndaşının sevimlisi, ümid yeri olan Azərbaycan Respublikasının  Prezidenti, Ali Baş Komandan, Müzəffər sərkərdə İlham Əliyev bu günlərdə ömrünün ən kamillik zirvəsinə qədəm qoyur. Onun 60 yaşı tamam olur. Möhtərəm Prezidentimizi bu münasibətlə ürəkdən təbrik edir, ona  möhkəm cansağlığı, ailəsinə, xalqına yeni-yeni uğurlar gətirməsini diləyirik.

Bu kiçik yazıya möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin  sevinc yaşlarının qəhəri içində dediyi ifadələrlə nida qoymaq istəyirəm: Mən xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim!




Redaktorun seçimi

Yenə də “motal” əl çəkmir...
  • Daxili siyasət
  • 11:20 20.04.2024
Yenə də “motal” əl çəkmir...
Lavrovun anti-Ermənistan demarşları
  • Daxili siyasət
  • 09:57 20.04.2024
Lavrovun anti-Ermənistan demarşları
Təxribatlar bumeranqa çevrilir
  • Siyasi təhlil
  • 09:45 20.04.2024
Təxribatlar bumeranqa çevrilir
Azərbaycanın zəfər marafonu davam edir
  • Daxili siyasət
  • 09:42 20.04.2024
Azərbaycanın zəfər marafonu davam edir
Sübhaninin İrəvan sərsəmləməsi
  • Daxili siyasət
  • 13:00 19.04.2024
Sübhaninin İrəvan sərsəmləməsi
“Alagözlüm, səndən ayrı gecələr...”
  • Mədəniyyət
  • 12:21 19.04.2024
“Alagözlüm, səndən ayrı gecələr...”

Ənvər Məşədiyev