USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ev işlərinə görə kişilər həyat yoldaşlarına pul ödəsin - Musa Quliyevin əsl istəyi nədir?


https://img.baki-baku.az/news/2021/10/photo_5434.jpg?v=MjAyMS0xMC0yMCAxNTo1MDo0Nw==

Ölkədə mütləq kiminsə çıxıb nə isə ağsasığmaz sözlər və fikirlər işlətməsi, ya da hansısa nalayiq hərəkətə yol verməsi adiləşib. Bu baxımdan Azərbaycan Respublikasının Milli Məclisinin deputatlarının kifayət qədər “uğurlu” nəticələri və hətta “təcrübələri” var. Onlar əsl örnəkdirlər. Görünür, örnək olmaq növbəsi Musa Quliyevindir. Nəzərə alaq ki, Musa müəllim həm də parlamentin Əmək və sosial siyasət komitəsinin sədridir. Yəni sıravi deputat deyil. Ölkəmizin əmək və sosial münasibətlər sistemindəki hansısa dəyişiklik həm də onun ideya və təşəbbüslərindən qanyaqlanmalıdır. Prinsip etibarilə o, mövcud sahədə daha mötəbər olmalı olan adamdır. Yeri gəlmişkən, Musa müəllim indiyədək bəzi deputat həmkarları kimi qeyri-ciddi reputasiyaya malik biri kimi tanınmayıb. Və budur o, deyir ki, kişilər ev işlərinə görə həyat yoldaşlarına haqq ödəməlidirlər.

Gələk Musa müəllimin bədii yaradıcılığına. Axı onun sənət adamı kimi təxəllüsü də var – Musa Urud. Televiziya ekranlarından poeziya, publisistika ilə bağlı fikirlərini dinləmişik. Ümumən səliqəli adam təsiri bağışlayıb. Yuxarıda haqqında söz açdığım təklif barədə eşidən zaman düşünmək olardı ki, Musa müəllimin şairliyi tutub. Şairlik isə qadına dəyər baxımından həssasdır. Təsəvvür edin ki, qadına dəyər verən şair həm də parlamentin komitə sədridir. Musa müəllim təklifi ilə bağlı fikir və düşüncələrini izah edərkən dünya təcrübəsinə gedib çıxır. Heç şübhəsiz ədəbiyyatdan danışaraq da fikrini əsaslandırmaq potensialındadır. Ancaq gəlin görək, hər şey göründüyü qədər sadədir?

Bəli, kişinin ev işlərinə görə həyat yoldaşına pul ödəməsi. Bunu deyən Milli Məclisin komitə sədri olduğundan bir anlıq irəli sürülmüş təşəbbüsün həyata keçdiyini təsəvvürə gətirək. Kişi işləyir, həyat yoldaşına gördüyü işə görə pul ödəyir. Hər halda məsələ rəsmiləşəcək. Demək ki, qadında kişinin ona hər ay pul ödəməsi üçün maaş kartına oxşar kart olacaq. İşləyən kişinin əmək haqqından tutulacaq məbləğ qadının kartına otuzdurulacaq. Axı sual oluna bilər, bu, ailədirsə, onsuz da kişinin pulu prinsipcə evə gedir. Çox güman, Musa Quliyev də deputat və komitə sədri kimi qazandığını evinə aparır. Ona lazımdır ki, həyat yoldaşına pulu rəsmi şəkildə ödəsin?..

Demək, torbada pişik var. Torbadakı pişik isə həmin ödəniləcək puldan tutulan vergidir. Əks halda hörmətli şair-deputatımızın təklifi mənasız olar. Bir daha deyək, ölkəmizdə bəlli ailə institutu var. Onsuz da kişi prinsipcə pulunu ailəsinə aparır və ondan qadın, daha doğrusu həyat yoldaşı da faydasını götürür.

Bəli, hörmətli komitə sədrimizin təklifi əslində ailənin büdcəsinə girməkdir, daha dəqiq desək ailə büdcəsinə ziyan vurmaqdır. O, belə bir təşəbbüsü elə-belədən gecə yuxuda görüb dilinə gətirəcək qədər qeyri-ciddi adam deyil. Çox güman, sözünü dilindən çıxarmayanadək kimlərləsə oturub məsləhətləşib. Ola bilər, kimlərsə onun ağlına belə bir ideya qaldırmağı salıblar. Müəllim də yükün ağırlığını öz üzərinə götürməyə razılaşıb. Digər variant isə budur ki, Musa müəllim dövlətin gəlirlərini artırmaq üçün özünün iqtisadi biliklərə əsaslanmış xidmətini təklif edir. Yəni müstəqil şəkildə xidmət göstərmək istəyir. Zarafat deyil, onun söylədiyi baş tutacaqsa, ölkədə nigaha girən bütün kişilər avtomatik vergi ödəyicisinə çevriləcəklər. Bu isə sıradan məsələ sayılmamalıdır. Əlbəttə, söhbət rəsmi iş yerinə malik kişilərdən gedir. Böyük ehtimalla Musa müəllim rəsmi iş yeri olmayan, yaxud ümumiyyətlə işləməyən kişiləri də həyat yoldaşlarına borclu saxlamaq üçün nə isə düşünüb. Ola bilər, hətta ev işləri görməkdən boyun qaçıran qadınlar üçün də cəza mexanizmini də təfəkkürünün mücərrəd güşəsinin ehtiyat bucağında saxlayıb. Axı kişi pul ödəyirsə, qadın da evdəki işini görməlidir də. Allah qoymasa, yaşamarıq görmərik.

"Baki-Baku.az"




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Siyasi təhlil