USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Qarabağın əhəmiyyəti azalır - tanınmış rusiyalı politoloqdan müharibədən sonrakı Ermənistana baxış


https://img.baki-baku.az/news/2021/10/photo_5304.jpg

Hazırkı baş nazir Nikol Paşinyanın hakimiyyətə gəldiyi Ermənistandakı "məxməri inqilab" və İkinci Qarabağ müharibəsində məğlubiyyət Qarabağ münaqişəsinin erməni cəmiyyəti üçün əhəmiyyətini açıq şəkildə göstərdi. "Baki-Baku.az" xəbər verir ki, bu fikri Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun (MGIMO) Beynəlxalq Araşdırmalar İnstitutunun Avro-Atlantik Təhlükəsizlik Mərkəzinin aparıcı elmi işçisi, politoloq Sergey Markedonov "Qafqaz XXI" adlı beynəlxalq konfransda çıxış edərkən bildirib. 

"Ermənistan: milli layihəni dəyişdirmə yolları" mövzusunda məruzə edən politoloq Markedonov keçənilki müharibədə məğlubiyyətdən sonra Qarabağın Ermənistan siyasətinin mərkəzi olaraq qalıb-qalmayacağı ritorik sualını gündəmə gətirib. "Bu sualı vermək vacibdir, çünki müstəqillik əldə edildikdən sonra Qarabağ məsələsi Ermənistanın daxili səfərbərliyinin mərkəzinə çevrildi", - deyən politoloqun sözlərinə görə, Qarabağın öz müqəddəratını təyin etməsi məsələsi 1990-cı illərin əvvəllərində Ermənistanı oyatmışdı. Yəni Ermənistan bu baxımdan digər postsovet ölkələrindən fərqlənirdi - müstəqillik hərəkatının və milli dövlət layihəsinin əsas amili xaricdə idi - Qarabağ: "Ermənistan-Azərbaycan sərhəddində baş verən atışmalar, tərəflərin hazırda müzakirə etdikləri demarkasiya və delimitasiya buna sübutdur", - deyə ekspert fikrinə aydınlıq gətirib.

Markedonov hesab edir ki, erməni cəmiyyətinin anlayışında Qarabağ münaqişəsinin əhəmiyyəti ölkənin Birinci Qarabağ Müharibəsindəki qələbəsindən sonrakı kimi deyil. Onun fikrincə, əvvəllər Qarabağ münaqişəsinin alətləşdirilməsi var idi. Bu, hakimiyyətin saxlanması üçün idi və buna görə də mübahisəli "Qarabağ klanı" ortadaydı. Ekspertin qənaətincə, ölkə daxilindəki bir çox problemlər də məhz Qarabağ münaqişəsindən qaynaqlanırdı. Ona görə cəmiyyət münaqişədən yoruldu. Bunun nəticəsidir ki, Birinci Qarabağ Müharibəsində olduğu kimi keçənilki müharibədə kütləvi könüllü hərəkatı nəzərə çarpmadı.

S.Markedonov sosioloqların Ermənistanda Qarabağ münaqişəsinə real münasibəti araşdırmalı olduğunun vacibliyini irəli sürüb. Erməni anlayışında Qarabağın həqiqi ağırlığı bilinməlidir. Növbədənkənar parlament seçkilərinin nəticələri bu anlayışın necə dəyişdiyini göstərdi. Müharibədə uduzmuş hakimiyyət yenidən qalib gəldi. 

Politoloq onu da bildirib ki, Qarabağ anlayışının Ermənistan siyasətində və ictimaiyyətində əhəmiyyəti azalacaq. Proses özünü hiss etdirməyəcək dərəcədə gedəcək: "Ermənistandakı gənc nəsil "Qarabağ Komitəsi" nin nə olduğunu, onun fəal üzvü Vazgen Manukyanın kim olduğunu belə bilmir. Yeni nəsil yeni prioritetlər müəyyənləşdirir”.

Markedonov Qarabağdakı münaqişənin bitmədiyini də vurğulayıb. “Münaqişənin sonu iki ölkə arasındakı sülh müqaviləsidir. Ermənistanda Qarabağın statusunun aydınlaşdırılmasının vacibliyindən danışırlar, yeri gəlmişkən, bu barədə təkcə Ermənistan deyil, ATƏT-in Minsk Qrupunun həmsədrləri də danışır. Prezident Əliyev təbii ki, münaqişənin bitdiyini bəyan edir. Onu başa düşmək olar, deyir ki, Bakı qalib gəldi və münaqişə tarixdə qaldı. Ancaq əslində vəziyyət fərqlidir", - deyə politoloq vurğulayıb.

"Baki-Baku.az"




Redaktorun seçimi

Milli neft strategiyasının növbəti uğuru
  • İqtisadiyyat
  • 12:15 18.04.2024
Milli neft strategiyasının növbəti uğuru
Makronun “maska”sı düşdü
  • Daxili siyasət
  • 12:04 18.04.2024
Makronun “maska”sı düşdü
Yalanın ayağına taxılan erməni protezi
  • Daxili siyasət
  • 11:15 18.04.2024
Yalanın ayağına taxılan erməni protezi
Paris hansı irslə bizə dərs keçmək istəyir?
  • Daxili siyasət
  • 11:04 18.04.2024
Paris hansı irslə bizə dərs keçmək istəyir?
Uzaq Kanada Qafqazda nə axtarır?
  • Daxili siyasət
  • 11:19 17.04.2024
Uzaq Kanada Qafqazda nə axtarır?
Paşinyan və uydurma “erməni soyqırımı”
  • Daxili siyasət
  • 11:04 17.04.2024
Paşinyan və uydurma “erməni soyqırımı”

Siyasi təhlil