USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Tariximizi zənginləşdirən sədaqət rəmzi


https://img.baki-baku.az/news/2021/10/photo_5292.jpg?v=MjAyMS0xMC0wNyAxNTo0MDozNw==

Ənvər Məşədiyev

____________________________________________________

Qüdrətli Azərbaycan xalqının keşməkeşli tarixinə, zəngin salnaməsinə qızıl hərflərlə yazılan 2020-ci ilin sentyabr ayının 27-si günündən cəmi 10 sutka keçmişdir. O gündən ki, şanlı Azərbaycan Ordusu 30 il erməni vandallarının işğalı altında qalan torpaqlarımızı azad etmək üçün Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əmri ilə əks-hücuma başlamışdır.

Azərbaycan Prezidenti, Ali baş Komandan İlham Əliyevin bu tarixi qərarını həm əsgər və zabitlərimiz, həm bütün Azərbaycan xalqı bir  nəfər kimi müdafiə etmiş, ərazilərimizin işğaldan azad edilməsi üçün canlarından keçəcəklərini, qanları bahasına olsa da, düşməni torpaqlarımızdan qovmağa hazır olduqlarını bildirmişdilər.

Azərbaycan Ordusunun, xalqımızın monolit birliyi və bu vəhdətin Prezidentimiz, Ali Baş Komandanımız, Silahlı Qüvvələrimizin müzəffər Sərkərdəsi İlham Əliyevin ətrafında olması nəticəsində ikinci Qarabağ müharibəsi 44 gün ərzində möhtəşəm qələbəmizlə başa çatdı, torpaqlarımız həqiqi sahiblərinə qovuşdu. Bu, dünya müharibə tarixində misli görünməmiş bir hadisədir, qələbədir.

Əlbəttə, bu zəfər, bu qələbə elə-belə qazanılmamışdır, göydən düşməmişdir. Azərbaycan Prezidenti, Ali Baş Komandanımız İlham Əliyevin hərbi-siyasi taktikasının, möhkəm iradəsinin, Şanlı Ordumuzun döyüş hazırlığının yüksək olmasının, əsgər və zabitlərimizin, xalqımızın bürün zümrələrinin vətən sevgisinin aliliyinin nəticəsində Azərbaycan zəfər qazanmış, qalib ölkə olmuşdur.

İkinci Qarabağ müharibəsi dövründə həyata keçirilən çox önəmli hərbi əməliyyatların tarixi uğurlarını göz önünə gətirdikdə və işğaldan azad olunmuş bütün ərazilərimizdə savaş bitəndən dərhal sonra başlanan genişmiqyaslı quruculuq, bərpa işlərinin gedişatına fikir verdikdə adam heyrətlənməyə bilmir. Düşünürsən, İlahi bu möcüzələrin, təsəvvürəgəlməyən bu xariqələrin yaradıcısı, müəllifi, təşkilatçısı, ən nəhayət mahir memarı kimdir. Və bu qənaətə gəlirsən: əfsanəvi şəxsiyyət, dünyanın ən böyük siyasətçisi, ən qüdrətli sərkərdəsi, ən bilikli, geniş baxışlı dövlət başçısıdır.

Bəli 30 il xalqımızın çiyinlərində daşıdığı, ürəyinin başında ağır bir qara daş kimi həkk olunmuş bəlanı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin peşəkarcasına rəhbərlik etdiyi Müzəffər Ordumuzun cəsur əsgər və zabitləri yox etdi. Sözü və əməlləri bir olan Prezidentimiz İlham Əliyevin ikinci Qarabağ müharibəsinin rəmzi və əsas şüarlarından biri olan “Dəmir yumruq”unun ətrafında poladtək bərkiyən polad iradəli döyüşçülərimiz 30 il erməni faşistlərinin murdar tapdağı altında olan ərazilərimizi cəmi 44 gündə işğaldan azad etmişdir.

Torpaqlarımızı qanları, canları bahasına düşməndən təmizləyən şücaətli Ordumuzun, doğma Vətənimiz uğrunda şəhidlik zirvəsinə yüksəlmiş əsgər və zabitlərimizin, qazilərimizin fədakarlıqları, qəhrəmanlıqları dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilir.

Xalqımızın qəlbinə daim həkk olunmuş şəhidlərimiz bir an belə unudulmur. Onların hər birinin əziz xatirəsi ehtiramla yad edilir, doğum günləri, şəhid statusu aldıqları tarix qeyd olunur, ruhları qarşısında baş əyilir, barəsində, göstərdikləri igidliklər, Vətənə bağlılıqları barədə televiziya kanallarında mütəmadi olaraq verilişlər göstərilir, kütləvi informasiya vasitələrində şəkilləri ilə birlikdə yazılar dərc edilir. Bir sözlə, 44 günlük ikinci Qarabağ müharibəsi dövründə hər bir Azərbaycan vətəndaşı Ordumuzun arxasında mətn dayandığı, ölkə başçımız, Ali Baş Komandanımız İlham Əliyevin ətrafında sıx birləşdiyi kimi, şəhidlərimizin ruhuna da öz sədaqətliyini bildirir, qazilərimizin sağlamlıqlarının tezliklə bərpa olunmasını diləyir. Şəhidlərimizin ailələrinə, valideyn və uşaqlarına, qohum-əqrəbalarına, yaxınlarına təskinlik vermək üçün hər kəs öz mənəvi borcunu yerinə yetirmək istəyir və bunu edir. Kimi şəhidlərimiz haqqında verilişlər hazırlayır, kimi oçerklər, şeirlər yazır, kimi onların şəkillərini xalçalara həkk edib ailələrinə çatdırırlar. Kimi də şəhidlərimizin xatirələrini əbədiləşdirmək üçün onların büstlərini, barelyeflərini hazırlayır.

Qeyd etməliyik ki, bütün bu humanist və insanlıq hərəkətləri Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin hamıya örnək olan daxili və xarici siyasəti, insanlıq mərhəməti ilə bağlıdır.

Respublikamızın çətin şəraitində, torpaqlarımızın 20 faizinin erməni qəsbkarlarının işğalı altında olduğu vaxtda hakimiyyətə gələn Prezidentimiz İlham Əliyev özünün öncədən düşündüyü düzgün daxili və xarici siyasətinə, titanik qabiliyyətinə, özünə inamına, möhkəm iradəsinə, ölkəmizin iqtisadi inkişafını yüıksəldəcəyinə, müzəffər ordu yaradacağına və onun hərbi potensialını artıracağına, xalqımızın monolit birliyinə nail olacağına, ən nəhayət, murdar ermənilərin öz havadarlarının köməyi ilə işğal etdikləri ərazilərimizi düşmən tapdağından qurtaracağına əminliyinə görə bu çox məsuliyyətli ali vəzifəni öz çiyinləri üzərinə götürmüşdür. 44 gündə torpaqlarımızın işğaldan azad edilməsi, faşist erməni ordusunun darmadağın olunması bu dediklərimizin əyani sübutudur.

Möhtərəm Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin özünəməxsus fəaliyyət istiqamətlərini təsəvvürə gətirmək, onların vacibliyini bir-birindən fərqləndirmək, hansınasa daha çox üstünlük vermək çətindir. Çünki bu istiqamətlər bir-birini tamamlayır, “Dəmir yumruq”un polad barmaqları kimi sıx birləşmişdir və onları ayırmaq qeyri-mümkündür. Məhz bu vəhdətin nəticəsidir ki, xalqımız 30 ildən sonra azad ölkəmizdə, bütöv torpaqlarımızda rahat nəfəs alır, çörəkləri dizlərinin üstündə olan vəhşi ermənilərin viranə qoyduqları şəhər və kəndlərimizi abadlaşdırmağa, uçurub-dağıtdıqları dini məbədlərimizi, mədəni abidələrimizi, mədəniyyət ocaqlarını, təhsil müəssisələrini bərpa etməyə, yeni infrastrukturlar yaratmağa, aeroportlar tikməyə, magistral yollar salmağa və başqa yenidənqurma işlərinə başlamışıq. Çox fərəhləndirici haldır ki, bütün bu işlər Azərbaycan Respublikasının Prezidenti, Ali Başə Komandan İlham Əliyevin əvvəlcədən düşünülmüş strateji planları əsasında və gündəlik nəzarəti altında ardıcıl surətdə uğurla aparılır.

Gəlin, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin erməni faşizmi üzərində şanlı qələbəmizdən dərhal sonra xronoloji olmasa da, bəzi sərəncam və tapşırıqlarını yada salaq: işğaldan azad olunmuş ərazilərimizdə beynəlxalq aeroportların tikintisi, Füzuli-Şuşa Zəfər yolunun, Bərdə-Ağdam magistralının salınması, Şuşa şəhərinin infrastrukturlarının bərpası, Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi, orada “Xarıbülbül festivalı”nın, Vaqif poeziya günlərinin keçirilməsi, işğaldan azad olunmuş bütün şəhər və rayonlarda dini abidələrin bərpası, təmir edilməsi.

Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il dekabrın 2-də imzaladığı Sərəncamla Müzəffər Ordumuzun əks-hücuma keçdiyi gün – sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi təsis edilmişdir. Savaş bitəndən heç bir ay keçməmiş imzalanan bu Sərəncam bizi qalib xalq edən, torpaqlarımızı düşməndən təmizləmək üçün qanlarını, canlarını vermiş əsgər və zabitlərimizə, onların ruhlarına böyük ehtiramın təzahürüdür, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin şəhidlərimizin xatirəsini əziz tutmasının bariz nümunəsidir.

2021-ci il sentyabrın 27-də - Anım Günündə Azərbaycanın bütün bölgələrində, Türkiyənin bir sıra təşkilatlarında, xaricdə yaşayan soydaşlarımızın keçirdikləri tədbirlərdə şəhidlərimiz ehtiramla yad edilmişlər. Ölkəmizdə fəaliyyət göstərən dini məbədlərdə - məscidlərdə, kilsələrdə, sinaqoqlarda onların ruhlarına dualar oxunmuşdur.

Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu il sentyabrın 27-də Anım Günü ilə əlaqədar xalqa müraciətində demişdir: “İkinci Qarabağ müharibəsində həlak olmuş qəhrəman şəhidlərimizin əziz xatirəsi qarşısında bu gün bir daha baş əyir, onlara Allahdan rəhmət diləyirik. Biz şəhidlərimizi öz qəlbimizdə əbədi saxlayacağıq. Eyni zamanda bu gün Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin təməli qoyulacaq. Bu da keçən ilin dekabrında mənim sərəncamımla həll olunan məsələdir. Bakıda, şəhərimizin ən gözəl yerlərindən birində ikinci Qarabağ müharibəsinin qəhrəmanlarının şərəfinə möhtəşəm abidə ucaldılacaqdır”.

Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci-vitse prezident Mehriban xanım Əliyeva Anım Günündə həmin abidənin təməlini qoymuşlar.

Qəlblərə əbədi həkk olunan, qəlbləri kövrəldən, ürəkləri sızıldadan, gözləri nəmləndirən, adamı qəhərləndirən tədbirlərdən biri Vətən Müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizə, qətlə yeltirilən mülki vətəndaşlarımıza və itkin düşmüş soydaşlarımıza ehtiram əlaməti olaraq sentyabrın 27-də - Anım Günündə Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın da iştirak etdikləri Bakı şəhərində - Azərbaycan paytaxtında təşkil  olunmuş möhtəşəm yürüş idi.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin və Bakı Qarnizonunda yerləşən hərbi hissələrin 3000 nəfərdən çox kursantı və hərbi qulluqçusunun iştirak etdiyi yürüşün önündə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Vətən müharibəsi qəhrəmanı Adil Asəm oğu İbrahimlinin, birinci xanım Mehriban Əliyevanın isə 2020-ci il oktyabrın 17-də Ermənistanın silahlı qüvvələrinin Azərbaycanın ikinci şəhəri olan Gəncəni raket atəşinə tutması nəticəsində anası və yaxın qohumları ilə birlikdə həlak olan və Nazirlər Kabinetinin qərarı ilə şəhid statusu verilən, 2019-cu ilin dekabrında doğulan, hələ ağzından ana südü iyi gələn ermənilərin insanlığa qarşı təcavüzünün qurbanı olan Narin Teymur qızı Xalıqovanın fotoları əks olunmuş plakatları başları üzərində tutaraq irəliləmələri necə də təskinklikverici bir haldır, qürurludur.

Qarabağ müharibəsi zamanı şəhid olmuş üç min nəfərdən artıq şəhidimizin fotoları həkk olunmuş plakat dalğası və bu dalğanın fonunda yaranış misligörünməmiş mənzərə özü bir tarixdir, Azərbaycan salnaməsinin silinməz canlı səhifələrindəndir. Ümumiyyətlə, erməni silahlı qüvvələrinin təcavüzü nəticəsində şəhid olmuş, əsgər və zabitlərimizin, mülki vətəndaşlarımızın xatirəsinə ehtiram əlaməti olaraq təsis edilmiş və dünyada analoqu olmayan Anım Günündə keçirilən tədbirlərin təqdimatına nəzər saldıqda belə qənaətə gəlirsən: Azərbaycan Respublikasının Prezidenti özünün dediyi kimi, hər bir azərbaycanlının Prezidentidir. Hər bir Azərbaycan vətəndaşı isə öz Prezidentinin yanındadır və onun əmrlərinə, göstərişlərinə müntəzirdir, ikinci Qarabağ müharibəsində olduğu kimi. Bir də deyirsən ki, əhsən bu tədbirin təşkilatçısına, əhsən Ali baş Komandanımıza, əhsən ölkəmizin birinci xanımına.

Dənizkənarı bulvar boyunca həmin gün təməli qoyulan Vətən Müharibəsi Memorial Kompleksinədək irəliləyən yürüş iştirakçılarının başları üzərində apardıqları şəhidlərimizin həkk olunmuş lövhələrində onların ruhları da addımlayırdı. Bu sükutlu izdihamda şəhidlərimizin qəhrəmanlığı, igidlikləri, Vətənə vurğunluqları, milli qürurları vardı. Azərbaycan Prezidenti, Ali Baş Komandanımız İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın bu tarixi yürüşün önündə getmələri bir daha əyani surətdə göstərdi ki, ölkəmizin başçısı İlham Əliyev və onun etibarlı silahdaşı, Birinci-vitse prezident Mehriban Əliyeva hər zaman xalqımızın içindədirlər, onun sevincinə də, kədərinə də şərikdirlər.

Vətən Müharibəsində zəfər qazanmağımızda, şanlı qələbəmizdə, savaş bitəndən sonra azad olunmuş torpaqlarımızda quruculuq, bərpa işlərində Azərbaycan Prezidenti, Ali Baş Komandan lham Əliyevin misli görünməmiş titanik fəaliyyətinin özü bir tarixdir. Onun Ali Baş Komandan kimi əvvəlcədən düşünülmüş düzgün hərbi-əməliyyat taktikası, erməni vandallarının tapdağı altından azad etdiyimiz şəhər və kəndlərimizdə infrastrukturların bütün istiqamətlərin və eyni vaxtda quruculuq işlərinə başlanması bütün aparıcı dövlətlərin diqqətini çəkmişdir. Bütün bu işlərin planlı surətdə və bir-birini tamamlayaraq sürətlə həyata keçirilməsi dərin zəka, fitri istedad, bacarıq, düzgün düşüncə, özünə inam və istəyin nəticəsidir.

Bütün bu xüsusiyyətləri, üstəgəl, tükənməz enerjini özündə cəmləşdirən ölkə başçımız, Ali Baş Komandanımız İlham Əliyevin azad olunmuş torpaqlarımıza vaxtaşırı səfərləri zamanı yerlərdə möhətəşəm quruculuq işlərinin gedişi ilə ətraflı tanış olması, yeni sosial-mədəni, sənaye parklarının təməlini qoyması, erməni faşistlərinin viranəyə çevirdikləri ərazilərimizdə həyatın bərpasına, soydaşlarımızın tezliklə öz doğma yurdlarına qayıtmalarına xidmət edir. Və onun ermənilərdən təmizlənmiş torpaqlarımıza səfərləri zamanı etdiyi çıxışları, erməni revanşistlərə, bəzi ermənipərəst dövlətlərin Qarabağla əlaqədar hədyan danışan nümayəndələrinə göndərdiyi ismarıcları dinlədikdə adam qürurlanmaya bilmir. Və hiss edir ki, onun arxasında Vətəninin hər bir qarış torpağını öz varlığı qədər istəyən ədalətli, zəhmli, sözünün ağası, zəngin biliyə malik, sadə, mərd, böyük siyasət sahibi, humanist, qüdrətli bir prezidenti var.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev həm hərb sahəsində, həm informasiya mübarizəsində xalqımızın başını uca etmiş, onu 30 illik qəm-qüssədən qurtarmışdır. 44 günlük müharibə dövründə dünyanın aparıcı dövlətlərinin müxtəlif televiziya və qəzetlərinin ermənipərəst jurnalistlərinə müsahibələr verən möhtərəm Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyev onların köntöy suallarını konkret faktlara, reallıqlara əsaslanaraq ətraflı cavablandırması adamda yalnız qürur hissi yaradır. Dolaşıq suallar verən media nümayəndələrini necə deyərlər, nokauta salması isə möhtərəm Prezidentimiz, Ali Baş Komandanımızın informasiya müstəvisində də mübarizədə qələbəsinin təzahürüdür.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev əsl ölkə başçısıdır, xalqının uzaqgörən rəhbəridir, polad iradəli, məğlubedilməz sərkərdədir, son dərəcə bilikli, savadlı və təcrübəli böyük siyasətçidir. Onun düzgün diplomatik gedişləri həmişə müsbət nəticələr vermişdir. Erməni serjiklərinin miflərinin darmadağın edilməsi, ərazilərimizin dığalardan ibarət hərbi birləşmələrindən təmizlənməsi, 30 il ərzində qır-saqqız olub, xalqımızın çiyinlərinə yapışan zindan kimi ağır mənəvi yükün gedər-gəlməzə göndərilməsi və iqtisadi yüksəlişimiz üçün, insanlarımızın rifahı naminə həyata keçirilən bütün qlobal tədbirlər məhz ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin düşüncəsinin sayəsində olmuşdur.

Müharibədən çıxmış bir ölkənin həyatın hər bir sahəsində durğunluğun baş verməməsi, inkişafın bütün istiqamətlərində genişmiqyaslı qızğın işlərin aparılması, erməni faşizminin işğalından azad olunmuş rayonlarımızın hamısında misligörünməmiş infrastrukturların yaradılması adamı riqqətə gətirir. Dünya tarixində eyni vaxtda belə geniş miqyaslı işlərin aparılması mövcud deyildir. Bütün bu işlərin planlarının, eskizlərinin hazırlanması, işlərə başlaması qrafikinin müəyyənləşdirilməsi, onların ardıcıl aparılmasının, davamlılığının təmin edilməsi İlham Əliyev zəkasının məhsuludur. Allah unikal bacarıqlı, fövqəl bilikli Prezidentimizi qorusun.

Müzəffər Ali Baş Komandan düşmənə qarşı nə qədər sərtdirsə, insanlığa, insanlara qarşı rəhmlidir. Onun qəlbi xalqının ürəyi ilə bir döyünür. Şəhid ailələri, qazilər, özlərinin azad etdikləri bölgələrimizdə əagər və zabitlərimizlə, orada quruculuq işləri aparan insanlarla, doğma yurdlarına qayıtmağa hazırlaşan soydaşlarımızla görüşləri zamanı ölkə başçımız, Ali Baş Komandanımız İlham Əliyevin kövrəldiyinin, qəhərləndiyinin dəfələrlə şahidi olmuşuq.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrimizin Sərkərdəsi, Ali Baş Komandan İlham Əliyevin şəhid ailələri, müharibə iştirakçıları ilə görüşləri, azad edilmiş sərhəd rayonlarımıza vaxtaşırı səfərləri zamanı etdiyi çıxışlar, ermənilərə və onların havadarlarına göndərdiyi mesajlar, qələbəmizin, döyüş vaxtı həyata keçirilən əməliyyatların ayrı-ayrı detallarının xalqımıza çatdırılması, bir sözlə, dövlət başçımızın üzərindən qara buludları təmizlədiyi Qarabağın başı dumanlı dağlarında, onların daşlı-kəsəkli yamaclarında görünməsi şəhid vermiş ailələr, xalqımız üçün həm də bir təskinlikdir, təsəllidir.

Bəli, ölkə Prezidentinin hər bir kəlməsi böyük məna daşıyır, atdığı hər bir addım mətndir.

Möhtərəm Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin genişmiqyaslı perspektiv tədbirlərin dolu iş qrafikinə necə də ardıcıllıqla yerləşdirməsi insanlarda həm təəccüb, həm qürur hissi yaradır. Düşünürsən, ilahi, belə də geniş fəaliyyət göstərmək, qloballaşan müasir, dnüyada qlobal siyasət aparmaq hər liderin işi deyil, onu Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan, Müzəffər Sərkərdə İlham Əliyev kimi dərin zəkalı, düzgün düşüncəli, hər bir sahədə geniş, əhatəli biliyə, məlumata  malik, erudisiyalı insan, Vətənini, xalqını ürəkdən sevən, dünya şöhrətli siyasətçi reallaşdıra bilər.

Adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılan ölkə başçımızın fəaliyyətinin hər bir istiqaməti barədə dünya durduqca xoş sözlər danışılacaq, qalın-qalın kitablar yazılacaq. Allah onu qorusun, Dəmir yumruğu möhkəm saxlayan Polad biləyi həmişə var olsun!

Yaşasın Qarabağ!

Yaşasın Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan!

Yaşasın Müzəffər Azərbaycan Ordusu!

Yaşasın Azərbaycan!




Redaktorun seçimi

Maskalar yırtılır, paktlar üzə çıxır
  • Daxili siyasət
  • 09:47 28.03.2024
Maskalar yırtılır, paktlar üzə çıxır
Rasmussen Ermənistana yağlı vədlər verir
  • Daxili siyasət
  • 09:44 28.03.2024
Rasmussen Ermənistana yağlı vədlər verir
Putinin seçki qələbəsi
  • Daxili siyasət
  • 10:05 19.03.2024
Putinin seçki qələbəsi
Dünya qlobal iqlim fəlakəti astanasında
  • Daxili siyasət
  • 10:04 19.03.2024
Dünya qlobal iqlim fəlakəti astanasında
Avropa Parlamentinin qərəz marafonu
  • Daxili siyasət
  • 10:06 18.03.2024
Avropa Parlamentinin qərəz marafonu

Ənvər Məşədiyev