USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Şüyüd


https://img.baki-baku.az/news/2021/07/photo_4467.jpg?v=MjAyMS0wNy0yMyAxNTozMjowNQ==

Əvəz Rüstəmov

________________________________________________________________________

Bəlkə mən də bu yazı ilə onu reklam etmiş oluram. Həqiqətən bu barədə söz açmaq istəmirdim. Amma sonra gördüm ki, mənim reklam kimi görə biləcəyim nə isə varsa belə, daha böyük reklamın kölgəsində heç bir damla da deyil. Ona görə rahatca yazıram. Sərlövhənin isə yazacaqlarıma dəxli yoxdur. Hərçənd bir məqam var. Bir halda ki söhbət reklamdan düşdü, yazıya sərlövhədə yazılanın reklamı ilə başlamaq istəyirəm. Şüyüd çətirkimlər fəsiləsinə aid bitki cinsidir. Çox xeyirlidir. Tərkibi çoxsaylı vitaminlərlə zəngindir. Ən əsası şüyüdü ölkəmizdə qanunsuz satan yoxdur. Elə düz əməlli yeyən də çox deyil...

Son vaxtlar “patı” deyilən narkotik maddə, uyuşdurucu vasitə nə bilim nədirsə onunla  ilə bağlı söz-söhbətlər çox yayılmaqdadır. Hətta iş o yerə çatıb ki, “patı” çəkən məhşurların olduğu da bildirilir, kimlərsə müzakirə açır və s. Düşünürəm, niyə cəmiyyətə ziyanlı bir şey haqqında bu qədər danışılır? Nə üçün gündə bir “patı” satanın və ya alanın tutulduğuna dair informasiyalar dolaşır? “Patı” məsələsi” Azərbaycan informasiya məkanına sanki zəli kimi sarmaşıb, qopmaq bilmir. İstər-istəməz fikirləşirsən - “patı” istifadə edənlərin və satanların, yoxsa onunla bağlı yayılmış informasiyaların sayı çoxdur?

Narkomaniya istənilən cəmiyyətin böyük bəlasıdır. Ona qarşı mübarizə aparılmalıdır. Amma düşünürəm ki, bu tədbirlər ehtiyatla görülməli, insanların gözünə soxulmamalıdır. Təsəvvür edin, “bir şeyin ki adı patıdır, onunla bağlı xəbərə niyə baxım” deyə düşünən mən axırda məcbur qalıb maraq üçün o xəbərdən birini açdım oxudum. Sən demə polis reyd keçirib  “patıçılar”ı tutub. Reydlərin isə ardı-arası kəsilmir. Sanki polisin başqa işi-gücü yoxdur, ölkədə yalnız “patı” ilə mübarizə gedir.

Şübhəsiz, cəmiyyətdəki zərərli vərdişlərlə mübarizə həssas məsələdir. Ancaq bu iş elə qurulmalıdır ki, əks effekt yaranmasın. İndi nə deyim? Deyim ki, sağ olsun mediamız və Daxili İşlər Nazirliyi, hamı “patı” adlı şeyin nə olduğunu bildi? DİN ilk mənbə kimi “patı” xəbərlərini ötürür, media da ağına-bozuna baxmadan həmin xəbərləri yayır. Nəticə etibarilə informasiya məkanımız “patı”yla dolub-daşır. Kiməsə bu mənzərə lazımdır? Bəlkə də lazımdır...

İndi yazacam ki, sanki kimlərsə “patı”nı reklam etməyə girişib, medianı bu işdə alətə çevirib, deyəcəklər ki, camaata şər atma. Ona görə qayıdıram mətləbə. Yəni şüyüdə. Şüyüd insan sağlamlığında mühüm rol oynayan C, B, B2, P, PP, fol turşusu, karotin və digər vitaminlərlə zəngindir. Bitkinin kimyəvi tərkibinin əsas hissəsini isə efir yağı təşkil edir. Xalq təbabətində şüyüddən hazırlanan preparatlarla qaraciyər xəstəliyində, arterial təzyiqin artmasında, soyuqdəymədə, qarın ağrılarında, böyrək və sidik kisəsində olan daşların təmizlənməsində istifadə edirlər, şüyüdün toxumlarından alınan efir yağından iştahaçıcı, həzm sisteminin yaxşılaşdırılmasında, ödqovucu və sidikqovucu, köpmənin və s. xəstəliklərin müalicəsində geniş istifadə edilir. Yəni şüyüd qəbul edin, üzr istəyirəm, şüyüd yeyin.




Redaktorun seçimi

Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası
Yenə də “motal” əl çəkmir...
  • Daxili siyasət
  • 11:20 20.04.2024
Yenə də “motal” əl çəkmir...
Lavrovun anti-Ermənistan demarşları
  • Daxili siyasət
  • 09:57 20.04.2024
Lavrovun anti-Ermənistan demarşları

Əvəz RÜSTƏMOV