USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Əfqanların üç fövqəlgücü yenməsi - SÖZARDI


https://img.baki-baku.az/news/2021/07/photo_4359.jpg

Son iki əsrdə üç fövqəldövlət Əfqanıstanda palçığa qərq oldu desək, yanılmarıq. Onlar biabırçı şəkildə ölkədən tələsik təxliyəyə məcbur oldu.

İlk çanaq XIX əsrdə ingilislərin başında çatlamışdı. Böyük Britaniya 1839-1842 və 1878-1879-cu illərin İngilis-Əfqan müharibəsində məğlub oldu. Tarix bu mərhələdə həmçinin Britaniya səfirləri də daxil olmaqla ingilislərin intensiv qırğınlarına şahidlik etdi.

Əfqanların məğlubiyyətə uğratdığı ikinci fövqəlgüc SSRİ idi. Sovet İttifaqının 1979-cu ildə başlatdığı Əfqanıstan kampaniyası 1989-cu ildə 40-cı ordunun sərhəd çayı olan Amudərya üzərindən evakuasiya yürüşü ilə sona çatdı. 

Üzərindən 11 il sonra ABŞ Prezidenti kiçik Buş, Siyasi Büronun vaxitlə uğursuz Əfqan təcrübəsinin ona dərs ola bilməyəcəyini düşündü və 2001-ci ilin payızında "Davamlı azadlıq" əməliyyatını başlatdı. Bu "beynəlxalq vəzifə" yüksək səslənsə də, 20 ildən sonra, yəni bü günlərdə sona çatdı.

Maraqlıdır ki, amerikalılar həmişə Henri Kissincerin reseptinə uyğun olaraq "zəfər elan et və qoşunları geri çək" formulu ilə gedirdilərsə, bu dəfə onu da etmədilər. Onlar yalnız ABŞ prezidentinin köməkçisi, Birləşmiş Ştatların Dövlət Departamentinin nümayəndəsi Cen Psakinin mesajı ilə məhdudlaşmalı oldular: "ABŞ əsgərlərinin Əfqanıstandan çıxarılması qərarı ona görə qəbul edildi ki, respublikanın problemləri hərbi yolla həll oluna bilməz".

Belə çıxdı ki, amerikalılar iyirmi ildir Əfqanıstanın problemlərini uğurla həll edirdilər, indi anladılar ki, həll edə bilməzlər.
Beləliklə, əfqan xalqının qələbə kuboklarının üzərinə ABŞ üzərindəki qələbə də əlavə olundu. Növbədə hansı dövlətdir, hələ bilinmir. Amma Əfqanıstanın bundan sonra necə yaşayacağı da naməlumdur. 




Redaktorun seçimi

Maskalar yırtılır, paktlar üzə çıxır
  • Daxili siyasət
  • 09:47 28.03.2024
Maskalar yırtılır, paktlar üzə çıxır
Rasmussen Ermənistana yağlı vədlər verir
  • Daxili siyasət
  • 09:44 28.03.2024
Rasmussen Ermənistana yağlı vədlər verir
Putinin seçki qələbəsi
  • Daxili siyasət
  • 10:05 19.03.2024
Putinin seçki qələbəsi
Dünya qlobal iqlim fəlakəti astanasında
  • Daxili siyasət
  • 10:04 19.03.2024
Dünya qlobal iqlim fəlakəti astanasında
Avropa Parlamentinin qərəz marafonu
  • Daxili siyasət
  • 10:06 18.03.2024
Avropa Parlamentinin qərəz marafonu

Siyasi təhlil