USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ermənistanda konstitisiya dəyişikliyi anonsu verildi - Paşinyan və Sarkisyanın xalqa müraciətlərində nələr var?


https://img.baki-baku.az/news/2021/07/photo_4280.jpg

İyulun 5-i Ermənistanda konstitusiya günüdür. Bu münasibətlə ölkə prezidenti Armen Sarkisyan və baş nazirin vəzifəsini icra edən Nikol Paşinyan xalqa yazılı müraciət ünvanlayıb. "Baki-Baku.az" həmin müraciətlərin müxtəlif detallarını qabardaraq Ermənistanın gələcəyi baxımdan bəzi məqamları müəyyənləşdirib. Beləliklə öncə A.Sarkisyanın dediklərinə diqqət yetirək. 

Ermənistan prezidenti bildirir ki, son üç ilin hadisələri konstitusiyanın ayrı-ayrı maddələrinin ölkədəki ümumi çağırışlara və böhranlara çevik, tam və bərabərtərfli reaksiya verilməsinə imkan yaratmadığını göstərir. Buna görə də ana qanunun təkmilləşdirilməsinə, gələcəkdə daha məqsədyönlü edilməsinə, dövlət və milli maraqlarla səsləşməsinə ehtiyac var. 

N.Paşinyan isə təbrik mətninə 20 iyun növbədənkənar parlament seçkiləri ilə başlayıb. O bildirib ki, seçkilər son üç ildə kostitusiya təfəkküründə ciddi dəyişikliklərin baş verdiyini göstərdi. Üçüncü respublikanın tarixində ilk dəfə olaraq seçkilər ölkə daxili böhranın qızışdırılması yox, aradan qaldırılması vasitəsinə çevrildi. Bu isə, Paşinyanın fikrincə, yeni impulslu konstitusiya reallığı missiyası üçün ciddi mənbədir. 

Paşinyan onu da bildirib ki, bu müddətdə baş verənlər ölkənin idarəçiliyi ilə bağlı diskussiyaları qaçılmaz etdi. Ancaq bu vacib məsələdə belə "yeddi ölç, bir biç prinsipinə əsaslanmalıdır". 

Beləliklə məlum olur ki, hazırkı idarəçilik forması Paşinyan administrasiyası üçün qənaətbəxş deyil. Baxmayaraq ki, o, böhranın konstutisiyadakı kimi seçki yolu ilə aradan qaldırıldığını vurğulayır. Amma bir məqam da var ki, böhran hələ davam edir. Deməli, daha sərt tədbirlərə ehtiyac var ki, bu tədbirlərin reallaşdırılması zamanı konstitisiya əsas kimi götürüləcəkdir. Və deməli, yaxın gələcəkdə Ermənistanda referendum da keçirilə bilər. 

Sarkisyana gəlincə isə, o da ilk baxışdan Paşinyanın tərəfdarı kimi çıxış edir. Amma həmişəki kimi ehtiyatlıdır. Buna görə də Paşinyandan fərqli olaraq son üç ilin hadisələrinə pozitiv qiymət verməkdən uzaqdır. 




Redaktorun seçimi

İrəvana son şans
  • Siyasi təhlil
  • 09:24 26.04.2024
İrəvana son şans
Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi

Siyasi təhlil