USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Qəzzafinin sərvəti: yoxa çıxan qızıllar, dolların məhvi və Afrika imperiyası


https://img.baki-baku.az/news/2020/09/photo_426.jpg?v=MjAyMC0wOS0wMSAxMDo1Nzo0MQ==

Liviyanın qonşuları ölkənin illər öncə devrilmiş diktoru Müəmmar Qəzzafinin xəzinəsinin sirrini müzakirəyə çıxarmaqdadır. Onların bir qismi hesab edir ki, diktator ölümündən əvvəl dollarlarını məhv edib. Digərlərinin sözlərinə görə, Qəzzafi Rusiyada böyük ərazi alıb. Üçüncü qrupun fikrincə isə, yazığı öldürməzdən öncə sadəcə soyublar.

Qeyd edək ki, BMT-nin Təhlükəsizlik Şurasının Liviyaya qarşı hərbi əməliyyatlara başlamaq qərarından öncə polkovnik Müəmmar Qəzzafi demək olar, dünyanın ən varlı adamı idi. Məşhurların mülkiyyətinin statistikasını tutan «Selebriti Netuort» saytının hesablamalarına görə, iki il öncə Liviyanın eks liderinin sərvəti 200 milyard dollar civarında qiymətləndirilirdi. Bu göstərici Amerika sərmayedarı Uorren Baffettin, «Microsoft»un qurucusu Bill Qeytsin və Buruney sultanının hazırkı birgə varidatından 3 dəfə artıqdır.

Liviyanın keçmiş liderinin 200 milyard dollarlıq vəsaitini Qərb banklarındakı hesablarda saxlanılanlar, Liviyanın qızıl ehtiyatı və xaricdəki mülklər təşkil edirdi. Qəzzafinin övladları İtaliyanın məşhur «Yuventus» futbol klubunun, «Finanşl Tayms» qəzetinin və «Fiat» avtomobil zavodunun səhmlərinə sahib idilər. Onlar həmçinin Torontoda, Dubayda, Londonda, Honkonqda və Nyu-Yorkda ən bahalı mənzillərin sahibi kimi də tanınırdılar. «Selebriti Netuort»un və Britaniyanın məşhur «Deyli meyl» nəşrinin məlumatına görə, 2013-cü il fevralın 1-də İnterpol Qəzzafinin 97 milyard dollarının gizlədildiyi hesabları tapıb dondurub. Liviyanın qızıl ehtiyatları isə yoxa çıxıb. Görəsən, polkovnikin başqa pulları haradadır?

2011-ci ilin aprelində Qəzzafinin yalnız Tripoli yaxıelığında yerləşən rezidensiyasındakı bunkerlərdə 143,8 ton qızıl saxlanılırdı. Bundan iki dəfə çox qızıl isə Liviyanın Mərkəzi Bankının zirzəmisindəydi. Həmçinin diktatorun oğlanlarının - Seyfin, Saadın, Hamisin və Hannibalın sərəncamında qızılla dolu iri tonnajlı avtomobillər var idi. Görəsən, Qəzzafi bu çoxluğunda cəvahiratı haradan almışdı?

Məsələ müəmmalı təsir bağışlasa da, onu da deməliyik ki, «ərəb baharı»nadək Qəzzafi görünməmiş plan hazırlamışdı. O, dövriyyəyə qızıl dinar buraxmaq istəyirdi. Polkovnikin hesablamalarına görə, belə bir islahatın məntiqi yekunu dünyada dolları və avronu əvəzləməliydi. Liviyanın Mərkəzi Bankının sabiq rəhbəri Kasem Əziz isə bildirir ki, 2011-ci ilin mayında Qəzzafinin bunkerlərindəki qızıl və almaz külliyatı yoxa çıxıb. Əzizə inansaq, qiymətli daş-qaşları iri yükdaşıyan maşınlarla Tunisə və Nigerə yola salıblar. Maraqlıdır ki, Qəzzafi ölkəni tərk etmək istəmirdi və axırda doğma şəhəri olan Sirtdə öldürüldü. Bəs, görəsən diktator nəyə görə qızılı ölkə xaricinə daşıtdırırdı? Axı, o, qızılla silah-sursat ala, muzdlu döyüşçülər tuta bilərdi. Bütün bunlarla əlaqədar üç variant üzərində dayanılır.

Birinci versiya dünya maliyyə sisteminin iflası ilə bağlıdır. Misir qəzeti «Əl-Yaum» ehtimal edir ki, qızılın satılması Qəzzafinin planının tərkib hissəsiydi. O, ölümünü görürdü və sonradan bütün dünyanı cəhənnəmə çevirməyi düşünürdü. Ona inanan adamlar bazarlara yüz tonlarla qızıl buraxmalı və bu yolla da dünya iqtisadiyyatını xaosa sürükləməli idilər. İndi baş verən hadisələr bu variantda həqiqəti əks etdirən məqamların mövcudluğunu söyləməyə əsas verir. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, Liviyanın sabiq lideri gözlənilməz düşüncə tərzinə sahib idi - İsrail və Fələstini bir dövlətdə birləşdirməyi, Liviyanın rəhbərliyi ilə Afrika imperiyasını formalaşdırmağı, atom bombasına sahib olmağı, ayda baza qurmağı, dolları yer üzündən silməyi ağlından keçirirdi.

İkinci versiya çörək imperiyasının yaradılması ilə əlaqədardır. Qəzzafi dəfələrlə bildirmişdi: dünyanı sürətli artım gözləyir, ərzaq qızıldan baha olacaq… Liviya lideri 2008-ci ildən ciddi cəhdlə Ukraynanın Qara dəniz hövzəsindən 100 min hektar sahəni almağa çalışırdı. Rəsmi Kiyevin bu barədə məlumatı təkzib etməsinə baxmayaraq, Misir və Tunis mediası informasiya sızmasını geniş müzakirəyə çıxarır. Bu ölkələrin mətbuatı bildirir ki, Qəzzafi öldürülməsinədək müxtəlif qurama şəxslərin vasitəçiliyi ilə Ukraynadan, Qazaxıstandan və Rusiyadan torpaq sahələri almışdı: «Bu, maliyyənin ən yaxşı yatırılması yoludur. Qəzzafinin avanturizmini qiymətləndirməmək doğru olmaz. Ona kiçik ölkə çox dar gəlirdi. Qlobal düşünürdü. Fikirləşirdi ki, Liviyanın ehtiyatlarının hesabına Çindən də varlı olsun. Bilirdi ki, neft tezliklə qurtaracaq, yemək isə hər zaman lazımdır. Vaxt gələcək Müəmmarı devirənlər ona heykəl qoyacaqlar».

Üçüncü versiya böyük miqyaslı yalanla bağlıdır. Burada hər şey aydındır - təcrübəli siyasətçini loru desək, ata da bilərdilər. Məlumdur ki, bütün ölkələr Qəzzafiyə sığınacaq verməkdən imtina etmişdilər. Ola bilərdi ki, diktator qızılın gücünə öz ailəsinin azadlığını satın almaq istəyirdi.

Əlbəttə, Qəzzafinin özü ölkəni tərk etməyi düşünmürdü. Ancaq ailə üzvlərinin təhlükəsizliyinə dair pərdəarxası söhbətlər apardığı məlumdur. Həmin söhbətlərdən bəzisi uğurlu alınmışdı. Qızı Aişənin və oğlu Hannibalın Əlcəzairə çıxarılması üçün həddən artıq böyük məbləğ ödəmişdi. Görünür, buna görədir ki, nə üsyançılar, nə də NATO birləşmələri onların hərəkət etdiyi avtomobilləri atəşə tutmamış, sərbəst şəkildə ölkədən getmələrinə imkan yaratmışdılar. Böyük ehtimalla digər variantlar Qəzzafinin köməyinə gəlməmişdi. Əlbəttə, onun səviyyədə olan adam heç bir halda uşaq kimi atıldığını dilinə gətirməzdi və gətirmədi də.

"Baki-Baku.az"




Redaktorun seçimi

Saxta və gurultulu alqışlar
  • Daxili siyasət
  • 10:39 16.09.2024
Saxta və gurultulu alqışlar
Okampo həqiqət və ədalət hissini itirib
  • Daxili siyasət
  • 10:26 16.09.2024
Okampo həqiqət və ədalət hissini itirib
“102” üçün həyəcan təbili
  • Daxili siyasət
  • 11:41 14.09.2024
“102” üçün həyəcan təbili
Almaniyada “miqrant ovu”
  • Dünya
  • 11:14 13.09.2024
Almaniyada “miqrant ovu”
Sülhün kürəyinə sancılan xəncər
  • Daxili siyasət
  • 10:11 13.09.2024
Sülhün kürəyinə sancılan xəncər
Rusiya, İran və Zəngəzur dəhlizi
  • Daxili siyasət
  • 09:59 13.09.2024
Rusiya, İran və Zəngəzur dəhlizi

Siyasi təhlil