USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Xankəndinə də “qanunsuz gedək”


https://img.baki-baku.az/news/2021/07/photo_4251.jpg?v=MjAyMS0wNy0wMSAxNToxMzowNA==

Əvəz Rütəmov

____________________________________

Nə qədər deyirdim ki, məsələyə reaksiya verməyim, alınmadı ki alınmadı. Xəbər başlığına baxın: Kəlbəcərə qanunsuz daxil olmaq istəyən 6 nəfər saxlanıldı. Kəlbəcərə qanunsuz daxil olmaq istəyən. Xəbərin ilk cümləsi belədir – “Daxili işlər orqanlarının əməkdaşları tərəfindən işğaldan azad edilmiş, lakin minalardan və digər partlayıcı maddələrdən tam təmizlənməmiş ərazilərə müvafiq icazə olmadan, nəzarət postlarından kənar yollarla keçməyə cəhd göstərən şəxslərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir”. Əlbəttə, başa düşüləndir. Ərazidə mina və digər partlayıcı qurğular var və müvafiq dövlət qurumu da insanların qarşısını almalıdır ki, gedib özlərini həlak etməsinlər. Amma...

İşğaldan azad edilmiş ərazilərə qanunsuz getdikləri bildirilən adamlar kimlərdir? Təbii ki, içərilərində “maradyorlar” da olmamış olmaz və onlar istəyərlər ki, ermənidən qalma beş-üç tualet qırığını götürüb satsınlar. Həm belələri varsa, onların özləri də “işğaldan azad edilmiş torpaqlara qanunsuz daxil olmaq istəyənlər” kateqoriyasına aid edilməməlidirlər. Adamların məqsədi bəlli. Fərqi yoxdur, Azərbaycanın harası olur-olsun, belələri üçün Kəlbəcərdə ya Kürdəmirdə soyğunçuluq etməyin fərqi yoxdur. Qanun da bunu deyir. Nə isə...

Əksəriyyət yurd həsrəti çəkənlərdir. İstəyirlər ki, doğulduqları, boya-başa çatdıqları yerləri görsünlər. Bəli, həyatları ilə risk edirlər. Amma nə etmək olar, bəzən 30 il gözləyən, 1 gün dayana bilmir. Əlbəttə, 30 il gözləmək gözləmək deyildi, nə dərddir, azardır, bir Allah bilir.

Və biz xəbər veririk ki, bu dərdli və azarlı adamlar qanunsuz iş görüblər. Nə var nə var gediblər öz torpaqlarını görməyə (?). Bu yerdə hətta ermənidən qalma tullantıları, ağaclardakı meyvələri yığıb qabağa düşmək istəyənlər də prinsipcə yurd həsrəti çəkənlər kateqoriyasına aid edilməlidirlər. Biz kimə deyə bilərik ki, adam qarətə gedib? Qoy, elə doğulduğu evi, kəndi görmək üçün alışıb-yanan olsun da. Hansı daha xeyirlidir? Doğru buyurdunuz, minaya düşüb tikə-parça olmamaq daha yaxşıdır.

“Kəlbəcərə qanunsuz daxil olmaq istəyən 6 nəfər saxlanıldı” cümləsinə bir başqa rakusdan yanaşıram. 30 ilə yaxındır Kəlbəcərə qanunsuz daxil olmuşdular və biz 30 il ora qanunsuz daxil olmuş saysız-hesabsız ermənini və digər millətdən olan şəxsləri saxlamadıq, saxlaya bilmədik. Ancaq ermənilər Dilqəm və Şahbazı illərlə əsirlikdə saxladılar. Adını da qoydular ki, Kəlbəcərə qanunsuz giriblər. Bu yerdə bir erməninin işğaldan azad olunmuş Kəlbəcərə azərbaycanlının qanunsuz daxil olması və buna görə saxlanılması ilə bağlı xəbərə reaksiyasını təsəvvürə gətirin. Yəqin gülür və düşünür ki, bunlar torpağı bizdən niyə aldılar?

Söhbət yalnız Kəlbəcərdən getmir. İşğaldan azad olunmuş digər bölgələrə də gedənlərimiz var. Demirəm ki, qarşılarını almayaq, gedib minaya düşüb həyatlarını itirsinlər. Əlbəttə, buna yol vermək olmaz. Ancaq mütəmadi olaraq bunun xəbərini vermək düzgün deyil. İnsanlar arasında maarifləndirmə işləri aparılmalıdır. Gördüyüm qədərilə aparılır da. Bəli, gedənlərin də qarşısı alınmalıdır, amma bu, görülmüş iş kimi gözə soxulmamalıdır. Hanı o qanun ki şəxsə öz torpağına getməyi qadağan eləsin? Varmı belə bir qanun? Bəlkə biz deyildik 30 il ərzində dünyaya car çəkən ki, beynəlxalq hüquq, qanunlar işləmir?!

Digər tərəfdən, işğaldan azad edilmiş bölgələrə gedənlərimiz çoxdur. Müğənnilərdən tutmuş sadə insanlaradək. Müğənniləri, söz-sənət, incəsənət adamlarını başa düşdük. Deyək ki, müəyyən layihələr, proqramlar var, orada olmaları mütləqdir. Amma elələri də var ki, el arasında desək, tanışlıqla gedirlər. Getsinlər, onlara da bir söz demirəm. Yəni mövzu bu deyil. Ümumən istəmirəm ki, bizlərdən kiminsə Kəlbəcərə, Ağdama, Qubadlıya, Zəngilana, Cəbrayıla, Laçına, Şuşaya, Füzuliyə qanunsuz gedildiyi deyilsin. Həm də ona görə istəmirəm ki, hazırda bunu ermənilər deyir. İndi bir arzumu da dilə gətirib, yazı bitsin. Gün o gün olsun, Xankəndinə də “qanunsuz gedək”.




Redaktorun seçimi

Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi
Paşinyanın etirafı: inanaq, inanmayaq?
  • Siyasi təhlil
  • 09:19 24.04.2024
Paşinyanın etirafı: inanaq, inanmayaq?
Qazaxın 4 kəndi və fəlakətin zopası
  • Daxili siyasət
  • 09:16 24.04.2024
Qazaxın 4 kəndi və fəlakətin zopası
Müştərək xəyanət
  • Siyasi təhlil
  • 09:11 24.04.2024
Müştərək xəyanət
Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası

Əvəz RÜSTƏMOV