USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Prezident Əliyevdən Avropanın Qarabağ aktivliyinə qəti cavab: Ermənistan sülhə razı salınmalıdır - TƏHLİL


https://img.baki-baku.az/news/2021/06/photo_4210.jpg?v=MjAyMS0wNi0yNSAxNzoyMzozMA==

Prezident İlham Əliyev Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Cozef Borelin mandatı əsasında Azərbaycana səfər edən Rumıniyanın xarici işlər naziri Boqdan Aureskunu, Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberqi, Litvanın xarici işlər naziri Qabrielius Landsbergisi və Avropa İttifaqının nümayəndə heyətini qəbul etdi. Dövlət başçımızın görüşdə də bildirdiyi kimi, Avropdan bu böyüklükdə nümayəndə heyətinin səfəri Ermənistanla Azərbaycan arasında münaqişədən sonra yaranmış vəziyyətə həsr olunmuşdu. Prezident Əliyev ölkəmizin postmünaqişə dövrünə hesablanmış prioritetlərini açıqladı. Avropa üçün mesaj kimi qəbul ediləcək prioritetlər nədən ibarətdir, Azərbaycanın lideri bunlardan da danışdı.

Əvvəla, ondan başlayaq ki, hazırda Qarabağ münaqişəsi ətrafında ATƏT-in Minsk Qrupunun mövqeyinin zəifləməsi Qərbi qane etmir. Onun postmünaqişə vəziyyəti ilə bağlı fundamental yanaşmalar işləyib hazırlamaq istəyi məhz məsələni hansısa formada Minsk Qrupu formatına daşımaqdır. O formata ki, Ermənistan onu ötən 30 ilə yaxın müddətdə sanki iflic etmişdi. Çünki faktiki vəziyyət ölkəni Azərbaycan torpaqlarının hakimi kimi saxlayırdı. İndi durum dəyişdiyindən Avropa, eləcə də ABŞ hər vasitə ilə çalışır ki, Ermənistanın itirdiyini necəsə konpensasiya eləsin. Qərb dünyası Nikol Paşinyanın hakimiyyətə yiyələnməsi ilə Ermənistanda “qalib etdiyi demokratiya” üçün bir növ peşkəş axtarışındadır.

Həm 44 günlük müharibədəki məğlubiyyətdən sonrakı durum, həm də Ermənistanda 20 iyun növbədənkənar parlament seçkilərinə aparan yol onu göstərdi ki, Qərb Rusiyadan dartıb qopartdığı Ermənistanı əlində saxlamaqda çətinlik çəkir. Üstəlik dünya erməniliyi də miskin durumdadır, erməni lobbi diaspor təşkilatları öz havadarlarına satqın nəzərlərlə baxırlar. Belədə Qərb institutları, o cümlədən diplomatiyası vəziyyəti düzəltmək üçün enerji sərf etməyə başlayır. Bölgəyə Cozef Borelin mandatı əsasındakı səfərdən əsl məqsəd də məhz budur. Bəs, Azərbaycanın cavabı necədir?

Prezident İlham Əliyev avropalı qonaqları salamlayar-salamlamaz bunları dedi: “Biz üç il əvvəl Avropa İttifaqı ilə Azərbaycan arasında Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığını dəstəkləyən tərəfdaşlıq prioritetlərinə dair sənədi parafladıq”.

Yəni, Azərbaycanın dövlət başçısı ilk növbədə Avropa İttifaqına Azərbaycanla tərəfdaşlıq münasibətlərinin hansı əsaslarla qurulduğuna dair sənədi xatırladır. Bu, son dərəcə vacib məqmdır. O anlamda ki, Aİ öz prinsiplərinə hörmət etməlidir. Bu prinsiplər isə ərazi bütövlüyü, suverenlik, beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığıdır. Elə buna görə də cənab İlham Əliyev bildirir ki, Azərbayacn münaqişədən sonrakı inkişaf vəziyyətindədir. Dağlıq Qarabağ münaqişəsi həllini tapıb. Bununla bağlı danışıqlar aparası heç nə yoxdur. Başqa sözlə, Ermənistana Qərbin ağlına gətirdiyi, nəzərində canlandırdığı və ATƏT-in Minsk Qrupu müstəvisinə daşıyaraq əldə edilməsinə ümüd bəslədiyi hər hansı güzəştdən söhbət gedə bilməz. Prezident bəyan edir ki, Ermənistan və Azərbaycan arasındakı vəziyyəti nizamlamaq üçün çıxış nöqtəsi 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatdır. “Bu sənədə baxan hər kəs görəcək ki, o, təkcə atəşkəslə bağlı deyil, bir çox başqa məsələlərlə bağlıdır. Biz postmünaqişə vəziyyəti barədə düşünməliyik. Çıxışımın əvvəlində qeyd etdiyim kimi, biz səhifəni çevirməyə, irəli getməyə və regional sabitliyə töhfə verməyə hazırıq”.

Azərbaycan Prezidentinin ölkəmizin səhifəni çevirməyə, irəli getməyə və regional sabitliyə töhfə verməyə hazırlıqla bağlı söylədikləri nədən ibarətdir? Əlbəttə, Ermənistanla sülh sazişindən. Başqa sözlə, Bakı regional sabitliyi Ermənistanla sülh şəraitinin rəsmi şəkildə bərqərar olmasında görür və Qərb dünyasını məhz bunun üçün cəhdlər göstərməyə çağırır, nəinki ATƏT-in Minsk Qrupu kimi arxayiq formatı bərpa etməyə. Cənab İlham Əliyevin vurğuladığı ən başlıca məqam isə budur: “Ermənistan hökuməti bizim Ermənistanla sülh sazişinə dair danışıqlara başlamaqla bağlı heç bir bəyanatımıza məhəl qoymur. Lakin ola bilsin ki, seçkiqabağı vəziyyət bu cür bəyanatlar vermək üçün çox əlverişli olmayıb. Amma indi Ermənistanda seçkilər başa çatandan sonra ümid edirik ki, müsbət cavab olacaq. Əlbəttə, düşünürəm ki, sizin Ermənistanda təmaslarınız zamanı bu məsələ də müzakirə ediləcək. Çünki əgər bizim Ermənistanla sülh sazişimiz olmasa, bu, o deməkdir ki, sülh də yoxdur. Təkcə iki ölkə arasında deyil, həm də Cənubi Qafqazda sülh yoxdur. Bizə sülh və dayanıqlı inkişaf, proqnozlaşdırılma, sıfır müharibə riski lazımdır, bizə müharibə lazım deyil. Bizə əvvəl də müharibə lazım deyildi”.

Bəli, əlavə şərhə ehtiyac yoxdur. İndi düşünmək növbəsi Qərbindir. Qərb Rusiyadan qopardığı Ermənistanın “demokratiya şıltaqlığını” Qarabağ məsələsindəki hər hansı imtiyaz ilə ödəməkdən çəkinməli, bölgədə real vəziyyətə uyğun əməkdaşlıq perspektivlərini nəzərdən keçirməlidir. Nəinki nəzərdən keçirməli, buna Ermənistanı da razı salmalıdır.

“Baki-Baku.az”ın Analitik Qrupu




Redaktorun seçimi

Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi
Paşinyanın etirafı: inanaq, inanmayaq?
  • Siyasi təhlil
  • 09:19 24.04.2024
Paşinyanın etirafı: inanaq, inanmayaq?
Qazaxın 4 kəndi və fəlakətin zopası
  • Daxili siyasət
  • 09:16 24.04.2024
Qazaxın 4 kəndi və fəlakətin zopası
Müştərək xəyanət
  • Siyasi təhlil
  • 09:11 24.04.2024
Müştərək xəyanət
Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası

Siyasi təhlil