USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Tarixə söykənən strateji sənəd: Şuşa bəyannaməsi


https://img.baki-baku.az/news/2021/06/photo_4200.jpg

 

Ənvər MƏŞƏDİYEV,
“Bakı” və “Baku” qəzetləri redaktorunun müavini

______________________________________________

İLHAM ƏLİYEV: ƏZİZ ŞUŞA, SƏN AZADSAN! ƏZİZ ŞUŞA, BİZ QAYITMIŞIQ! ƏZİZ ŞUŞA, BİZ SƏNİ DİRÇƏLDƏCƏYİK! QARABAĞ BİZİMDİR! QARABAĞ AZƏRBAYCANDIR!

İyirminci yüzilliyin sonları iyirmi birinci əsrin birinci yarısı bütün xalqımız üçün daimi yaddaqalan, tarixə qızıl hərflərlə əbədi həkk olan, fəxarət hissi yaradan, xoş hadisələrlə zəngin salnamə kimi dəyərləndirilir. 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun zəfər qazanması, 30 ilə yaxın müddətdə erməni vandallarının murdar tapdaqları altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi, ədalətin bərpası, regionda yeni reallığın yaradılması kimi qiymətləndirilir.

Və torpaqlarımız erməni qəsbkarlarından təmizlənəndən, öz sahiblərinə qaytarılandan sonra yeni nəfəs almağa, rövnəqlənməyə başladı. Ölkə başçımız, Ali Baş Komandanımız İlham Əliyevin göstərişlərinə əsasən işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı quruculuq işlərinə başlandı. Qısa müddətdə bölgədə yol strukturlarının, enerji sisteminin, Beynəlxalq hava limanlarının, su xətlərinin və s. şəhər, kənd atributlarının layihələri hazırlandı, tikinti-bərpa işlərinə start verildi. Hazırda yeni həyata qayıtmış, işğaldan azad edilmiş ərazilərimizdə qızğın tikinti-quruculuq işləri geniş vüsət almışdır və bu çox mühüm həyati əhəmiyyəti olan məsələlərin həlli uğurla davam etdirilir.

Çox sevindirici, qürurverici haldır ki, Qarabağın beşiyi, ədəbiyyat və incəsənət dahiləri yetişdirmiş, dünyada yeganə olan, öz küsgünlüyü və gözəlliyi, əsrarəngizliyi ilə insanı valeh edən müqəddəs Xarıbülbül gülünün məskəni, Azərbaycanın Mədəniyyət Paytaxtı Şuşa ən ali qonağı qəbul etmək, geniş tədbirlər keçirmək səviyyəsinə gətirilmişdir. Azərbaycanın Mədəniyyət Mərkəzi olan bu müqəddəs şəhərimizdə demək olar ki, bütün zəruri infrastrukturlar müəyyən dərəcədə bərpa olunmuş, qaydaya salınmışdır. Burada Azərbaycan Prezidenti, Ali Baş Komandanımız, Müzəffər Sərkərdəmiz İlham Əliyevin: “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” müraciəti bir daha yada düşür.

Çox gürurludur ki, bu müqəddəs şəhərimiz Şuşanın ilk ali qonağı 44 günlük Vətən müharibəsi dövründə Azərbaycana mənəvi dəstək göstərmiş qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan olmuşdur. Bu il iyun ayının 15-də reallaşan bu tarixi an iki qardaş xalqın bir-birinə möhkəm bağlılığını, səmimi münasibətlərini, dini əlaqələrini, milli ənənələrini, qardaşlıq əməkdaşlığını nümayış etdirmişdir. Bütün bu amillər əlaqələrimizin mehribanlıq şəraitində daha da genişlənməsinə, möhkəmlənməsinə dəlalət edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşa görüşü və orada təntənəli şəraitdə imzaladıqları “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsi regionda yeni yol xəritəsi açmışdır. Bu, ikinci Qarabağ müharibəsindən sonra yaranmış yeni müsbət geosiyası vəziyyətin tam reallaşmasına, möhkəmlənməsinə təsir edəcəkdir.

Şuşa Bəyannaməsi təkcə Azərbaycanda, Cənubi Qafqazda deyil, demək olar ki, bir çox ölkələrin informasiya  məkanlarında, diplomatik korpuslarında geniş müzakirələrə səbəb olmuş, illərlə uzanmış Qarabağ münaqişəsinin həlli istiqamətində həqiqətləri dünyaya çatdırmışdır. Artıq bir çox ölkələr işxaldan azad edilmiş Qarabağ torpaqlarının Azərbaycanın tarixi ərazisi olduğunu tanıdıqlarını bir daha bəyan etmişlər.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfər zamanı Azərbaycan və Türkiyə prezidentlərinin iyunun 15-də Şuşa Bəyannaməsinin imzalanmasından sonra mətbuata birgə bəyanatlarla çıxışlarından bəzi məqamları diqqətə çatdırırıq.

Dövlətimizn başçısı İlham Əliyev demişdir:

"Bu gün həyatımızda əlamətdar gündür, tarixi bir gündür. Bu gün biz qardaş ölkənin əziz Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanı Qarabağ torpağında, Şuşa torpağında salamlayırıq. Mən fürsətdən istifadə edərək, bütün Azərbaycan xalqı adından əziz qardaşımı Şuşada, Qarabağda salamlamaq istəyirəm.

Əziz qardaşım Azərbaycanda dəfələrlə olub, ancaq biz ilk dəfə Qarabağ torpağında - Şuşada bir yerdəyik. Bu səfərin tarixi əhəmiyyəti var. Çünki bu gün imzalanmış Birgə Bəyannamə - Müttəfiqlik haqqında Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır. Bəyannamənin adı Müttəfiqlik haqqında Bəyannamədir və bu ad özü-özlüyündə hər şeyi göstərir, hər şeyi deyir. Biz bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşuq və bu Bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək iş birliyimizin təminatçısıdır...

Bu gün müttəfiqlik haqqında imzalanmış birgə Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır. Bəyannamənin adı öz-özlüyündə hər şeyi deyir. Biz bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşuq və bu bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək işbirliyimizin təminatıdır...”

Azərbaycan və Türkiyə arasında Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannaməsinə toxunan dövlət başçısı bildirib ki, Birgə bəyannamədə tarixi Qars müqaviləsinə istinad edilir. Tarixi Qars müqaviləsi düz 100 il bundan əvvəl imzalanmışdır. Bu da böyük rəmzi məna daşıyır.

Aşağıdakı sözlər isə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana məxsusdur:

“Bu gün təbii ki, fərqli bir həyəcanın, hisslərin içindəyik. Allaha şükür olsun ki, daha əvvəl verdiyimiz sözümüzü bu gün yerinə yetiririk. Qırx dörd günlük məlum müharibənin nəticəsində Qarabağ, çox şükürlər olsun ki, sahiblərinə qovuşdu və erməni zülmündən, erməni işğalından azad edildi. Azərbaycan xalqının Qarabağ Zəfərini bir daha təbrik edirəm. Tarixdə bir çox incəsənət xadimi yetişdirmiş Azərbaycanın mədəniyyət paytaxtı Şuşadan bölgəmizə və dünyaya verəcəyimiz mesajların çox önəmli olduğuna inanıram. Qardaşım Əliyevin uzaqgörən liderliyi və Müzəffər Ali Baş Komandanlığı ilə azadlığına qovuşan Qarabağın yenidən dirçəldilməsi işlərini yaxından izləyirik. Şuşaya gələrkən bu işləri gördük və siz də gördünüz. Fasiləsiz iş görülür, infrastruktur sahəsində intensiv iş aparılır. Bir tərəfdən yollar salınır, bir tərəfdən enerji stansiyaları açılır, bir tərəfdən yüksəkgərginlikli xətlər çəkilir. Bütün bunlarla yanaşı, susuz olan bu bölgə suya qovuşur. Bu işlər hazırda fasiləsiz davam edir. İnşallah, ən qısa vaxtda bölgə hava limanına, hava limanlarına da qovuşacaq. Təkbətək görüşdə də əziz qardaşım bunları mənə xüsusilə danışdı. Hava limanına, hava limanlarına da qovuşduqdan sonra buralara gəliş-gediş daha da artacaq və inanıram ki, bu bölgə o dövrdə turizmdə də ciddi bir sıçrayışı yaşayacaq”

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Məclisin Xüsusi iclasında da iştirak etmiş, onu deputatlar ayaq üstə qarşılamışlar, Ali qonağın oradakı tarixi çıxışı da maraqla dinlənilmişdir. Rəcəb Tayyib Ərdoğan çıxışında Şuşa Bəyannaməsinin tarixiləşdirilməsi üçün çox müvafiq bir vaxtın seçildiyini vurğulamışdır. Natiq qeyd etmişdir ki, Qafqazda qanayan yara sağalıb. Bundan bütün bölgə ölkələri qazanclı çıxacaq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Türkiyə Azərbaycanın yanındadır, bundan sonra da yanında yenə olacaq”, “Qarabağı azad etmiş can Azərbaycanın Milli Məclisində olduğum üçün özümü xoşbəxt sayıram” deyimləri bütün dünyaya mesajdır.

Əsas məsələ odur ki, artıq Türkiyə Azərbaycanın müttəfiqidir və yanımızdadır.




Redaktorun seçimi

Maskalar yırtılır, paktlar üzə çıxır
  • Daxili siyasət
  • 09:47 28.03.2024
Maskalar yırtılır, paktlar üzə çıxır
Rasmussen Ermənistana yağlı vədlər verir
  • Daxili siyasət
  • 09:44 28.03.2024
Rasmussen Ermənistana yağlı vədlər verir
Putinin seçki qələbəsi
  • Daxili siyasət
  • 10:05 19.03.2024
Putinin seçki qələbəsi
Dünya qlobal iqlim fəlakəti astanasında
  • Daxili siyasət
  • 10:04 19.03.2024
Dünya qlobal iqlim fəlakəti astanasında
Avropa Parlamentinin qərəz marafonu
  • Daxili siyasət
  • 10:06 18.03.2024
Avropa Parlamentinin qərəz marafonu

Ənvər Məşədiyev