USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Qələmə qurban olum, qisməti Qarsa yazdı


https://img.baki-baku.az/news/2021/06/photo_4083.jpg?v=MjAyMS0wNi0xOCAxNDoxMTo1Nw==

Şərəf Cəlilli

___________________________________________________

Yüz il bundan öncə “Qars müqaviləsi” imzalanmışdı. Azərbaycanla Osmanlının birliyinin, bütövlüyünün rəmzi kimi. Anadolu höküməti ilə Azərbaycan hökuməti kürək-kürəyə, ürək-ürəyə Dirilişi, Dirçəlişi üçün cəsarətini, iradəsini ortaya qoymuşdu. Naxçıvanın, Zəngəzurun tarixi taleyi üçün mühüm rəsmi sənəd idi “Qars müqaviləsi” həm də. V.İ.Leninin ölümündən, İ.Stalinin dirçəlişindən sonra bütün parametrlərinə xitam verilən sənəd unudulub arxivə gömüldü. Təkcə unudulub gömülmədi, qolları bağlı Naxçıvan İrəvandan, Zəngəzurdan keçən dəmir yollarından asılı qaldı. Son 30 ildə isə Yavru Vətənimiz Osmanlıya əmanətimiz oldu. İyunun 15–də dünyanın rüzgarı dəyişdi. Kazım Qarabəkir Paşanın Naxçıvanda, Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın ötən əsrin 18-ci ilində, sentyabrın 15-də yazdığı qəhrəmanlıq dastanı 100 il sonra Şuşa qalasında yaşandı.

Türkiyənin Cümhur Başqanı Rəcəb Tayyib Ərdoğan Şuşa qalasına qədəm qoyan ikinci fatehdi. Nuru Paşanın ruhunun davamı kimi qalaya qalxan Ərdoğan Birlik, Bütövlük adına bağlanan qəhrəmanlıq dastanımıza yeni bir səhifə əlavə etdi. “Bir millətin, iki dövlət”in Bütövlük rəmzi olan “Şuşa Bəyannaməsi” “Qars müqaviləsi”nin tarix deyil, gerçək olduğunu sübut etdi.  “Bu bizim işimiz haqq işidir!”, “Biz Zəfər çalacağıq!”, “Qarabağ Azərbaycandır!”, “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir!” deyən iki dövlətin, bir millətin Qafqazlarda var olduğunun növbəti təsdiqi idi. “Türkiyə və Azərbaycan kürək-kürəyə verdikcə Allahın izni ilə çətinliklərin öhdəsindən gəlməyə, uğurdan-uğura çatmağa davam edəcəkdir”, - deyən cənab Rəcəb Tayyib Ərdoğanı, “Türkiyə-Azərbaycan qardaşlığı, birliyi əbədidir!” nidası ilə tarix yaradan cənab İlham Əliyevi yaxşı tanımayanlar, hərdən çaşıb Dəmir İradənin Dəmir Yumruğunu unudanlar “Şuşa Bəyannaməsi”ndə əks olunan bəndə diqqət edin: Tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, birgə məsləhətləşmələr aparılması, bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirilməsi, BMT Nizamnaməsinə uyğun olaraq bir-birinə lazımi yardım göstərməsi, Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təşkili nəzərdə tutulur.

Bir də xatırladıram. Sənədə diqqət edin. Üstümüzə gəlsəniz, üstünüzə yeriyərik. Belinizi qırıb kökünüzü kəsərik. Gərək ki, Şuşadan, Cıdır düzündən Osmanlıya ifçinlənən Qarabağ atını unutmamısınız, gedər, getdiyi yerdən Türkün Ağ atlı Oğlanını – Xızırını qanadına alıb dönər!

Bizim tərəflərdə, Borçalıda üzü qibləyə deyil, Təbrizə, Anadoluya, Qarsa yatıblar. “Mən səndən ayrılmazdım, zülm ilə ayırdılar!”, bir də “Qələmə qurbanın olum, qismətimi Qarsa yaz!” deyiblər. Deyilənlər gəldi başa.  Qələmə qurban olum, qisməti Qarsa yazdı. “Qars müqaviləsi”ndən sonra “Şuşa Bəyannaməsi” imzalandı. Bir millətin İki Oğlu ulu tarixi təkrarladı.




Redaktorun seçimi

Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi
Paşinyanın etirafı: inanaq, inanmayaq?
  • Siyasi təhlil
  • 09:19 24.04.2024
Paşinyanın etirafı: inanaq, inanmayaq?
Qazaxın 4 kəndi və fəlakətin zopası
  • Daxili siyasət
  • 09:16 24.04.2024
Qazaxın 4 kəndi və fəlakətin zopası
Müştərək xəyanət
  • Siyasi təhlil
  • 09:11 24.04.2024
Müştərək xəyanət
Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası

Şərəf Cəlilli