USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Filip Rikerin Cənubi Qafqaz səfəri: Minsk Qrupu ilə Moskvaya təsir, Türkiyə-Rusiya birliyinə qarşı demarş hazırlığı


https://img.baki-baku.az/news/2021/06/photo_4021.jpg

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavininin vəzifələrini müvəqqəti icra edən Filip Rikerin Cənubi Qafqaza səfəri ətrafında müzakirələr bitmək bilmir. "Bakı-Baku.az" bununla bağlı Moskva Beynəlxalq Münasibətlər İnstitutunun Avro-Atlantik Təhlükəsizlik Mərkəzinin əməkdaşı, tanınmış şərhçi Sergey Markedonovun "Bunin&Co" teleqram kanalı üçün fikirlərini təqdim edir. 

S.Markedonov hesab edir ki, ABŞ üçün Yerevan Rusiya ilə müttəfiqliyin ardıcıllığı tərəfdarı imicinə malikdir. Vaşinqtonun bunu şübhə altına almaq üçün etdiyi cəhdlər nəticə verməyib. Bunun üçün ABŞ-ın keçmiş prezidenti Donald Trampın artıq sabiq olan müşaviri Con Boltonun səfərini xatırlamaq kifayətdir. Ancaq Ermənistan Birləşmiş Ştatların xarici siyasəti üçün önəmlidir. Önəmlilik isə Markedonovun fikrincə, Ağ Evin Kremlin Cənubi Qafqazada, ümumən Avrasiyada təsirini azaltmaq istəyi ilə bağlıdır. Birləşmiş Ştatlar eyni zamanda situativ xarakter daşıyan Rusiya, İran, Türkiyə alyansı ilə də qarşılaşmaq istəmir. Eyni zamanda Ankaranın həm dünyada, həm də NATO-nun daxilində xüsusi yer tutmaqla bağlı ambisiyaları da amerikalı siyasətçilər üçün qəbuledilməzdir. 

Rusiyalı siyasi şərhçi həmçinin bildirib ki, İkinci Qarabağ Müharibəsinin nəticələrindən sonra ATƏT-in Minsk Qrupunun münaqişənin həllindəki mövqeyinin zəifləməsi ABŞ-ı qane etmir. Bu barədə hələ prezidentliyə namizəd olarkən Birləşmiş Ştatların hazırkı dövlət başçısı Co Bayden də fikirlərini açıqlamışdı. İndi isə sözdən əmələ keçmək vaxtıdır. Təsadüfi deyil ki, Riker Ermənistanın baş naziri postunu müvəqqəti icra edən Nikol Paşinyanla görüşündə məhz yeni reallıqlar şəraitində ATƏT-in Minsk Qrupunun rolu barədə söz açmışdı. Burada Ermənistanın mövqeyi məlumdur. Çünki məhz Minsk Qrupu tərəfindən hazırlanmış baza prinsipləri Azərbaycan torpaqlarının işğalının dayandırılması məsələsini Dağlıq Qarabağın statusundan heç də yuxarı səviyyədə təsəvvürə gətirmirdi. İndi Vaşinqton özünü xatırladır və bir növ mesaj ötürür. Demək istəyir ki, ölkənin Qafqazdakı aktivliyinin aşağı düşməsi müvəqqəti xarakter daşıyır. 

Markedonov onu da vurğulayır ki, əgər Minsk Qrupunun möhkəmlənməsi Rusiyanın sülh prosesindəki xüsusi rolunu minimallaşdırmaq məqsədi daşıyırsa, "erməni soyqırımı"nın tanınması Türkiyəyə qarşı başlıca təsir instrumentidir. Bu məsələ Rikerin səfəri zamanı da qaldırıldı. 

Tanınmış siyasi şərhçi eyni zamanda bildirib ki, ABŞ Ermənistanın daxili siyasətindəki sujetləri də bir kənara qoymur. Rikerin sözlərindən belə nəticə hasil olur ki, Birləşmiş Ştatlar administrasiyası Robert Koçaryandansa Nikol Paşinyana üstünlük verir. "Onun 2018-ci ilin seçki kampaniyası ilə bağlı təriflərini başqa necə anlamaq mümkündür?", - deyən Markedonov əlavə edir ki, Moskvada həmin seçkini tanıdılar. Bununla bağlı hər hansı problem olmadı. Ancaq müxtəlif şərhçilər Nikol Paşinyanın hakimiyyətə gəlməsi ilə nəticələnmiş prosesi məxməri inqilab olaraq dəyərləndirdilər. Hərçənd bütün bunlar onu demir ki, Paşinyan indi öz seçimini tam şəkildə ABŞ-ın və ümumən Qərbin xeyrinə edib. Nəzərə alaq ki, Ermənistanın keçmiş liderləri olan Koçaryan və Sarkisyan da amerikalı diplomatlarla sıx əlaqədə idilər. Bununla belə politoloq hesab edir ki, Vaşinqton hazırda Qafqaz mövzusunun Rusiya və Türkiyə tərəfindən monopoliyaya götürülməsinə yol verməməyə çalışır.




Redaktorun seçimi

Solovyova “Geriyə dön!” əmri verildi
  • Daxili siyasət
  • 10:33 29.03.2024
Solovyova “Geriyə dön!” əmri verildi
Maskalar yırtılır, paktlar üzə çıxır
  • Daxili siyasət
  • 09:47 28.03.2024
Maskalar yırtılır, paktlar üzə çıxır
Rasmussen Ermənistana yağlı vədlər verir
  • Daxili siyasət
  • 09:44 28.03.2024
Rasmussen Ermənistana yağlı vədlər verir
Putinin seçki qələbəsi
  • Daxili siyasət
  • 10:05 19.03.2024
Putinin seçki qələbəsi

Siyasi təhlil