USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ağdama dönüşümüz mübarək! 


https://img.baki-baku.az/news/2021/05/photo_3902.jpg

Mətanət Ağamirli
Əməkdar jurnalist

_____________________________________________________

Dünən Prezidentimin doğulub böyüdüyüm Ağdam şəhərinə səfərini həyəcansız, sevinc-kədər qarışıq hisslərlə müşahidə etməmək mümkün olmadı.  etdi. Nəhayət, bu gün  illərlə həsrətində  olduğumuz xəbərləri oxuyur, dinləyir, acgözlüklə izləyirik.     

Yadıma düşür, 2003-cü ildən bəri Prezidentin müxtəlif rayon-şəhərlərə səfərini eşidəndə, görəndə,   müsahibələrdə müzakirə edəndə hər zaman daxilimdə belə bir düşüncə yaranırdı, özümə cavabı olmayan sual verirdim: görəsən nə zamansa Prezidentin Ağdama səfərini müzakirə edəcəyikmi? Torpaqlarımızın işğaldan azad ediləcəyinə hər zaman inandım, güvəndim. Amma bu tarixi görməyə, yaşamağa ömür çatacaqmı? Ömür vəfa qılacaqmı? Allah möhlət verəcəkmi? Bu xüsus hər zaman mənim rahatlığımı əlimdən alır, yerini  daxili əzaba, kədərə, qəlbimə axan göz yaşına verirdi. Çünki Ağdamda ölmək, dəfn olunmaq arzusuna çatmayan nə qədər doğmalarımızla vidalaşmalı olduq bu illər ərzində... Dilimizə gətirməsək də, illərlə qəlbimizin dərinliyində bu talelərin  nigarançılığını daşıdıq.

Bu gün eyni hissi illərlə yaşayan həmyerlilərimin kədərinə də, əzabına da son qoyulub. Nə xoş halımıza. Xoşbəxtliyin, qürurun, qalibiyyətin dadını çıxartmaq üçün bundan daha gözəl nə ola bilər ki? 

Bu gün Prezidentimiz  Ağdamda Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi imarət kompleksini ziyarət edir,  Ağdam Sənaye Parkının, Ağdamda inşa olunacaq ilk yaşayış binasının təməlqoyma mərasimində iştirak edir.   

Soysuzların viran qoyduğu yurdumda Prezidentim meşə-park salınması üçün ağacəkmə kampaniyasına start verir. Ağdama uzanan yolların yenidən bərpası üçün  avtomobil yolunun,  Ağdamlı uşaqların  yenidən məhz Ağdamda təhsilini davam etdirmısi üçün  təhsil ocağının yeni binasının təməli atılır. 

Bu günü bizə nəsib edən Allahı şükranlıqla xatırlayır, yad edirik. Qarabağ zəfərinin, qalib bir ölkənin vətəndaşının qürurunu bizə yaşatdığı üçün isə  Prezidentimə nə qədər təşəkkür etsəm, yenə azdır.  Eyni anda saysız-hesabsız insana xoşbəxtliyi, sevinc gözyaşını yaşatmaq yalnız böyük Liderlərin, böyük şəxsiyyətlərin taleyinə yazılır.  Xoşbəxtik ki,  Tanrı Azərbaycanımıza İlham Əliyev kimi bir  Lideri  lütf edib.  Xoşbəxtik ki, Ağdam həsrətinə son qoyuldu. Yalnız yaşayanların deyil, elə  Ağdamda ölmək, dəfn olunmaq arzusuna çatmayanların da həsrətinə son qoyuldu. Bu gün köçkün  ruhları şaddlr. Əminəm ki, ruhlar şəhəri adlandırılan Ağdamın üzərində dolaşan   ruhlar bu günün sevincini,  cənnətini yaşayır.

Nəhayət, 30 illik xəyalım gerçəkləşdi! Gec oldu, amma güc oldu.  Bu xoşbəxtliyi taleyimizə yazan  Tanrıya sonsuz şükürlər olsun! Deyirlər, xoşbəxtlik insanın bu və digər şəkildə özünə qayıdışında, gəldiyi yerə dönüşündəfir. Gerisi isə hekayə...
 ... Özünə qayıdışımız, Ağdama dönüşümüz mübarək!




Redaktorun seçimi

İrəvana son şans
  • Siyasi təhlil
  • 09:24 26.04.2024
İrəvana son şans
Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi

Mətanət Ağamirli