USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Şuşa qalasında dalğalanan Bayraq Zəngəzurda dalğalanacaq, mütləq dalğalanacaq!


https://img.baki-baku.az/news/2021/05/photo_3869.jpg

Şərəf Cəlilli

_____________________________________________________________

Ankarada, Əsrində bir məzar var: Adı nisgildi. Sevda çəkənlərin, Vətəni qiblə bilənlərin, hicrana könül verənlərin müqəddəs bildiyi yerdi orası. Vətəni TURAN, bütöv edənlərdən biri torpaq müqəddəsliyinə qovuşub burada. Son nəfəsində “Yaşa, yaşa, çox yaşa Azərbaycan!” deyən Rəsulzadənin məqamı, məkanındı Əsrin. Əsrin həm də əsrin Böyük Şəxsiyyətlərindən birinin – Rəsulzadənin məzarı ilə qiblə olan məkandı – Azərbaycandı! Ona oxşar müqəddəs yerlərimiz, məkanlarımız var: Tiflisdə, Parisdə, Amerikada. 28 maydan 28 aprelə yol gələn, 23 ayda əsrə, qərinəyə, epoxaya bərabər illəri yaşayıb, müqəddəs missiyanı ləyaqətlə həyata keçirən Cümhuriyyət fədailərinin cismi torpağa qarışıb buralarda.

Dünya bina olalı Oğuz oğlu qədim-qayım dövlətlər qurub. Törəsinə, yörəsinə sahib çıxıb Altundan saraylar yapıb. Sarayın, sənətin, mədəniyyətin gülzarına çevirib. Qılıncla qurduğu dövlətlərin tarixinin Qələmlə yazıb. Atların dırnağında, nizənin, oxun, qılıncın ucunda qurduğu dövlətlərin yolunda Şəhidlər verib. Al qanından dirilib. Dirilişin, Quruluşun, Qurtuluşun dastanını yazıb.

Milli dövlətçilik tariximizin mühüm mərhələsi olan, Şərqdə qurulan ilk Demokratik Cümhuriyyətdən sonra 102 ildə ilk dəfə Tanrı bizə sonsuz, hüdudları məlum olmayan Zəfər sevincini Şuşa qalasında yaşatdı. Tiflis, Gəncə, Bakı taleyi yaşayan Azərbaycan Xalq Cümhuriyyətinin beli Qarabağda, Zəngəzurda qırılmışdı. Erməni daşnaklarının bu yörələrimizdə tökdüyü qanlar, tayqulaq Andranikə verilən dəstək nəticəsində Andranikə qulaq dərsi verən Laçınlı Sultan bəyin üstünə qoşun yerimişdi. Səməd bəy Mehmandarov Qarabağı, Zəngəzuru xilas üçün Bakıdan 24 minlik ordunu ayırıb daşnak üstünə yeritmişdi. Qızıl Ordu qırmızı terrorunu Bakıda məhz bu boşluqdan istifadə edərək gerçəkləşdirmiş, 23 ayda millətə əbədi istiqlal şərbəti içirən Xalq Cümhuriyyətinə son qoyulmuşdu. Bu dəhşətdən sarsılan Məhəmməd Əmin Rəsulzadə, Əhməd bəy Ağayev, Şeyxzamanov qardaşları, Nəsib bəy Yusifbəyli və digər Cümhuriyyət fədailəri sonsuz Vətən sevgisinin kədərli həsrət və əcəl şərbətini dadmış, Əlimərdan bəy Topçubaşov bu qəvi taleyi Fransada yaşamış, kəfənini mühacirətdə geyinmişdi.

Ankarada, Əsrində bir məzar var: Adı nisgildi. Sevda çəkənlərin, Vətəni qiblə bilənlərin, hicrana könül verənlərin müqəddəs bildiyi yerdi orası. Vətəni TURAN, bütöv edənlərdən biri torpaq müqəddəsliyinə qovuşub burada. Son nəfəsində “Yaşa, yaşa, çox yaşa Azərbaycan!” deyən Rəsulzadənin məqamı, məkanındı Əsrin. Əsrin həm də əsrin Böyük Şəxsiyyətlərindən birinin – Rəsulzadənin məzarı ilə qiblə olan məkandı – Azərbaycandı! Ona oxşar müqəddəs yerlərimiz, məkanlarımız var: Tiflisdə, Parisdə, Amerikada. Cümhuriyyət fədailərinin cismi torpağa qarışıb buralarda.

Gəncə bizim məhəbbətimizin, Təbriz cəsarətimizin, Dərbənd qeyrətimizin, Şamaxı heyrətimizin, Bakı səxavətimizin, İrəvan həsrətimizin, Borçalı kədərimizin, Şuşa bəylərimizin paytaxtıdı.

Cümhuriyyətdən 102 il sonra Şuşada Bayram Tonqalı Qələbə Tonqalına calandı. Xarı bülbülün diyarında Vətən bağı al-əlvan geyindi. Nigaran ruhlar sevindi. Şuşa qalasında, Gövhər Ağa məscidində bayram namazı qılındı. Özü də Vəhdət namazı. Cıdır düzündə şölən quruldu. Xarıbülbül festivalında humanist prinsipləri, tolerantlığı həyat tərzinə çevirən, sivilizasiyaların, mədəniyyətlərin, multikultural dəyərlərin diyarı Vətənimiz – Azərbaycan yenidən doğuldu. Diriliş tapdı. “Bayatı Şiraz”, “Qarabağ Şikəstəsi” Segahın diyarında səsləndi. Xanın, Seyidin, Bülbülün, Niyazinin, Hacıbəylinin, Bədəlbəylinin, Zülfüqarovların, Adıgözəlovların, Haqverdiyevlərin, Ağaoğluların, daha kimlərin nigaran ruhları hüzura qovuşdu. Pənahəli xanın, İbrahimxəlil xanın, Mehdiqulu xanın, Xurşudbanu Natəvanın, ən əsası “Tehran cənnətə dönsə, yaddan çıxmaz Qarabağ” deyən Ağabəyim Ağanın nisgilinə son qoyuldu. “Sənsiz” deyib 30 ildir bağrı qan olan Şuşalılar, Qarabağlılar “Sevgili canan”a qovuşdu. Təkcə onlar yox, min illərdir Vətən yolunda şəhidlər verən millətimizin canına can, damarına qan gəldi. Tale elə gətirib ki, bir türk müsəlman olaraq 102 ildə cəmi iki dəfə Din bayramımız Dövlət, Millət bayramına çevrilib. Birincisi 1918-ci ilin 16 sentyabrında yaşanıb. Qafqaz İslam Ordusunun xilaskarlıq missiyası ilə havadarlarına güvənən erməni daşnaklarının beli qırılıb. Sentyabrın 15-də Bakının işğalına son qoyulub. Sentyabrın 16-da Təzəpir məscidində Bayram və Qələbə namazı qılınıb. Ramazan bayramına təsadüf edən həmin müqəddəs ayda Təzəpir məscidinin axundu Şeyxülislam Ağa Əlizadə və Qafqaz İslam Ordusunun Komandanı Nuru Paşa Azərbaycan xalqına göz aydınlığı verib. Həm də Vəhdət namazı qılıb. Allaha xoş gedən həmin gün Bakıda milli mətbuatı, maarifçiliyi milli məfkurənin milli dövlətçiliyin təməl prinsiplərinə çevirmək üçün sənətin, mədəniyyətin, tarixi səxsiyyətlərin himayədarına çevrilən Hacı Zeynalabdin Tağıyevin mülkündə Bayram süfrəsi açılıb. 18-ci ilin dəhşətli mart soyqırımında oğlu Məhəmmədi şəhid verən Tağıyev Övlad acısını Vətən sevgisinə, əbədi İstiqlala fəda edib, yarasına duz bağlayıb, Bakının, əslində isə Cümhuriyyətin Xilaskarlarının – Qafqaz İslam Ordusunun komandanlarının şərəfinə məclis qurub – Oğul Atasının kədərini Millət Atasının sevinci ilə əvəz edib. 102 il sonra, Şuşada Cıdır düzündə, Pənahəli xanın diyarında şölən quruldu. Qızı Gövhər Ağaya ad olunan məsciddə Bayram namazı – Vəhdət namazı qılındı. 44 günlük tarixi savaşı bizimlə qoşa aparan, arxamızda dağ kimi dayanan Osmanlı igidləri, Osmanlı Türkiyəsinə dualar oxundu. Şəhidlərimizin ruhuna savalat çəkildi. Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin, düz 30 ildir sivilizasiyaları, mədəniyyətləri dialoqa səsləyən, muğamın, sənətin, mədəniyyətin himayədarı kimi tarix yaradan hörmətli Mehriban xanım Əliyevanın, I Vitse Prezidentin Dəmir və Zərif Yumruğu İradənin, Cəsarətin, Mətanətin, Vətənə sonsuz Sevginin nümunəsinə döndü. 44 günlük tarixi savaşda Zəfəri birlikdə qazanan, ölkəmizdə yaşayan bütün xalqların nümayəndələri Xarıbülbül festivalında 30 illik xara - intizara son qoydu. Qartal Azərbaycanın səmasında, şahinləri perik düşən Şuşa qalasında Qartal pərvaza gəldi!

Vətən Qarabağsız, Şuşasız olmaz deyənlərin canına can gəldi. Məhəmməd Əmin Rəsulzadənin, Əlimərdan bəy Topçubaşovun, Əli bəy Hüseynzadənin, Əhməd bəy Ağaoğlunun, Əhməd bəy Ağayevin, Fətəli Xan Xoyskinin, Şeyxzamanovların, Ceyhun bəy Hacıbəylinin, istiqlal şərbətini millətə, məmləkətə içirən, 23 ayda əsrə, qərinəyə, epoxaya bərabər ömür yaşayan, tərcümeyi halı, Vətən sevgisi ilə tarix yaradanların ruhu şad oldu.

Cümhuriyyət Tiflisdə elan olundu, Gəncədə quruldu, Bakıda tarix oldu, Qarabağda, Zəngəzurda iflasa uğradı. İrəvanda beli qırıldı. Müzəffər Ali Baş Komandanımız, Ata vəsiyyətinə əməl edən Liderimiz, Qələbə Memarımız söz verib: “Biz Zəngəzura qayıdacağıq!”, “İrəvana qayıdacağıq!”, “O torpaqlar bizim ata-baba yurdumuzdur!”, “Qarabağ Azərbaycandır!”, “Şuşasız bizim işimiz yarımçıq qalardı”, “Əziz Şuşa, Sən azadsan!”, “Əziz Şuşa, biz qayıtmışıq!”, “Əziz Şuşa biz Səni dirçəldəyəcik, tikəcəyik, qurcağıq”, “Bizi kimsə, bir daha bu torpaqlardan çıxara bilməz!”, “Əgər kimsə revanşist addımlar atarsa Dəmir Yumruq yerindədir!” hikməti ilə Cəsarətin, Ləyaqətin simvoluna dönən Liderimiz “Bir kərə yüksələn bayraq bir daha enməz!” nidası, yalın əli ilə dövlət quran Rəsulzadənin, “Şuşasız Qarabağ, Qarabağsız ümumiyyətlə Azərbaycan yoxdur!”, “Biz Şuşaya qayıdacağıq, mütləq qayıdacağıq!”, “Kəlbəcər, Laçın, Ağdam bizim gözəl şəhərlərimiz, tarixi torpaqlarımızdır!” Azərbaycanın müstəqilliyi daimidir, əbədidir, dönməzdir!” deyən Ümummilli Liderimizin, Ulu Öndərimizin hər bir vəsiyyətinə əməl edəcək. Xudafərin körpüsündə, Ruh yüksəkliyində, Murovun zirvəsində, Şuşa qalasında dalğalanan üç rəngli, hilallı, ulduzlu bayrağın şöləsi mütləq Çuxur Sədd bəylərbəyliyində, İrəvan xanlığında, Zəngəzurda bərq vuracaq!

Tanrı millətimizi, məmləkətimizi, dövlətimizi, Ali Baş Komandanımızı, yoxdan var edənimizi, Qələbə, Zəfər Memarımızı qorusun! Şəhidlərimizin ruhunu şad etsin! Doğmalarına səbr versin! Qazilərimizi pənahında saxlasın!

Şuşanın bir çox simvolları var: Şuşa qalası, Topxana meşəsi, Cıdır düzü. Ərimgəldi qayası dillər əzbəridi. Xarıbülbül, Xan bağı, Natəvan bulağı, Çətirli şəlalə, Aşağı və Yuxarı Gövhər Ağa məscidləri, dumanlı dağları, dar dalanları, daş döşəməli məhəllələri, eşməbığlı bəyləri, qara qaş-qara göz gözəlləri, ustad xanəndələri, müəllimləri bir aləmdi. Şuşada 28 il əvvəl olmuşam. İlk tanıdığım Şuşanın Milli Qəhrəmanı, batalyon komandiri, rəhmətlik Ramiz Qəmbərov olub. Şuşa kimi girov idi Ramizin məzarı. Şükür Yaradana Qəhrəmanımın, Şəhid qardaşımın ruhu hüzur bulub. Büküldüyü bayraq Şuşa qalasında dalğalanır. Ərimgəldi qayasında nigaran ruhları dolaşan Şuşalıların doğmaları, Yarım gəldi deyib “Yallı” gedir, Cıdır düzündə, Şuşa qalasında ərlərin, ərənlərin, haqqa könül verənlərin ruhu sevinir, “Bir kərə yüksələn bayraq, bir daha enməz!” deyir, yer üzünə səpələnən, bölündükcə bölünən millətimizin, məmləkətimizin Diriliş, Dirçəliş, Qurtuluş, Qayıdış dastanını yazır. Şükür, Yaradana! Şükür, Yaşadana!




Redaktorun seçimi

Maskalar yırtılır, paktlar üzə çıxır
  • Daxili siyasət
  • 09:47 28.03.2024
Maskalar yırtılır, paktlar üzə çıxır
Rasmussen Ermənistana yağlı vədlər verir
  • Daxili siyasət
  • 09:44 28.03.2024
Rasmussen Ermənistana yağlı vədlər verir
Putinin seçki qələbəsi
  • Daxili siyasət
  • 10:05 19.03.2024
Putinin seçki qələbəsi
Dünya qlobal iqlim fəlakəti astanasında
  • Daxili siyasət
  • 10:04 19.03.2024
Dünya qlobal iqlim fəlakəti astanasında
Avropa Parlamentinin qərəz marafonu
  • Daxili siyasət
  • 10:06 18.03.2024
Avropa Parlamentinin qərəz marafonu

Şərəf Cəlilli