USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Amerika demokratiyası, Sorosun torbası, Lordlar palatası

Təlxəklərin səltənətində sultan olan Qoca Bayden buynuzu qaşınan keçiyə bənzər. Qaraca Çobanın çomağını, Metenin, Atillanın,  Alp Arslanın,  Məlik Şahın, Fateh Mehmetin, Əmir Teymurun oxunun, nizəsinin səsini, qılıncının zərbəsini gərək unutmayaydı!


https://img.baki-baku.az/news/2021/04/photo_3651.jpg

Şərəf Cəlilli

________________________________________________________

Bu il milli müstəqilliyin 30-cu il dönümüdür. Əsrə bərabər bir qərinədə gözümüzün qabağında epoxa, əsr, quruluş, formasiya dəyişib. Ömür keçib, gün keçib, zaman, insan dəyişib. Dəyişməyən bir şey olub: Azərbaycan xalqının Əbədi İstiqlal, Azadlıq sevgisi!

Biz milli müstəqilliyə, əbədi istiqlala, daha doğrusu daxili və xarici düşmənlərimizin çox gördüyü Azadlığa dişimiz, dırnağımız, al qanımızla gəldik. Soyqırımlar, deportasiyalar, repressiyalar, müharibələr görmüş bir xalq olaraq “Gülüstan”, “Türkmənçay” dəhşətlərini, 1905-1918-ci illər qırğınlarını, 37-ci ilin repressiyalarını, 1948, 1988-ci illər deportasiyalarını, 20 Yanvar, Xocalı dəhşətlərini, Ağdaban, Başlıbel faciələrini, ən əsası Qarabağ soyqırımını adlamışıq. Ölməmişik, ayaqda qalmışıq. Qoca Baydenin simasında iflasa uğrayan Amerika demokratiyası, Sorosun torbası ilə Qafqazlara insan haqları, demokratik dəyərlər adında bəlalar daşıyan satqınların qişqırması, qısma - boğması, “erməni sevdası”, İngilis Lordlar palatası bir xalq, millət olaraq bizə dərs verdi: dərdiniz də, dərmanınız da özünüzdədir dedi. 1915-ci ildə olmayan, heç əsası, kökü belə məlum olmayan “erməni soyqırımı”ndan danışan, tarixi Osmanlının ümumbəşəri dəyərlər tarixinə bəxş etdiyi töhfələri unudan Amerika, Avropa demokratiyası Sarıqamışda, Çanaqqalada tökülən qanları uzaqdı deyə unudub, tarixi təhrif edə bilər, axı Xocalı, Qarabağ Başlıbel, Ağdaban faciələri, soyqırımları, ruhlar şəhərinə, kəndinə dönən Qarabağın xarabalıqları tarixin bir qarışındadı. Ədalətdən, insan haqlarından danışan Amerika, Avropa gərək ki, unutmasın: bir çay, iki körpü – Xudafərin və Arazla iki imperiya – fars və rus imperiyası arasında ikiyə bölünən bir xalq, bir dövlət var: Azərbaycan adında!

O demokratiya deyilən nədir? Dadı, rəngi nədir ki, biz bir türk, Azərbaycanlı olaraq görmürük, bilmirik? Yoxsa, Şərqliyik, müsəlmanıq, Allaha, haqqa yaxınıq deyə, haqsızlığa məhkumuq?!

Son 30 ildə Avropanın qan damarına, nəfəsliyinə dönən bioresursların diyarı Azərbaycana ancaq sərvətlər diyarı kimi baxmaqdımı Avropa, Amerika demokratiyası, diplomatiyası? Təyyarənin trapında büdrəyən, sonra da yıxılan Co Bayden özü ilə Amerika, Avropa demokratiyasını yıxdı, yerlə-bir etdi. Qoca Şərqi, Türk dünyasını, Azərbaycanı görməzdən gələnlərin iç üzünü açdı. Yaxın və Orta Şərqdə, Mərakeşdə, Afrika çöllərində, hinduların diyarında olanları unutdu. İnsanın batini gözəlliyi də, çirkabı da qocalığında üzə çıxır. Avropanın, Amerikanın, yüz illər boyu Şərqə, Türk dünyasına Səlib yürüşünə çıxanların iç üzüdü Baydenin Çaqqal, Baqqal Sifəti. O, tək və yeganə Amerika prezidentidir ki, seçki öncəsi boğazına keçirdiyi Erməni Torbasını danmayıb. Dırnaqarası erməni soyqırımı ifadəsini dilə gətirib. Çaqqalın, Baqqalın da “kişisi”, “mərdi” olarmış. Baydenin simasında üzə çıxan Amerika demokratiyasına, Sorosun torbasına, Lordlar palatasına ümid edənlər, kəndinizə dönün! Oğuz Xaqan da deyir ki, “Ey türk, Sən kəndinə dönəndə böyük olursan!” Biz çox hücumlar, təzyiqlər, təhdidlər, müharibələr, repressiyalar, deportasiyalar görmüşük. Ölməmişik, ayaqda qalmışıq. Qoca Şərqin, Gündoğanın düşünən beyninə Baydenin peyin təfəkkürü nə edəcək ki?!

Co Baydenin “erməni soyqırımı” ifadəsi Osmanlıya, Türkiyə Cümhuriyyətinə, Rəcəb Tayyib Ərdoğan administrasiyasına qarşı tuşlanan nizə, sıyrılan qılınc deyil. 116 ildir ki, bu qılınc heç qına girməyib. Bu qılıncı bizə – Xudafərin körpüsündə, Şuşa qalasında, Xudavəngdə, Murovun zirvəsində, Ruh yüksəkliyində dalğalanan üçrəngli hilallı-ulduzlu Bayrağa, “Biz 101 il öncə əlimizdən alınan Zəngəzura qayıdacağıq, mütləq qayıdacağıq, nə edirlər etsinlər yenə qayıdacağıq!” deyən, DƏMİR YUMRUĞA – Müzəffər Ali Baş Komandana, al qanı ilə tarix yazan Şəhidlərimizin ruhuna, hər günü bir dastan olan 44 günlük Dastana, Zəfəri bizim edən Qazilərimizə, erməni faşizminin mahiyyətini, rəzilliyini, məzlumluğunu, məzmunsuzluğunu, onun arxasında duran imperiyaların alçaqlığını dünyaya bəyan edən Hərbi Qənimətlər Parkının əzəmətinə, qəhrəmanlar yetirən qəhrəman Azərbaycan xalqının, Türk dünyasının Birliyinə, Bütövlüyünə tuşlanıb! Bunları anlamamaq üçün Co Baydenin simasında büdrəyib yıxılan, qüdrətli tərəfdaşı qoyub, qəvi düşmən kimi sapanda daş edib zaman-zaman Osmanlının, Azərbaycanın üstünə, içinə yeritdiyi erməniyə tay olan Amerika demokratiyasına, İngilis Lordlar palatasına, satqınlar səltənətinin süfrəsi olan Soros torbasına tay olmalısan. Bizim tək Tanrımız, tək millətimiz, tək dövlətimiz, Turanımız, Quranımız var! Ya gəlin birlikdə ona sahib çıxıb qoruyaq, ya da gəlin birlikdə ölək! Ölmək şərəfsiz yaşamaqdan yeydir. “40 il qul kimi yaşamaqdansa, bir gün azad yaşamaq yaxşıdır!” Babək Xürrəmi deyirdi. Şeyx Məhəmməd Xiyabani belə söyləyərdi: “Özünü dərk edən ölümsüz millətə ölüm yoxdur!” Şeyx Şamil Çar Rusiyasına üz tutub hayqırırdı: “Qunib hündür bir dağdır, mən onun üzərindəyəm gəlirlər qoy gəlsinlər!” Poklovnik komissar Əziz Əliyev əsgərlərinə diqtə edirdi: “Güney Azərbaycan bizim tarixi torpaqlarımız, burada yaşayanlar qan qardaşlarımızdır. Onların dil, mətbuat, sağlıq məsələləri bizi qayğılandırır və daima qayğılandıracaqdır”. Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyev dediyindən dönməz: “Əgər kimsə revanşist addımlar atmaq fikrinə düşərsə DƏMİR YUMRUQ yerindədir!”

Azərbaycana qarşı 907-ci düzəlişin müəllifi Qoca Baydenin simasında yıxılan Amerika demokratiyası, son 30 ildə Azərbaycanın ianəsi ilə bərpa edilən ingilis, fransız abidələrini, yunan-roma katakombalarıni görməzdən gələn Lordlar palatası, içimizə səpdiyi xəyanət toxumuna güvənən “Soros torbası” qulağını açıb bir də eşitsin: “Biz Türklərik, bir ölər, min dirilərik, nə bir qarış torpaq verərik, nə də dediyimizdən dönərik!” Bizə aid olmayan suçu üzərimizə almarıq. Tarix tarixçilərin işidir, siyasətçilərin deyil. Yenə Prezident cənab İlham Əliyevə dönmək istəyirəm: ”Biz, BMT-nin icra olunmamış qətnamələrini yerinə yetirdik. Tarixi ədaləti bərpa etdik”. Türkiyə Cümhuriyyəti, Türk  xalqı haqqın və haqlının yanında oldu. Qardaş borcundan çıxdı. Qoca Bayden Amerikanın üzqarasına, sağalmaz yarasına döndü. Biz bir Türk, müsəlman olaraq min illərdir üstümüzə yeriyənlərlə savaşda yıxdığımızı kəsmədik. Düşməni kürəyindən deyil, ürəyindən vurduq. Haqqımıza asi çıxanlara meydan vermədik. Hər günü bir dastan olan 44 günün dastanını da belə yazdıq. Təlxəklərin səltənətində sultan olan Qoca Bayden buynuzu qaşınan keçiyə bənzər. Qaraca Çobanın çomağını, Metenin, Atillanın,  Alp Arslanın, Məlik  Şahın, Fateh Mehmetin, Əmir Teymurun oxunun, nizəsinin səsini, qılıncının zərbəsini gərək unutmayaydı!




Redaktorun seçimi

Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası
Yenə də “motal” əl çəkmir...
  • Daxili siyasət
  • 11:20 20.04.2024
Yenə də “motal” əl çəkmir...
Lavrovun anti-Ermənistan demarşları
  • Daxili siyasət
  • 09:57 20.04.2024
Lavrovun anti-Ermənistan demarşları

Şərəf Cəlilli