USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Co Bayden "erməni soyqırımı"nı tanıyan ilk ABŞ prezidenti olacaq - "The National"


https://img.baki-baku.az/news/2021/04/photo_3615.jpg

Co Bayden Birinci Dünya Müharibəsi zamanında Osmanlı İmperiyasında ermənilərin kütləvi qətlə yetirilməsini soyqırımı kimi tanıyan ilk prezident ola bilər. "Baki-Baku.az" xəbər verir ki, bu barədə məlumatı ABŞ-ın "The National" nəşri anonim mənbələrə istinadən yayıb. Nəşr əlavə edib ki, Bayden "erməni soyqırımı" qurbanlarının 106-cı anım günündə məhz "soyqırımı" sözünü dilinə gətirəcəkdir. 

"The National" vurğulayır ki, yalnız 1981-ci ildə prezident Reyqan holokostla bağlı çıxışında "erməni soyqırımı" ifadəsini işlədib. Ondan sonra Birləşmiş Ştatların heç bir prezidenti bu ifadəni dilinə gətirməyib, yalnız "kütləvi qətllər", "vəhşilik" kimi sözlərlə kifayətlənib. 

"İlk dəfə olaraq Baydenin bəyanatı hakimiyyətin icraedici və qanuverici qollarını bu məsələ ilə bağlı hərəkətə keçirəcək", - yazan nəşr xatırladır ki, ABŞ Konqresi 2019-cu ilin dekabrında böyük səs çoxluğu ilə soyqrımı qəbul etmişdi. Həmin vaxtdan hər iki partiyanın təmsilçiləri Ağ Evi nümunə götürməyə çağırmışdılar. 

Qeyd edək ki, "The National"ın mənbələri həmçinin Dövlət Departamenti və Pentaqonun hazırda məsələyə Ağ Ev qədər əhəmiyyət vermədiyini vurğulayırlar. Hesab edilir ki, soyqırımın tanınması Birləşmiş Ştatlar qoşunlarının Əfqanıstandan çıxarıldığı bir dövrdə Türkiyə ilə münasibətləri daha da gərginləşdirəcək, eyni zamanda ticarət əlaqələrinə ciddi ziyan vuracaqdır. 

Bununla yanaşı "The National" onu da diqqətə çatdırır ki, C.Bayden prezidentliyə başladığı müddətdə özünün türkiyəli həmkarı ilə bir dəfə də olsun telefon danışığı aparmatıb, üstəlik ABŞ-la Türkiyə arasında münasibətlər Ankaranın Rusiyadan "S-400" raket sistemini almasına görə gərgindir. Gərginliyin fazasını müəyyənləşdirən daha bir məqam Türkiyənin F-35 proqramından uzaqlaşdırılmasıdır. 

Nəşr dünyanın 29 ölkəsinin "erməni soyqırımı"nı tanımasını, habelə seçkiqabağı kampaniya müddətində verdiyi sözü nəzərə alaraq Baydenin soyqırımı sözünü dilə gətirəcəyini vurğulayır. 




Redaktorun seçimi

Milli neft strategiyasının növbəti uğuru
  • İqtisadiyyat
  • 12:15 18.04.2024
Milli neft strategiyasının növbəti uğuru
Makronun “maska”sı düşdü
  • Daxili siyasət
  • 12:04 18.04.2024
Makronun “maska”sı düşdü
Yalanın ayağına taxılan erməni protezi
  • Daxili siyasət
  • 11:15 18.04.2024
Yalanın ayağına taxılan erməni protezi
Paris hansı irslə bizə dərs keçmək istəyir?
  • Daxili siyasət
  • 11:04 18.04.2024
Paris hansı irslə bizə dərs keçmək istəyir?
Uzaq Kanada Qafqazda nə axtarır?
  • Daxili siyasət
  • 11:19 17.04.2024
Uzaq Kanada Qafqazda nə axtarır?
Paşinyan və uydurma “erməni soyqırımı”
  • Daxili siyasət
  • 11:04 17.04.2024
Paşinyan və uydurma “erməni soyqırımı”

Siyasi təhlil