USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Rusiyalı politoloq: Qarabağ müharibəsinin nəticələrindən sonra Qafqazdakı ticarət koalisiyası gücləndi


https://img.baki-baku.az/news/2021/03/photo_3364.jpg

2018-ci ildən sonra Rusiya-Ermənistan münasibətlərində bir qədər soyuqlaşma müşahidə edə bilərik. Ermənistandakı bir sıra rus şirkətləri dövlət əmlakının güzəştli aktivlərindən kənarlaşdırılıb. Bu vəziyyət onları çətinliklərlə üzləşdirib. Bu fikirləri "Tert.am"a müsahibəsində Rusiya Milli Tədqiqat Universiteti Ali İqtisadiyyat Məktəbinin professoru, şərqşünas Aleksey Maslov Ermənistan və Rusiya arasındakı ikitərəfli münasibətlərin hazırkı səviyyəsini qiymətləndirərərkən dilə gətirib. O, münasibətlərin yenidən tənzimlənməsinin, daha təsirli olmasının vacibliyini vurğulayıb və mövcud kontekstdə Qarabağ münaqişəsinə də toxunub. "Hərbi baxımdan Azərbaycan ordusunun daha yaxşı hazırlıqlı və silahlı olduğu ortaya çıxdı. Azərbaycan modernləşdirilmiş vasitələrlə müasir müharibə apardı. Bakı iqtisadi modernləşmənin əsas mərhələlərini keçdi, ÜDM-ni kəskin şəkildə artırdı, iqtisadi idarəetmə modelini yenidən qurdu və ən əsası dünya birliyindəki dəstəyini nəzərəçarpacaq dərəcədə yaxşılaşdırdı", - deyə Maslov Qarabağ münaqişəsini Ermənistan-Rusiya münasibətləri baxımdan "həqiqət anı" adlandırıb.

Maslovun sözlərinə görə, Ermənistan izah edirdi ki, əslində Azərbaycanla deyil, Türkiyə ilə mübarizə aparır, lakin Rusiya üçün Türkiyə ilə münasibətlər son dərəcə vacibdir, bu səbəbdən bu tezis heç bir şəkildə dəstəklənmədi. "Ayrıca Arayik Harutyunyanın beynəlxalq antiterror koalisiyası qurma təklifi dəstək ala bilmədi. Əslində bu tezislərin təsirsiz olduğu ortaya çıxdı", - deyən professor Ermənistanın həm də təbliğat və əks təbliğat sahəsində daha zəif göründüyünü deyib: "Bildiyiniz kimi, reallıqda nə baş verməsi vacib deyil, hamısını necə izah etmək vacibdir və burada Azərbaycan tərəfi həm ölkə daxilində, həm də xaricdə bütün kanallarını səfərbər etdi". 

Şərqşünas Ermənistanla Azərbaycan arasındakı münaqişənin faciədən başqa bir şey adlandırılmasının mümkünsüzlüyünü bildirib. "Ancaq faciə bu gün də davam edir, məsələn, əsirlərin geri qaytarılmasında, Qarabağda yerləşən bir sıra tarixi abidələrin taleyində gecikmələrin olduğunu görürük. Ən əsası müharibənin ölkələri uzun müddət aralı salmasıdır. Münasibətləri iqtisadi cəhətdən deyil, psixoloji cəhətdən bərpa etmək ağrılı və çətin olacaq. Həqiqətdə heç bir tərəf tam bir uzlaşma göstərmir. Ancaq bölgədəki sabit, dinc vəziyyət hər iki tərəf, o cümlədən Rusiya üçün də son dərəcə vacibdir, - deyə Maslov vurğulayıb.

Tərəflər arasında vasitəçi kimi çıxış edən Rusiyanın yaranmış durumda uduzmadığını deyən Maslov ancaq Türkiyədən fərqli olaraq çox şey qazana bilmədiyini də dilə gətirib. Onun sözlərinə görə, Rusiya birbaşa investisiyalarının çox olduğunu nəzərə alaraq Ermənistan iqtisadiyyatında son dərəcə əhəmiyyətli bir mövqe tutur. Ona görə də ərazisi yaxınlığında silahlı münaqişə Moskvanın ehtiyac duyduğu ən son şeydir.

Professor Rusiyanın Ermənistanda 102-ci hərbi bazasının olduğunu xatırladaraq vurğulayıb ki, Moskva heç vaxt Ermənistanın təhlükəsizliyini təmin etmək marağını gizlətməyib. Rusiya sərhədçiləri Ermənistanın İran və Türkiyə ilə sərhədlərini qoruyurlar.

Professorun sözlərinə görə, Rusiyanın Azərbaycan və Türkiyə ilə münasibət qurmasının başqa bir xətti də var. "Çinin bu bölgədə son dərəcə əhəmiyyətli rol oynadığını da unutmamalıyıq. Çinin böyük investisiyalarına baxmayaraq, Moskva öz varlığını itirmək istəmir. Türkiyə Azərbaycanın qələbəsindən qazanaraq Qafqaz və Orta Asiya marşrutu boyunca Bakı-Tbilisi-Qars dəmir yolu yolu ilə nəqliyyatı genişləndirir. Türkiyə Azərbaycanla güzəştli ticarət müqaviləsindən, həm də Çin və Avropa ilə ixracat və idxaldan faydalanır. Beləliklə, Qarabağ müharibəsinin nəticələrindən sonra Qafqazdakı ticarət koalisiyası gücləndi. Bu, qismən Rusiyanın maraqlarına ziddir, çünki Avropaya mallar yenə onun yanından keçir. Eləcə də Ermənistanın yanından.

Ancaq Aleksey Maslov hesab edir ki, nəzəri cəhətdən Ermənistan qazana bilər. Ölkənin cənub hissəsi ilə Naxçıvan və Azərbaycan ərazisi arasındakı nəqliyyat dəhlizi ilə həll edilə bilər və bu, Çinə Cənubi Qafqazdan Avropaya başqa bir yol təqdim edəcəkdir: “Rusiya bu müddətdə ən azı "rəngli inqilablar" etməyən, Moskva ilə Brüssel arasında qaçmağa tələsməyən sabit və etibarlı Ermənistan görmək istəyir".

Dağlıq Qarabağın gələcəyi mövzusuna toxunan şərqşünas qeyd edib ki, üçtərəfli bəyanatın şərtlərinə əsasən, sülhməramlılar hər iki tərəfin razılığı ilə bu müddətin daha beş il uzadılması ehtimalı ilə beş il müddətinə Qarabağda yerləşdirilir: "Mövqeyinin zəif olmasına baxmayaraq, Ermənistan Rusiya ilə münasibətləri düzgün qurarsa, yəni bütün məsələlərdə tamamilə açıq-aşkar Rusiyapərəst mövqe tutarsa, ciddi dəstək ala bilər. Başqa bir çıxış yolu olan Avropa gücləri ilə sıx qarşılıqlı əlaqədir".

Rusiya Milli Tədqiqat Universiteti Ali İqtisadiyyat Məktəbinin professorunun sözlərinə görə, bir sıra erməni siyasətçilər Ermənistanda ən azı bir Rusiya hərbi bazasının Sünik bölgəsində yerləşməsini təklif edirlər. "Nəzəri cəhətdən ağlabatan görünsə də, praktik olaraq Rusiyanın yalnız sərhəddəki hərbi mövcudluğunun artması atəşi benzinlə söndürmək cəhdinə səbəb ola bilər. Moskva ilə Yerevan arasında münasibətlərin tam gücləndirilməsi isə vəziyyəti tamamilə dəyişdirə bilər", - deyən professor bu qənaətdədir ki, söhbət yalnız Rusiya tərəfindən müttəfiqlik öhdəliklərinin yerinə yetirilməsindən yox, Rusiya ilə Ermənistanın ümumən siyasi, ticarət, iqtisadi, elmi, texniki, təhsil və bir çox başqa əlaqələrinin möhkəmlənməsindən gedir. Maslovun sözlərinə görə, məhz bu, Ermənistanı əhəmiyyətli dərəcədə və sürətlə modernləşdirəcək.




Redaktorun seçimi

Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi
Paşinyanın etirafı: inanaq, inanmayaq?
  • Siyasi təhlil
  • 09:19 24.04.2024
Paşinyanın etirafı: inanaq, inanmayaq?
Qazaxın 4 kəndi və fəlakətin zopası
  • Daxili siyasət
  • 09:16 24.04.2024
Qazaxın 4 kəndi və fəlakətin zopası
Müştərək xəyanət
  • Siyasi təhlil
  • 09:11 24.04.2024
Müştərək xəyanət
Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası

Siyasi təhlil