USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Co Baydenin Novruz təbriki - ABŞ-ın yeni rəhbərliyi Azərbaycanla əməkdaşlığa hazırdır


https://img.baki-baku.az/news/2021/03/photo_3294.jpg

ABŞ Prezidenti Co Baydenin prezident İlham Əliyevə məktub göndərməsi və ölkə başçısının şəxsində Azərbaycan xalqının Novruz Bayramı münasibəti ilə təbrik etməsi hər şeydən öncə yeni ABŞ rəhbərliyinin ölkəmizə dost münasibətinin göstəricisidir. Prezident Baydenin məktubunda ölkəmizlə əməkdaşlığa verilən önəm ondan xəbər veriri ki, ABŞ rəhbərliyi bölgəmizdə faydalı qarşılıqlı əməkdaşlığın, eləcə də, sülhün və təhlükəsizliyin təmin edilməsində Azərbaycanı vacib tərəfdaş hesab edir və bundan sonra da bütün istiqamətlərdə ölkəmizlə sıx əməkdaşlıq etmək niyyətindədir. Prezident Baydenin öz məktubunda ifadə etdiyi fikirlər onu deməyə əsas veriri ki, Ermənistan siyasi dairələri və erməni diasporu növbəti dəfə öz əsassız ümidlərində yanılıb.

Bu fikirləri AZƏRTAC-a Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib.

Deputat deyib: “Uzun bir dövr ərzində ABŞ da şəbəkələnərək kök salmış və Konqresinin bir sıra üzvlərinə ciddi təsir qüvvəsi əldə etmiş Amerikadakı erməni lobbisinin bu ölkənin yeni rəhbərliyi qarşısında diskreditasiya etmək cəhdləri iflasa uğrayıb. Co Baydenin Azərbaycan Prezidentinə göndərdiyi məktub bir daha göstərdi ki, ABŞ-ın Cənubi Qafqaz bölgəsində apardığı siyasət saxta faktlar əsasında uydurulmuş erməni demaqogiyasına yox, real siyasət zəmində praqmatik və uzaqgörən proqnozlara əsaslanır. Müasir beynəlxalq siyasətin qarşılıqlı faydalı, sülh və təhlükəsizlik prinsiplərinə əsaslanan əməkdaşlıq isə həm ABŞ-a, həm də Azərbaycana uzunmüddətli siyasi və iqtisadi dividendlər vəd edir. Ermənistanın siyasi dairələri də, nəhayət, mövcud siyasi reallıqlardan çıxış etməli, bölgəmizdə sülhün və təhlükəsizliyin inkişafına töhfə verməyə tələsməlidirlər”.




Redaktorun seçimi

Maskalar yırtılır, paktlar üzə çıxır
  • Daxili siyasət
  • 09:47 28.03.2024
Maskalar yırtılır, paktlar üzə çıxır
Rasmussen Ermənistana yağlı vədlər verir
  • Daxili siyasət
  • 09:44 28.03.2024
Rasmussen Ermənistana yağlı vədlər verir
Putinin seçki qələbəsi
  • Daxili siyasət
  • 10:05 19.03.2024
Putinin seçki qələbəsi
Dünya qlobal iqlim fəlakəti astanasında
  • Daxili siyasət
  • 10:04 19.03.2024
Dünya qlobal iqlim fəlakəti astanasında
Avropa Parlamentinin qərəz marafonu
  • Daxili siyasət
  • 10:06 18.03.2024
Avropa Parlamentinin qərəz marafonu

Siyasi təhlil