USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

COVID şaiyəçiliyi – inanmasanız da inanın


https://img.baki-baku.az/news/2021/03/photo_3287.jpg

Bu barədə çoxdan nə isə yazmaq istəyirdim. Gözləyirdim. Gözləyirdim ki, düz çıxsın. Çıxdı da. Düz çıxacağına əmin idim. Təəssüf ki, əmin idim. İndi rahatca söyləyə bilərəm.

Bəli, qlobal pandemiya dövründə yaşayırıq. XXI əsrdir, elm, texnika, texnologiya, səhiyyə, tibb inkişaf edib, ancaq dünya bir virusun əlində oyuncağa çevrilmiş durumdadır. Sanki kim və ya kimlərsə bəşər övladının ruhunu oğurlamaq işinə girişib.

Həyatımız formatlanır. Buna qarşı çıxanlar var. Amma nəticə onu deyir ki, müqavimət mümkünsüzdür. Yəni biz bəşər övladı olaraq bizi, yəni bəşəriyyəti idarə edənlərdən güclü deyilik. Biz dedikdə dünya əhalisini də özümüzdən ayırmıram.

Bəli biz azərbaycanlılar olaraq istədik, müharibə apardıq, qalib gəldik, sevindik, hətta normal şəkildə kədərləndik də. Şəhid cənazələrini elliklə son mənzilə yola saldıq, onlar üçün yas mərasimləri təşkil etdik. Ancaq bütün bunlar lokal dünyamız daxilində baş verdi. O dünyanın sehrindən çıxdıq, yenidən qayıtdıq olduq bu dünyanın sakini.

Düşünmək, təhlil etmək çox çətindir. Əvvəl deyirdik, xəstəlik yoxdur, oyundur filan. Ancaq onu deyənlərin müəyyən hissəsinin toyuq-cücə xəstəlikdən başını yerə qoyub qırılan kimi öldüyünü gördük. Əvvəllər ölənin arxasınca ağlayırdıq, müəyyən çevrəmiz olurdu ki, yığılıb təskinlik verirdi. Yəni dərdin də bir ritualı var idi. İndi onu da alıblar əlimizdən. Dünyanın əlindən alıblar. Yenə deyim, heç bir müqavimətimiz yoxdur. Maska taxaq, ara məsafəsi saxlayaq, əlimizi spirtləyək, lap bir-birimizə qonaq getməyək, öpüşməyək, sonra nə istəyirsiniz edək və ya etməyək. Pardon, etməyək...

Tarix pandemiyalara şahidlik edib. Deyilənə görə, XX əsrin əvvəllərində yayılmış “İspan qripi” 30-50 milyon arası can alıb. Daha əvvələ getsək, orta əsrlər Avropasında böyük şəhərlərin əhalisinin xəstəlikdən qırılıb-batdıqlarına da şahidlik edib tarix. Bu mənada indi olanları təbii qarşılamaq mümkündür. Eləcə də insanların qərarlaşmış bəlli yaşayışına, sosial strukturuna zərər gətirən durumu anlamaq da həmçinin. Ancaq bu dolaşıq labirintdə qəbul etmədiyim bir məqam var. İstəyirəm o məqama doğru gendən gəlim ki, kənardan sadəlövh və piyada görünməyim. Deyəsən gəlib çatdım.

“COVID-19” şaiyə xəstəliyidir. Elədir ki var – şaiyə. Hər halda Azərbaycanda bunu belə adlandırmaq olar. İnanın, nə sərt qapanmadan, nə SMS-dən, nə karantin postlarından yorulmuşam, hamısını normal qəbul edirəm. Qəbul etmədiyim şaiyədir. Şaiyələrin sonradan doğru çıxmasıdır. Məni sıxan məhz budur.

Biz ümumən şaiyə ölkəsiyik. Əksər hallarda görürük ki, şaiyələr düz çıxır. Bu mənada bəlkə təəccüblənmək lazım deyil. Heç başqa nələrəsə təəccüblənmirəm. Bəzən baş vermiş hansısa hadisənin əvvəl şaiyə kimi yayıldığını da yaddan çıxarıram. Amma məsələ insanların sırf sağlamlıq durumu ilə bağlıdırsa, əvvəlki reaksiyanı verə bilmirəm. Sıxılmağım sarsıntı yaradır.

Hamı Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqini gözləyir. Gülməlidir, hamı toplantıda hansı qərarların veriləcəyini bilir. Azdan-çoxdan hər kəs eşidib. Sadəcə insanların istədikləri detalları dəqiqləşdirməkdir. Bəlkə bir yapışacaq yer tapdılar. Bəlkə Operativ Qərargahın qərarı planlaşdırılan xırda bir istəyin gerçəkləşməsi üçün əl yeri qoydu. Budur gözlənti. Başqa heç nə. Onsuz da indi olanları və olacaqları üç ay öncədən danışırdılar.

Bilmirəm dünyada bizdəki kimidirmi? Ya biz şaiyə texnologiyamızla daha fərqliyik. Fərqliyik şübhəsiz. Amma yekunda bu qərara gəlirəm ki, şaiyəçilik ümumən “COVID-19”un ruhundadır. Bil Geyts də xəstəliklə əlaqədar 2015-ci ildə proqnoz verəndə şaiyə yaymışdı. Sadəcə milyarder olduğundan heç kəs məsələni adıyla çağırmırdı. Hamı deyirdi ki, kişi nə isə bilir. Bilirdi də. Elə isə pozitivlik olsun deyə bir şaiyəni də icazənizlə mən yayım. Eşitdiyimə görə, may ayında koronavirus layihəsi bitəcək, artıq söhbətin ucunu qoyublar. Xahiş edirəm, inanmasanız da inanın.

Əvəz Rüstəmov




Redaktorun seçimi

Maskalar yırtılır, paktlar üzə çıxır
  • Daxili siyasət
  • 09:47 28.03.2024
Maskalar yırtılır, paktlar üzə çıxır
Rasmussen Ermənistana yağlı vədlər verir
  • Daxili siyasət
  • 09:44 28.03.2024
Rasmussen Ermənistana yağlı vədlər verir
Putinin seçki qələbəsi
  • Daxili siyasət
  • 10:05 19.03.2024
Putinin seçki qələbəsi
Dünya qlobal iqlim fəlakəti astanasında
  • Daxili siyasət
  • 10:04 19.03.2024
Dünya qlobal iqlim fəlakəti astanasında
Avropa Parlamentinin qərəz marafonu
  • Daxili siyasət
  • 10:06 18.03.2024
Avropa Parlamentinin qərəz marafonu

Əvəz RÜSTƏMOV