USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ermənistanda böhran: “seçki terapiyası” kimə sərfəlidir, kimə yox? - TƏHLİL


https://img.baki-baku.az/news/2021/03/photo_3248.jpg?v=MjAyMS0wMy0xNyAwOTowMDozOQ==

Ermənistanda siyasi böhran davam edir və ona münasibətdə müxtəlif baxışlar var. Təbii ki, ilk növbədə vəziyyətdən çıxmaq yolları nəzərdən keçirilir. Bu yollardan biri və deyərdik ki, ən əsası növbədənkənar parlament seçkilərinin keçirilməsidir. Ancaq məsələyə baxış yalnız mexaniki xarakter daşıyır. Nəyə görə, "Baki-Baku.az" bununla bağlı özünün yanaşmasını təqdim edir. 

Əvvəla ondan başlayaq ki, növbədənkənar seçkinin ölkədəki siyasi durumu sabitləşdirəcəyinə, xüsusən də 44 günlük müharibədən öncəki məcraya daşıyacağına inam olduqca azdır. Çünki Ermənistan cəmiyyəti daxilində bəlli reallıqlar var ki, onları heç cür kənara atmaq mümkün deyil.

İlk növbədə o suala aydınlıq gətirək ki, baş nazir Nikol Paşinyanın üzərində dayandığı növbədənkənar seçki konsepsiyası kimlər üçün sərfəlidir? Əlbəttə, Paşinyana. Sadəcə baş nazir özünə qarşı çıxan qüvvələrin seçkinin keçirilməsinə razılıqla kifayətlənib niyyətlərindən daşınacaqlarına, yəni seçki yolunu alternativsiz yol olaraq qəbul etmələrinə əminlik istəyir. Bu an üçün əminlik yoxdur, ancaq söhbəti seçki üzərinə gətirməkdən başqa çıxış yolu da görünmür.

Siyasi müxalifət nəyə görə seçki istəmir? Əslində istəyir, ancaq onu Paşinyansız təsəvvür edir. Bir halda ki, Paşinyan Qarabağı satmış xayindir, Ermənistan onsuz olmalıdır – baxışı prioritetdir.

Müxalifət Paşinyanın qalacağı və seçkiyə qatılacağı təqdirdə prosesdə maksimum 5 faiz səs toplayacağından xəbərdardır. Burada istisna yalnız Robert Koçaryandır. O Koçaryan ki, ölkənin ikinci prezidenti olub və özünün resursları ilə Paşinyana qədərki Sarkisyan rejiminin tərəfdarlarını də ətrafında birləşdirmək imkanındadır.

Onu da nəzərə alaq ki, Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın elektoratının, yəni Respublikaçılar Partiyasının tərəfdarlarının 2018-ci ildə Paşinyana məğlubiyyətin əvəzini çıxmaq üçün həvəslə Koçaryana qoşulacaqları şübhəsizdir. Yenə də deyək, digər qüvvələr, o cümlədən Qagik Çarukyanın "Çiçəklənən Ermənistan" Partiyası səslərin heç 5 faizinə də iddia etmək gücündə deyil. 

Ancaq “Çiçəklənən Ermənistan”la bağlı vəziyyət başqa cür ola bilərdi. Nəzərə alaq ki, bu partiya 2018-ci ildə səslərin 10 faizini toplamışdı. Bir məsələ də var ki, həmin il əvvəlki sistemin adamı kimi Robert Koçaryan ortada deyildi. İkinci bir tərəfdən Koçaryan o zaman Çarukyanın partiyasının daha çox səs toplamasını istəyərdi, çünki səslər əsasən Serj Sarkisyanın Respublikaçılar Partiyasının üzvlərinin hesabına idi. Bəli “Çiçəklənən Ermənistan”ın elektoratının böyük hissəsinin köhnəki hakim sistemin elektoratından ibarət olduğunu anlamaq heç də çətin deyil. Buna görə də əgər Çarukyanın partiyasında işlər qaydasında getməsəydi, bu, özünü Respublikaçıların üstünlüyündə göstərə bilər və o zaman ikincilər parlamentdə təmsilçilik hüququ qazanar.

Koçaryanın gəlişi durumu kökündən dəyişdirir. Əgər “Çiçəklənən Ermənistan” əvvəlki komandanın tərkib hissəsi olmasa, özünün səs faizinin əhəmiyyətli hissəsini itirəcəkdir. Bu qurumun elektoratı Koçaryanın qarşısında duruş gətirə bilməyəcəkdir. Çünki Çarukyan özü siyasi lider kimi əvvəlki sistemin liderlərinin, xüsusən də Koçaryanın kölgəsində qalan biridir. Bütün bunlara görədir ki, məhz Koçaryan indiki durumda açıq şəkildə növbədənkənar seçkilərdən söz aça bilir.

Ermənistanda seçki söhbətini yalnız mexaniki müstəvidə saxlayan daha bir vacib məqam isə ölkənin seçki mühiti ilə bağlıdır. Seçki mühiti heç də qanunun vəziyyəti deyil. Bu, şəxslərin seçilməsi ilə əlaqəli durumdur. Əgər seçim Nikol Paşinyanla Robert Koçaryan arasında olacaqsa, o zaman burada seçki yox, daha çox referendum məsələsi ön plana keçir. Seçki sisteminin effektivliyi diskussiyası fonunda ortaya bir sual da çıxır – Ermənistanda siyasi, ümumən intellektual, ictimai baxımdan elə qüvvələr olacaqmı ki, onlar seçkinin cəmiyyət üçün cəlbediciliyini, marginal olmayan xarakterini üzə çıxarıb təbliğ etsinlər? Hələlik bunu görmək qətiyyən mümkün deyil. Əvəzində hər gün dərinləşməkdə olan siyasi böhran mənzərəsi var. Elə bir böhran ki, mahiyyətcə orada hamıdan çox üzdə olan şəxs baş nazir Nikol Paşinyandır.

Bəli, Paşinyana müqavimət var, ancaq bu müqavimət siyasi qüvvələrin hakimiyyətə gəlmək mexanizmlərinin mövcudsuzluğu və proqram çatışmazlığı səbəbindən demək olar iflic durumdadır. Paşinyan böhranı idarə etməyi bacarır. Onu da nəzərə alaq ki, 2018-ci il inqilabını həyata keçirən xalq kütlələrinin köhnə korrupsioner sistemə qıcığı aradan qalxmayıb. Paşinyan məhz bu qıcığı düzgün yönləndirdiyi və təşkilatlandırmağı bacardığı üçün hakimiyyətə gəlmişdi və baş nazir fiziki baxımdan ayaqda qaldığı günlərin hər birində çalışır ki, bu qıcığı və hiddəti körükləsin. Ən əsasl isə bunu çox yaxşı bacarır.

"Baki-Baku.az"




Redaktorun seçimi

Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi
Paşinyanın etirafı: inanaq, inanmayaq?
  • Siyasi təhlil
  • 09:19 24.04.2024
Paşinyanın etirafı: inanaq, inanmayaq?
Qazaxın 4 kəndi və fəlakətin zopası
  • Daxili siyasət
  • 09:16 24.04.2024
Qazaxın 4 kəndi və fəlakətin zopası
Müştərək xəyanət
  • Siyasi təhlil
  • 09:11 24.04.2024
Müştərək xəyanət
Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası

Siyasi təhlil